Məhkəmə qərarları › İş №e-2(110)-1199/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1199/2023

28.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1199/2023 28.12.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Kommersiya Bankı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 1222.77 AZN əsas, 3.23 AZN faiz, 0.46 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 1226.46 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 32.27 AZN məbləğində vəsaitin və dövlət rüsumunun köçürülməsi üçün ödənilmiş 0.40 AZN xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" KB ASC ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 60 ay müddətinə illik 1% ödəmək şərtilə 2499.32 manat məbləğində kredit verildiyini, tərəflər arasında bağlanmış müqavilənin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verdiyini və borcalanın isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin kredit alanın müqavilənin şərtlərinə əmal etməyərək öhdəliklərini pozduğunu, tərəflər arasında yaranan mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqların aparıldığını, lakin bu danışıqların (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini, və kreditor “Unibank“KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək hüququndan istifadə etmək qərarına gəldiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 179rstDNG/19 saylı Güzəştli kredit və X1 aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən Bu müqaviləyə görə “Bank” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq restrukzasiya olunan kredit borcunun bu müqavilənin 1.2-ci bəndində göstərilən qalıq məbləğini, 1.3-cü bənddə göstərilən müddətdə və faizlə “Müştəri“nin mülkiyyətinə verir, həmçinin ona bank hesabları açır və “Müştəri” isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə “Bank”a qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Bu müqavilə üzrə “Bank” tərəfindən “Müştəriy”yə verilən kreditin məbləği 2499.32 (iki min dörd yüz doxsan doqquz manat 32 qəpik) AZN təşkil edir. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Kredit 60 (altmış) ay müddətinə, xx.xx.2024 il tarixinədək, 12 (on iki) ay müddəti və komission haqqı 0 (sıfır) manat olmaqla, illik 1 (bir) faiz ödəmək şərtilə verilir. Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən Kreditin məqsədli təyinatı xx.xx.2015 tarixli 2376nkNAR/15 saylı kredit müqaviləsi üzrə restruktuzasiya olunan kredit borcunun 2499.32 (iki min dörd yüz doxsan doqquz manat 32 qəpik) manat qalıq məbləğinin ödənilməsidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, "xxxx" KB ASC tərəfindən oğluna aylıq 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 4546.00 manat məbləğində kredit verilmiş, X2 isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2020 il tarixləri ərzində hər ay 3.79 manat, xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində hər ay 96.65 manat olmaqla "xxxx" KB ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş kredit müqaviləsi üzrə faizlərin bağışlanmasına dair Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2015-ci il tarixli 2376nkNAR/15 saylı kredit müqaviləsi (bundan sonra k“ redit müqaviləsi” adlandırılacaq) üzrə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına uyğun olaraq 01 mart 2019-cu il tarixindən etibarən bu sazişin imzalandığı tarixədək hesablanmış 74.1 USD (yetmiş dörd ABŞ dollar 10 sent) faiz borcu hər iki tərəfin razılığına əsasən ləğv olunur. Bu saziş imzalandığı tarixdə qüvvəyə minir və kredit müqaviləsinin ayrılmaz hissəsi sayılır. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli 179rstDNG/19 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sazişdən görünür ki, tərəflər arasında bağlanmış xx.xx.2019-cu il tarixli 179rstDNG/19 saylı kredit müqaviləsinin (bundan sonra “müqavilə” adlandırılacaq) şərtlərində dəyişikliklər edilsin, bu sazişin imzalandığı tarixı müqavilə üzrə hesablanmış faiz məbləği müştəri tərəfindən ödənilir, müqavilənin müddəti, bitmə tarixi dəyişilməz olaraq qalmaqla, bu sazişin imzalandığı tarixə qalıq əsas borc məbləği üzrə güzəşt müddəti 2 (iki) saylı əlavə ilə müəyyən edilir, müqaviləyə edilən dəyişikliklər nəzərə alınmaqla kredit üzrə borc qalığının “Kreditor”a qaytarılmasının dövriliyinin müəyyən edən yeni ödəniş cədvəli tərtib olunur və həmin cədvəl 2 (iki) saylı əlavə hesab edilir, müqavilənin digər şərtləri dəyişdirilmədən saxlanılır, bu saziş imzalandığı gündən qüvvəyə minir və kredit müqaviləsinin ayrılmaz hissəsi sayılır. İş materiallarına əlavə olunmuş 179rstDNG/19 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, “Unibank“KB ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 1% dərəcəsi ilə 2499.32 AZN kredit verilməsi təmin olunmuş, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla, xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərdə 54 manat, xx.xx.2024-cü il tarixdə isə 11.86 manat olmaqla, cəmi 2574.85 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 179rstDNG/19 saylı kredit müqaviləsinə 2 saylı əlavədən görünür ki, “Unibank“KB ASC tərəfindən Cavabdeh 44 ay müddətinə illik 1% dərəcəsi ilə 2445.47 AZN kredit verilməsi təmin olunmuş, Cavabdeh 1 il güzəşt müddəti idaxil olmaqla, xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərdə 54 manat, xx.xx.2024-cü il tarixdə isə 11.86 manat olmaqla, cəmi 2507.65 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə Banka 1222.77 (bir min iki yüz iyirmi iki manat yetmiş yeddi qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz və 0.46 (qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1226.46 (bir min iki yüz iyirmi altı manat qırx altı qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2019 – xx.xx.2023-cü illəri əhatə edən hesabdan çıxarışdan görünür ki, Bank tərəfindən müqaviləyə müvafiq olaraq 2499.32 manat kreditin də Cavabdeh hesabına köçürülməsi təmin edilmiş və o ayrı-ayrı vaxtlarda kartdan istifadə edərək müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 32.27 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 179rstDNG/19 nömrəli Güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borclarının restrukturizasiya məqsədi ilə 1 il güzəşt müddəti tətbiq olunmaqla illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 2499.32 (iki min dörd yüz doxsan doqquz manat otuz iki qəpik) manat məbləğində kredit verilmişdir. xx.xx.2019-cu il tarixli 179rstDNG/19 saylı kredit müqaviləsinə dəyişikliklər edilməsi haqqında xx.xx.2020-ci il tarixli Sazişə müvafiq olaraq Müqaviləyə dəyişikliklər edilmiş, bu sazişin imzalandığı tarixı müqavilə üzrə hesablanmış faiz məbləği müştəri tərəfindən ödənilmiş, müqavilənin müddəti, bitmə tarixi dəyişilməz olaraq qalmaqla, bu sazişin imzalandığı tarixə qalıq əsas borc məbləği üzrə güzəşt müddəti 2 (iki) saylı əlavə ilə müəyyən edilmişdir. 2 (iki) saylı Əlavəyə əsasən Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla, xx.xx.2020 – xx.xx.2024-cü il tarixlərdə 54 manat, xx.xx.2024-cü il tarixdə isə 11.86 manat olmaqla, cəmi 2574.85 manat pulu "xxxx" KB ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Müştəri kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 954.1-ci maddəsinə əsasən, Bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür; - 955.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsi yazılı formada bağlanır; - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2- ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 179rstDNG/19 saylı Güzəştli şərtlərlə krditin verilməsinə dair Kredit Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə xx.xx.2019-cu il tarixli, 179rstDNG/19 saylı Güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit Müqaviləsinə əsasən Cavabdeh 1222.77 (bir min iki yüz iyirmi iki manat yetmiş yeddi qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz və 0.46 (sıfır manat qırx altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 1226.46 (bir min iki yüz iyirmi altı manat qırx altı qəpik) manat pul alınaraq "xxxx" KB ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 32.27 (otuz iki manat iyirmi yeddi qəpik) manatın və 0.40 manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 179rstDNG/19 saylı Güzəştli şərtlərlə kreditin verilməsinə dair Kredit Müqaviləsinə əsasən Cavabdeh 1222.77 (bir min iki yüz iyirmi iki manat yetmiş yeddi qəpik) manat əsas borc, 3.23 (üç manat iyirmi üç qəpik) manat faiz və 0.46 (sıfır manat qırx altı qəpik) manat cərimə, cəmi 1226.46 (bir min iki yüz iyirmi altı manat qırx altı qəpik) manat borc və ödənilmiş 32.27 (otuz iki manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 1279.13 (bir min iki yüz yetmiş doqquz manat on üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar