Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1110/2025 03.10.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi X1 İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə kreditin fazilərin ödənilməsi tələbinə dair iddia ərizəsinə və ərizəyə əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdim : İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC-nin xeyrinə 250 (ikiyüz əlli) manat əsas kredit borcu, Kredit müqaviləsinin 2.5 bəndinə əsasən 50 (əlli) manat komissiya borcu, Kredit müqaviləsinin 2.1.5 bəndinə əsasən 33 (otuz üç) manat faiz borcu, Kredit müqaviləsinin 7.1 bəndinə əsasən 27 (iyirmi yeddi) manat penya (dəbbə) borcu, Kredit müqaviləsinin 7.2 bəndinə əsasən 58 (əlli səkkiz) manat cərimə borcu, cəmi 418 (dörd yüz on səkkiz) manat borcu, həmçinin iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini, ərizəyə əlavə edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verilmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 284-3.2.3-cü maddəsinə əsasən iddiaçının tələbi və onun əsaslandığı hallar; Qeyd edilən məcəllənin 284-3.2.4-cü maddəsinə əsasən tələbin əsaslığını təsdiq edən sənədlər, əmlakın verilməsi tələbləri üzrə tələb olunan əmlakın dəyərinə dair sübutlar; Sözügedən Məcəllənin 284-3.2.5-cü maddəsinə görə isə iddia ərizəsinə əlavə edilən sənədlərin siyahısı qeyd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.4-cü maddəsində göstərilir ki, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində qeyd edilməlidir. Həmin məcəllənin 284-4.1.3-cü maddəsinə görə verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa İşə baxılmasının sadələşdirilmiş qaydasına yol verilə bilməz. Həmin məcəllənin 284-4.2-cü maddəsinə əsasən bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. İddiaçı Bank Olmayan Kredit Təşkilatı MMC kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsində iddiaçının tələbinin əsaslandığı hallar sənədlərlə sübuta yetirilməmişdir.Beləki kredit müqaviləsi üzrə ayrılmış kreditin şəxsin hesabına köçürülməsinə dair müvafiq sənəd və məhkəməyə qədərki pretenziya qaydasına əməl edilməsinə dair sübutlar ərizəyə əlavə edilməmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq belə hesab edirəm ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-3.5-ci maddəsinin tələbinə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə görə iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Bununla yanaşı hesab edirəm ki, iddia ərizəsi geri qaytarılarkən Azərbaycam Respublikası MPM-in 114-cü maddəsinə uyğun olaraq, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu da geri ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 152.2, 152.3, 267-268-284-cü maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə kreditin fazilərin ödənilməsi tələbinə dair mülki iş üzrə iddia ərizəsi və ərizəyə əlavə edilmiş sənədlər İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri qaytarılsın. İddiaçıya izah olunur ki, iddianın geri qaytarılma üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət edə bilər. İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən X2 vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyətinə geri ödənilsin. Bu qərardaddan şikayə verilə bilməz. Hakim: İlkin Zeynalov
Məhkəmə qərarları › İş №e-2(110)-1110/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1110/2025
03.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver