Məhkəmə qərarları › İş №e-2(110)-1066/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1066/2023

02.11.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1066/2023 02.11.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması" tələbinə dair iddia ərizəsinə və ona əlavə olunmuş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh 26 oktyabr 2021-ci il tarixli, İK1007175 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 434.97 (dörd yüz otuz yeddi manat 97 qəpik) manat əsas borc, 324.36 (üç yüz iyirmi dörd manat 36 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 4759.33 (dörd min yeddi yüz əlli doqquz manat 33 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 67.59 (altmış yeddi manat 59 qəpik) manat dövlət rüsumunun cavabdehdən alınaraq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, iddia ərizəsi, iddia ərizəsinə əlavə olunmuş sənədlər, həmçinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsi cavabdehin şəxsi məlumatları tədqiq edilərkən müəyyən edilmişdir ki, Cavabdeh Şahbuz rayon Kükü kəndində qeydiyyatdadır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.1 və 152.1.3-cü maddələrinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, iddiaçı tərəfindən ərazi aidiyyət qaydaları pozulmaqla hazırkı iddia ilə Şərur Rayon Məhkəməsinə müraciət edilmişdir. Ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmədiyindən, iddia ərizəsinə və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 35.1-ci maddəsinin tələbinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir; - 40.1-ci maddəsin əsasən ərazi aidiyyat qaydalarının pozulmasına yol verilmir; Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya hazırki mülki iş üzrə iddia tələbi ərazi adiyyətinə görə Şahbuz Rayon Məhkəməsinin səlahiyyətinə aid olduğundan, həmin məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 152.2-ci maddəsində əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə uyğun olaraq iddia ərizəsi geri qaytarıldığından, iddiaçı "xxxx" ASC tərəfindən X2 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 67.59 (altmış yeddi manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhəkəmə, qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit üzrə borcun qaytarılması" tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" ASC tərəfindən X2 vasitəsilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 67.59 (altmış yeddi manat əlli doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçıya ərazi adiyyətinə görə Şahbuz Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar