Məhkəmə qərarları › İş №e-2(110)-1195/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1195/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1195/2023 28.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" X1 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 683.44 AZN əsas, 142.82 AZN faiz, 18.77 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 845.03 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli kredit müqaviləsi və sazişə əsasən cavabdehə istehlak məqsədləri üçün 36 ay müddətinə illik 29.50% ödəmək şərtilə 900 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank”KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsindən aydın olur ki, "xxxx" KB ASC ilə Cavabdeh arasında Kredit Müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik faiz dərəcəsi 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğədək krediti kredit presudurlarına görə 5% (minumum 20 AZN) məbləğədək, kredit müraciəti üçün 5 AZN komissiyon haqqı tutulmaqla ”Borcalan”a verə bilər. Bu müqavilə üzrə kreditin faktiki faiz dərəcəsi min. 16 % - mak. 40 % təşkil edir. Həmin Müqavilənin 1.1-ci bəndinin 3-cü abzasına əsasən... Bu müqavilə imzalandıqdan sonra ”Borcalan”a cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. Lakin cari hesabda pul vəsaiti olmur. “Borcalan” aşağıdakı şərtlərdən biri vasitəsi ilə kredit əldə edə bilər. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 1-ci abzasına əsasən ”Borcalan”ın bankda qeydiyyatda olan mobil nömrəsindən ona təqdim olunmuş plastik kartın son 6 rəqəmini sms vasitəsilə ”Borcverənin” 8117 qısa nömrəsinə yazıb göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 2-ci abzasına əsasən “Borcverən” “Borcalan”ın mobil nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, illik faiz dərəcəsi, müddəti, aylıq ödənişin məbləği və kredit xəttinin açılması ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Borcalan”ın razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif sms-i göndərir. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 3-cü abzasına əsasən “Borcalan”ın həmin sms-ə cavab olaraq öz mobil telefon nömrəsindən , “Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda sms yazıb göndərməsi (“Borcalan” razılığını ifadə etmək üçün məhz təklif sms-də bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin ”Borcalan”ın cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin sms-i qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini borcalanın cari hesabına köçürür. Həmin Müqavilənin 1.1-ci bəndinin a) yarımbəndinin 4-cü abzasına əsasən kredit məbləği “Borcalan”ın həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən “Müştəri” krediti və onun faizlərinin ödənilməsi dövriliyini ən azı 2 (iki) dəfə 5 (beş) təqvim günündən çox pozduqda, “Müştəri”nin maliyyə vəziyyətində bu müqavilənin icrasına mənfi təsir göstərə biləcək hər hansı bir dəyişiklik olduqda və bazarın mövcud vəziyyəti “Müştəri”nin fəaliyyəti üçün əhəmiyyətli dərəcədə təhlükə yaratdıqda, “Müştəri”nin maliyyə vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə və bu hal “Bank”a yalnız müqavilə bağlanbdıqdan sonra məlum olduqda və.s hallarda ”Bank”bu müqaviləyə birtəfli qaydada vaxtından əvvəl xitam verə və kreditin qalıq məbləğini bu müqavilənin 1.1-ci bəndində nəzərdə tutlmuş bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsinə Sazişə əsasən Bank borcalanın mövcud ödəniş kartına xx.xx.2025-ci il tarixədək illik 29.5 (iyirmi doqquz tam onda beş) faiz ödəmək şərtilə 900.00 (doqquz yüz) AZN məbləğində kredit köçürməklə borcalanın mülkiyyətinə verir. Borcalan isə həmin kreditdən məqsədli təyinata uyğun istifadə etməyi və bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə N1” ödəniş qrafikinə əsasən müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürür. Bu müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minumum 16 %, maksimum 40 % təşkil edir. Borcalan kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına görə 36.0 AZN məbləğdə, nağd pulun çıxarılmasına görə 10.0 AZN, kredit müraciətinə görə 5 AZN məbləğdə komisyon haqlarını banka ödəyir. Əlavə N1 bu müqavilənin bu saziş üzrə ayrılmaz tərkib hissəsi hesab edilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən müqavilənin digər bütün şərtləri dəyişilməz olaraq saxlanılır. Bu sazişin məqsədi borcalana sms olmadan ödəniş katına köürmə yolu ilə dərhal kredit verilməsi üçün nəzərdə tutulub və ödəniş cədvəli tənzimlənir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 nömrəli Kredit Müqaviləsinə 1 saylı əlavədən görünür ki, ”Unibank” KB ASC tərəfindən MCavabdeh 36 ay müddətinə illik 29.5 (iyirmi doqquz tam onda beş) % ödəmək şərtilə 900.00 (doqquz yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 38 manat, xx.xx.2025-ci il tarixdə isə 43.46 manat olmaqla, cəmi 1373.46 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsinə 1 saylı əlavədə ”Kredit alan” kredit ödənişini gecikdirdikdə gecikdirilmiş kreditə görə hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin əsas borc məbləğinin 0.5 faizindən 1 faizinədək miqdarda cərimə ödəyir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışdan görünür ki, Borcalana xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı kredit müqaviləsi üzrə onun bank hesabına 900 manat məbləğində pul köçürülməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023-cü il tarixə Cavabdeh Banka 683.44 (altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas, 142.82 (bir yüz qırx iki manat səksən iki qəpik) manat faiz və 18.77 (on səkkiz manat yetmiş yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 845.03 (iki min iki yüz on bir manat altı qəpik) manat məbləğində borcu mövcuddur. 683.44 (altı yüz səksən üç manat qırx dörd qəpik) manat, faiz borcu üzrə, cərimə olaraq İş materiallarında olan xx.xx.2023-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, ”Unibank” KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 30 (otuz) manat rüsum, 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a 120 ay müddətinə illik 35%-dək olmaqla 20000 (iyirmi min) AZN məbləğində kredit xətti limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim etmişdir. Eyni zamanda xx.xx.2022ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsinə xx.xx.2022-ci il tarixli Sazişə əsasən Bank borcalanın mövcud ödəniş kartına xx.xx.2025-ci il tarixədək illik 29.5 (iyirmi doqquz tam onda beş) faiz ödəmək şərtilə 900.0 (doqquz yüz) manat məbləğində kredit köçürməklə Cavabdeh mülkiyyətinə vermiş, o, isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 38 manat, xx.xx.2025-ci il tarixdə isə 43.46 manat olmaqla, cəmi 1373.46 manat pulu "xxxx" KB ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında” və lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə Unibank” KB ASC qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən "xxxx" KB ASC Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli Cavabdeh xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsinə əsasən 683.44 (altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas borc 142.82 (bir yüz qırx iki manat səksən iki qəpik) manat faiz borcu, 18.77 (on səkkiz manat yetmiş yeddi qəpik) manat cərimə olmaqla, cəmi 845.03 (iki min iki yüz on bir manat altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli 5540nkBKXb/22 saylı Kredit Müqaviləsinə əsasən Cavabdeh 683.44 (altı yüz səksən üç manat qırx dörd qəpik) manat əsas borc 142.82 (bir yüz qırx iki manat səksən iki qəpik) manat faiz borcu, 18.77 (on səkkiz manat yetmiş yeddi qəpik) manat cərimə, cəmi 845.03 (iki min iki yüz on bir manat altı qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 875.43 (səkkiz yüz yetmiş beş manat qırx üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar