Məhkəmə qərarları › İş №e-2(110)-1037/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1037/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1037/2025 16.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9300 manat (doqquz min üç yüz) manat borc məbləğini və 113 (yüz on üç) manat dövlət rüsumunun tutularaq onun xeyrinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, təxminən 25 ildir ki, Azər Lotereyada satıcı kimi fəaliyyət göstərir. Cavabdeh onun yanında işçi kimi işləmişdir. xx.xx.2023-cü il tarixində Bakı şəhəri 07 saylı ASAN xidmət mərkəzində Notariat Ofisində onunla Cavabdeh arasında Borc Müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinə uyğun olaraq 9300 (doqquz min üç yüz) manat pul məbləğini Cavabdeh borc vermiş. Borc müqaviləsinin bəndlərinə uyğun olaraq borc alan (Cavabdeh) borcu xx.xx.2023-cü il tarixinədək Borc verənə İddiaçı qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, bu vaxtacan keçmiş müddət ərzində həmin pulu qaytarmamış və bunun səbəbi barədə də heç bir məlumat verməmişdir. Yuxarıda qeyd olunan səbəblərdən cavadehdən pul məhkəmə qaydasında tutulmalıdır. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş pretenziya qaydasına əməl edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il borc müqavilələrinin 9-cu bəndində qeyd olumuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll olunmalıdır. Tərəflər arasında bağlanılmış müqavilənin bu tələbinə baxmayaraq, iddiaçının məhkəməyə müraciət etməzdən əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı eyni tələblə xx.xx.2025-ci il tarixdə də məhkəməyə müraciət etmiş, lakin ərizəsi pretenziya qaydasına əməl olunmaması səbəbindən xx.xx.2025-ci il tarixli, 2(110)-193/2025 saylı qərardad ilə baxılmamış saxlanılmışdır. Məhkəmə iddiaçıya həmin halları necə aradan qaldırması barədə izah vermişdir, lakin iddiaçı bu tövsiyələrə əməl etmədən eyni tələblə yenidən məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli Plenum Qərarının 2-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə iddiaçının nəzərinə çatdırır ki, o cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair cavabdehə təklif göndərməli, buna dair müvafiq imtina aldıqdan sonra bunu təsdiq edən sənədi iddia ərizələrinə əlavə etməklə, təkrarən məhkəməyə iddia tələbi ilə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 113 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Sonda isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçılar tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 113 (bir yüz on üç) manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıya izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar