Məhkəmə qərarları › İş №e-2(110)-1157/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1157/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1157/2024 06.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3808,04 manat əsas, 45,50 manat faiz, 10,33 manat penya olmaqla, cəmi 3863,87 manat borcun və ödənilmiş 58,64 manat dövlət rüsumunun tutularaq “Bank Respublika“ ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı ASC ilə bağlanmış 45270***- *******2L saylı xx.xx.2022-ci il tarixli kredit lilmiti müqaviləsinə əsasən, Cavabdeh2 120 ay müddətinə illik faiz dərəcəsi 29%-dən artıq olmamaq şərtilə 50000 manat məbləğində kredit limiti ayrılmış, xx.xx.2022-ci il tarixli 45270***-*******2L saylı müqavilənin şərtlərinə uyğun olaraq xx.xx.2022-ci il tarixli SMS razılaşmasına əsasən iddaçı tərəfindən cavabdehə 36 ay müddətinə, illik 16 faiz dərəcəsi ilə 9000 manat məbləğində kredit verildiyini, kredit üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 ilə 45FİZAMİ152775801 saylı 27.7.2022-ci il tarixli zaminlik müqaviləsi üzrə öhdəliklərin icrası üçün məsuliyyəti öz üzərinə götürdüyünü, lakin cavabdehlərin kredit müqaviləsi üzrə öhdəliklərini bank qarşısında icra etmədiyini bildirmişdir. İddiaçının nümayəndəsi xx.xx.2024-cü il tarixdə iddia tələbinin həcminin azadılması ilə bağlı məhkəməyə ərizə göndərərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3192,31 manat əsas, 39,99 manat faiz, 3,50 manat penya olmaqla, cəmi 3235,80 manat borcun və ödənilmiş 58,64 manat dövlət rüsumunun tutularaq “Bank Respublika“ ASC-yə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmiş, ərizə məhkəmə tərəfindən qəbul edilmiş və işə dəyişdirilmiş iddia tələbi hüdudlarında baxılmışdır. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2022-ci il tarixli 45270***-*******02L nömrəli kredit müqaviləsindən və SMS bildirişdən görünür ki, Cavabdeh2 illik 16 faizlə 36 ay müddətinə 9000 manat kredit verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 45FİZAMİ152775801 nömrəli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli 45270***-*******2L saylı kredit müqaviləsi üzrə zamin qismində çıxış edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, cavabdehin iddiaçıya 3808,04 manat əsas, 45,5 manat faiz, 10,33 manat cərimə borcu olmaqla, cəmi 3863,87 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli hesabdan çıxarışdan sürətindən görünür ki, Cavabdeh2 9000 manat kredit verilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddianın qiyməti beş min manatdan az olduğundan və təqdim edilmiş sənədlər yekun qərarın çıxarılmasına kifayət etdiyindən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən ərizəyə sadələşdirilmiş icraat qaydasında baxılmalıdır. Məhkəmə tərəflərə izah edir ki, işə sadələşdirilmiş icraat qaydasında baxıldığından Mülki-Prosessual Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmənin əsaslandırması Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, cavabdehlə iddiaçı arasında kredit müqaviləsi bağlanmış və cavabdeh müqavilədən əmələ gələn öhdəliyini icra etmədiyi üçün onun iddiaçıya 3235,80 manat borcu yaranmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, hesabdan çıxarış və.s) sübuta yetirmişdir. Cavabdeh Mülki Məcəllənin 433.3-cü maddəsinə uyğun olaraq müqavilə üzrə öhdəliyin icrasına dair heç bir sənədi (qəbzi) məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş 58,64 manat dövlət rüsumunun 49,11 manatı cavabdehdən alınaraq iddiaçıya ödənilməli, 9,53 manatı isə iddiaçıya geri qaytarılmalıdır. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Şərur rayon Muğancıq Müslüm kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh2 və ünvan 1 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1 müştərək qaydada 3192,31 manat əsas, 39,99 manat faiz, 3,50 manat cərimə borcu olmaqla, cəmi 3235,80 manat (üç min iki yüz otuz beş manat səksən qəpik) məbləğində borcu və 49,11 manat (qırx doqquz manat on bir qəpik) məbləğində vəsait tutularaq İddiaçı ASC-yə ödənilsin. Dövlət büdcəsinə artıq ödənilmiş 9,53 manat (doqquz manat əlli üç qəpik) dövlət rüsumu iddaçı İddiaçı ASC-yə geri qaytarılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar