Məhkəmə qərarları › İş №e-2(110)-1107/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1107/2023

13.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1107/2023 13.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçıya dəymiş 335,17 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, ümumilikdə 365,17 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********1, M/H AZ03NABZ**********02944, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********1, İBA AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixdə gecə saatlarında Cavabdeh Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ünvanında etibarnamə əsasında idarə etdiyi “Mersedes-Benz Daimler” minik markalı **-ZJ- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində SOCAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) balans və istismarında olan 18 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti borusuna zərər vurulmuşdur. Həmin qaz xətti borusu deformasiyaya uğramış, dayaqlar üzərindən yerə salınmış, həmçinin 100 mm diametrlik siyirmə qırılaraq yararsız hala düşmüş, nəticədə 30 dəqiqə müddət ərzində 0,030 bar təzyiq altında təbii qaz havaya axaraq təbii qaz itkisi baş vermişdir. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2022-ci il tarixli yol nəqliyyatı hadisəsi və ya təmir bərpa işləri nəticəsində qaz xəttinin zədələnməsi haqqında aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində “Mersedes- Benz Daimler” minik markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin törətdiyi yol nəqliyyatı hadisəsi nəticəsində qaz xətti zədələnmiş və 0,030 bar təzyiqlə təbbi qaz havaya axmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli TP5197076 saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh barəsində xx.xx.2022-ci il tarixdə tərtib edilmiş inzibati protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarında olan dəymiş ziyanın hesablanması haqqında aktının surətindən görünür ki, Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozunda baş vermiş qəza zamanı dəymiş ziyanın aradan qaldırılması zamanı “Azərqaz” İB-nə dəyən ziyan 335,17 manat (bərpa xərci 310,48 manat, havaya axan qazın dəyəri isə 24,69 manat) təşkil edir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehin idarə etdiyi “Mersedes-Benz Daimler” minik markalı **-ZJ-*** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdə Bakı şəhərinin Sabunçu rayonu, Maştağa qəsəbəsi, Gülçülük sovxozu ərazisində “SOCAR İddiaçı İB-nin Bakı Regional Qaz İstismarı Departamentinin (BRQİD) balans və istismarında olan 18 mm diametrlik, aşağı təzyiqli, yerüstü qaz xətti borusuna zərər vurmuşdur. Həmçinin 100 mm diametrlik siyirmə qırılaraq yararsız hala düşmüş, nəticədə 30 dəqiqə müddət ərzində 0,030 bar təzyiq altında təbii qaz havaya axmışdır. Ona görə də iddiaçı dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Cavabdeh tərəfindən məhkəməyə etiraz təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Mülki Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Mülki Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəlindiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Axura kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh vurduğu zərərə görə 335,17 manat (üç yüz otuz beş manat on yeddi qəpik) və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat məbləğində vəsait tutularaq İddiaçı İB-nin Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsinə ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar