Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1115/2023 15.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı cavabdeh X1 qarşı “borcun ödənilməsi tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, İddiaçı İB tərəfindən Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi tələbi”nə dair iddia ərizəsinin təmin edilməsi, Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş 419,80 manat məbləğində zərər və iddiaçı tərəfindən ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumu, ümumilikdə isə 450,20 manat məbləğində pul cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azerigaz şöbəsiüzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, xx.xx.2023-cü il tarixində gecə saat 01:30da sürücü Cavabdeh Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev-19 ünvanında “FAW” markalı **-NK- *** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi (qəza) törətmiş, İddiaçı İB-yə məxsus qaz təsərrüfatına maddi zərər vurmuşdur. Belə ki, qəza nəticəsində cavabdeh tərəf SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xətti borusunu vuraraq 30 metr hissəsini dayaqdan qırmış, o cümlədən, 108 mm-lik qaz xətti borusunun 6 metr hissəsini və həmçinin, 32 mm-lik boru və kranı yararsız hala salmışdır. Nəticədə cavabdeh tərəfindən İddiaçı İB-yə maddi zərər vurulmuşdur. Hadisə ilə bağlı SOCAR İddiaçı İB-nın BRQİD Nizami rayonu üzrə Texniki-İstismar Xidmətinin əməkdaşları tərəfindən xx.xx.2023-cü il tarixində qaz xəttinin zədələnməsi haqqında akt tərtib edilmiş, İddiaçı İB-nın Qəza-Bərpa Xidməti hadisəyerinə çağırılmış və həmçinin xx.xx.2023-cü il tarixli 14-2-2/2-1008/2023 nömrəli məktubla Azərbaycan Respublikası DİN-in Nizami RPİ-yə məlumat verilmişdir. Cavabdeh Nizami RPİ-nin DYPŞ-də verdiyi yazılı izahatında faktı etiraf etmiş, “FAW” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olan zaman idarə etdiyi avtomaşını arxa-arxaya verəndə kuzovun arxa sol yuxarı tininin qaz kəmərinə dəymiş olduğunu bildirmişdir. Cavabdeh İXM-nin 327.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair xx.xx.2023-cü il tarixində İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş, xx.xx.2023-cü il tarixində isə TP5519219 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Sürücü barəsində toplanmış sənədlərin surəti xx.xx.2023-cü il tarixində Nizami RPİ tərəfindən Bakı Regional Qaz İstismarı Departamentinə göndərilmişdir. QEYD: Cavabdeh xx.xx.2023-cü iltarixində yol hərəkəti qaydalarını pozmaqla törətmiş olduğu yol nəqliyyat hadisəsi nəticəsində İddiaçı İB-yə ümumilikdə 419,80 manat məbləğində maddi zərər (24,90 manat itirilmiş qazın dəyəri və 394,90 manat təmir-bərpa xərci) dəymişdir. NƏTİCƏ: Cavabdeh tərəfindən İddiaçı İB-yə dəymiş maddi zərər ödənilməmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin qeydiyyatda olduğu ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 22 yanvar 2023-cü il tarixli aktdan görünür ki, xx.xx.2023cü il tarixində gecə 01:30-da ** NK *** dövlət qeydiyyat nişanlı yük maşını, Nizami rayonu, Əlif Hacıyev – 19 ünvanında qaz xətləri zədələnmişdir. Belə ki, d 108 mm-lik borunun 30 pm hissəsi dirəklərdən düşmüş, d 32 mm-lik boru və dş 32 mm-lik kran və d 108-mm-lik borunun 6 pm hissəsi yararsız hala düşmüşdür. İş materiallarına əlavə olunmuş qiymət cədvəlindən görünür ki, ünvan 3 ünvanında baş vermiş qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərə və işlədiləcək materiallara 394.9 manat xərclənmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli itirilmiş qazın hesabatından görünür ki, ümumi itirilmiş qaz həcmi 207.52 m3, itirilmiş qazın dəyəri isə 24.90 manatdır. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın surətindən görünür ki, Cavabdeh barəsində xx.xx.2023-cü il tarixdə tərtib edilmiş inzibati protokola əsasən Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İş materiallarına əlavə olunmuş Cavabdeh Bakı şəhəri Nizami RPİ DYŞP-nin rəisinə ünvanladığı xx.xx.2023-cü il tarixli izahatında bildirmişdir ki, etibarnamə əsasında idarə etdiyim “FAVV” markalı ** NK *** dövlət qeydiyyat nişanlı yük avtomaşını ilə ünvan 5 ünvanının həyətində arxa arxaya verəndə kuzovun arxa sol yuxarı tini qaz kəmərinə dəydi. Nəticədə qaz kəmərinin dəmir dayağı orada dayanmış “Hyundai Genesis” markalı ** KZ *** dövlət qeydiyyat nişanlı avtomaşının damına dəydi. Hadisə zamanı ədən xəsarəti alan olmadı. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı İB tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB**********360201133 saylı xəzinə hesabına 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Cavabdeh xx.xx.2023-cü il tarixində Bakı şəhəri, Nizami rayonu, Əlif Hacıyev-19 ünvanında “FAW” markalı **-NK-*** dövlət qeydiyyat nişanlı yük avtomaşınını idarə edərkən yol hərəkəti qaydalarını pozaraq yol nəqliyyat hadisəsi törətmiş nəticədə SOCAR İddiaçı İB-nın Bakı Regional Qaz İstismarı Departamentinin balans və istismarında olan 108 mm diametrli, aşağı təzyiqli, yerüstü qaz xətti borusunu vuraraq 30 metr hissəsini dayaqdan qırmış, o cümlədən, 108 mm-lik qaz xətti borusunun 6 metr hissəsini və həmçinin, 32 mm-lik boru və kranı yararsız hala salmışdır. İddiaçı İB tərəfindən baş vermiş qəza zamanı dəymiş ziyanın aradan qaldırılması üçün görüləcək işlərə və işlədiləcək materiallara 394.9 manat xərclənmişdir. Həmçinin 108 mm diametrlik qaz xətti borusunu dayaqdan qırılmasına görə 40 dəqiqə müddət ərzində 0,018 bar təzyiq altında təbii qaz təbii qaz itkisi baş vermişdir ki, həmin qaz itkisinin dəyəri isə 24.90 manat təşkil edir. Cavabdeh vurulmuş zərəri ödəmədiyindən, iddiaçı zərərin ödənilməsi üçün məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci mаddəsinə görə zərərin əvəzinin ödənilməsini tələb еtmək hüququnа mаlik оlаn şəхs оnа vurlulmuş zərərin əvəzinin tаm ödənilməsini tələb еdə bilər, bu şərtlə ki, qаnundа və yа müqаvilədə zərərin əvəzinin dаhа аz miqdаrdа ödənilməsi nəzərdə tutulmаsın; - 21.2-ci mаddəsinə əsаsən zərər dеdikdə, hüququ pоzulmuş şəхsin pоzulmuş hüququnu bərpа еtmək üçün çəkdiyi və yа çəkməli оlduğu хərclər, əmlаkındаn məhrum оlmаsı və yа əmlаkının zədələnməsi (rеаl zərər), hаbеlə hüququ pоzulmаsаydı, həmin şəхsin аdi mülki dövriyyə şərаitində əldə еdəcəyi gəlirlər (əldən çıхmış fаydа) bаşа düşülür; - 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir); - 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; -1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. əlaqə vardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin mülki hüquq pozuntusu nəticəsində dəymiş zərərin ödənilməsinə dair müddəalarının dispozisiya şərtlərinin mövcudluğu sübuta yetirildiyindən iddia tələbi təmin edilməli, Cavabdeh 419.80 manat manat məbləğində pul alınaraq İddiaçınə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ərizə üzrə ödənilmiş 30.4 (otuz manat qırx qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh vurduğu zərər görə 419.80 (dörd yüz on doqquz manat səksən qəpik) manat və 30.4 (otuz manat qırx qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 450.20 (dörd yüz əlli manat iyirmi qəpik) manat pul alınaraq İddiaçınə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1115/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1115/2023
15.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver