Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1056/2023 25.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 3702.93 (üç min yeddi yüz iki manat 93 qəpik) manat əsas borc, 1616.43 (bir min altı yüz on altı manat 43 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5319.36 (beş min üç yüz on doqquz manat 36 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 73.19 (yetmiş üç manat 19 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq "xxxx" ASC-nin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı tərəfindən Cavabdeh2na tərəflər arasında bağlanmış 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 13 fevral 2020-ci il tarixli, ZM1302/04 saylı Zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(110)-1056/2023 saylı mülki işə məhkəmə tərəfindən baxıldığını, iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edildiyini, iddia tələblərini müdafiə etdiklərini, işlərinin çoxluğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixə saat 12:00-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərarın çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərinə, eyni zamanda iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 0.9 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2020-ci il tarixli 0115 nömrəli məxaric orderinin surətindən görünür ki, xidmət haqqları çıxıldıqdan sonra Cavabdeh2 5946 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh2 illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2023 tarixləri ərzində ayda 213.92 manat, xx.xx.2023 tarixində isə 213.76 manat olmaqla, cəmi 7700.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 13 fevral 2020-ci il tarixli, ZM1302/04 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı Kredit müaviləsi “Borcalan” “Bank” qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin “Bank”a tam ödənilməsini öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, 13 fevral 2020-ci il tarixli, İK1302/04 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə Banka 3702.93 (üç min yeddi yüz iki manat 93 qəpik) manat əsas borc, 1616.43 (bir min altı yüz on altı manat 43 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5319.36 (beş min üç yüz on doqquz manat 36 qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 73.19 (yetmiş üç manat 19 qəpik) manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2020 – xx.xx.2023 tarixləri ərzində ayda 213.92 manat, xx.xx.2023 tarixində isə 213.76 manat olmaqla, cəmi 7700.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh1 “Borcalan” Cavabdeh2 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3702.93 (üç min yeddi yüz iki manat doxsan üç qəpik) manat əsas borc, 1616.43 (bir min altı yüz on altı manat qırx üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5319.36 (beş min üç yüz on doqquz manat otuz altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 73.19 (yetmiş üç manat on doqquz qəpik) manat dövlət rüsumunun əvəzidə cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.3-cü mаddəsinin tələbinə görə, qətnаmə iş üzrə müəyyən еdilmiş hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır; - 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 13 fevral 2020-ci il tarixli, İK1302/04 saylı Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 3702.93 (üç min yeddi yüz iki manat doxsan üç qəpik) manat əsas borc, 1616.43 (bir min altı yüz on altı manat qırx üç qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5319.36 (beş min üç yüz on doqquz manat otuz altı qəpik) manat borc və 73.19 (yetmiş üç manat on doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5392.55 (beş min üç yüz doxsan iki manat əlli beş qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1056/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1056/2023
25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver