Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1047/2023 24.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 274NFPK kredit müqaviləsi üzrə cəmi 4667.70 (dörd min altı yüz altmış yeddi manat, 70 qəpik) manat, bundan 4546.00 (dörd min beş yüz qırx altı manat 00 qəpik) manat əsas, 121.64 ( bir yüz iyirmi bir manat 64 qəpik) manat faiz və 0,06 (6 qəpik) cərimə borcu və iş üzrə ödənilmiş 67 (altmış yeddi) manat dövlət rüsumunun Cavabdeh tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahuiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 27 dekabr 2019-cu il tarixli, 274NFPK saylı kredit müqaviləsinə əsasən cavabdehə xx.xx.2014-ci il tarixli,4758NF saylı kredit müqaviləsi üzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi ilə 5 (beş) il müddətinə 1 (bir) il güzəşt müddəti olmaqla, illik 1 (bir) faiz dərəcəsi ilə 4546 (dörd min beş yüz qırx altı) manat, məbləğində kredit verilmişdir. Borcun ödənilməsi barədə cavabdehə dəfələrlə şifahi müraciət olunmasına, habelə xx.xx.2022-ci il tarixli, **********3409 saylı pretenziya göndərilməsinə baxmayaraq, cavabdehin borcun ödənilməsi üçün heç bir tədbir görmədiyi qeyd edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 274NFPK saylı Güzəştli şərtlərlə krditin verilməsinə dair Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Kredit verən” “Kredit alan”a “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanın icrası ilə əlaqədar güzəştli şərtlərlə kredit verməyi, “Kredit alan” is krediti qəbul edib, bu Müqavilənin 1.2-ci bəndi ilə müəyyən olunan məqsəd üçün istifadə etməyi və müqavilə ilə müəyyən olunan qaydada və şərtlərlə krediti qaytarmağı və ona hesablanmış faizləri (bundan sonra ismin müvafiq hallarında faizlər adlanacaq) "Kredit verən”ə ödəməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən “Kredit alan” kreditdən Bankın “Gənclik” filialı ilə imzalanmış xx.xx.2014-cü il tarixli, 4758NT nömrəli kredit müqaviləsiüzrə əsas borc məbləğinin restrukturizasiyası məqsədi üçün istifadə edəcəkdir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən güzəştli şərtlərlə verilən kredit dedikdə fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə “Kredit alan”a “Kredit verən” tərəfindən illik faiz dərəcəsi 1 (bir) faiz olmaqla, 5 (beş) il müddətinə (1 (bir) il güzəşt müddəti tətbiq edilməklə) verilən kredit başa düşülür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə “Kredit alan”a 4546 (dörd min beş yüz qırx altı) manat məbləğində güzəştli kredit verilir. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən “Kredit alan” kreditdən istifadəyə görə “Kredit verən”ə illik 1 (bir) % faiz ödəyir. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə güzəştli kredit 5 (beş) il müddətinə verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, İddiaçı ASC tərəfindən oğluna aylıq 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 4546.00 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2020 il tarixləri ərzində hər ay 3.79 manat, xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində hər ay 96.65 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə Banka 4546.00 (dörd min beş yüz qırx altı manat 00 qəpik) manat əsas borc, 121.64 ( bir yüz iyirmi bir manat 64 qəpik) manat faiz və 0,06 (0 manat 06 qəpik) cərimə borcu olmaqla, cəmi 4667.70 (dörd min altı yüz altmış yeddi manat, 70 qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, AtaBank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 67 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 274NFPK nömrəli Güzəştli şərtlərlə krditin verilməsinə dair Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borclarının restrukturizasiya məqsədi ilə 1 il güzəşt müddəti tətbiq olunmaqla illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 4546.00 (dörd min beş yüz qırx altı manat 00 qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2020 il tarixləri ərzində hər ay 3.79 manat, xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində hər ay 96.65 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Müştəri kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 274NFPK saylı Güzəştli şərtlərlə krditin verilməsinə dair Kredit Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə xx.xx.2019-cu il tarixli, 274NFPK saylı Güzəştli Güzəştli şərtlərlə krditin verilməsinə dair Kredit Müqaviləsinə əsasən Cavabdeh 4546.0 (dörd min beş yüz qırx altı) manat əsas borc, 121.64 ( bir yüz iyirmi bir manat altmış dörd qəpik) manat faiz və 0,06 (altı) manat cərimə borcu olmaqla, cəmi 4667.70 (dörd min altı yüz altmış yeddi manat, yetmiş qəpik) manat pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 67 (altmış yeddi) manatın əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 274NFPK saylı Güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit Müqaviləsinə əsasən Cavabdeh 4546 (dörd min beş yüz qırx altı) manat əsas borc, 121.64 ( bir yüz iyirmi bir manat altmış dörd) manat faiz və 0,06 (altı qəpik) manat cərimə, cəmi 4667.70 (dörd min altı yüz altmış yeddi manat, yetmiş qəpik) manat borc və məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 67 (altmış yeddi) manatın əvəzi olmaqla, ümumilikdə 4734.7 (dörd min yeddi yüz otuz dörd manat yetmiş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1047/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1047/2023
24.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver