Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-126/2024 12.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı MMM QBKT-nın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı MMM QBKT-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 3444.00 AZN, faiz borcuna görə 800.51 AZN, cərimə borcuna görə 354.95 AZN, cəmi 4599.46 (dörd min beş yüz doxsan doqquz manat qırx altı qəpik) AZN məbləğində borcun və 46.99 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, İddiaçı MMM QBKT ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********3879 saylı kredit müqaviləsinə əsasən borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, hayat səviyyəsinin yax§ila§yaxşılaşdırılması üçün illik 29.00% dərəcəsi olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 251 AZN olmaqla bərabər hissələrlə ödəniş etməsinin razılaşdırıldığını, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********3879-846227 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2 zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfi olduğunu, lakin Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, ona görə də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada borcun İddiaçı MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azerbaijan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlərin yaşadığı ünvanlara göndərilsədə, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********3879 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə İddiaçı MMM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, İddiaçı MMM QBKT Cavabdeh1 ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3.8 %-i miqdarında komissiya ödəyir... Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********389961 saylı kredit kartı Cavabdeh1 təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********3879 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat krediti xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində ayda 251 manat, xx.xx.2024 tarixində isə 232 manat olmaqla, cəmi 6005 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən 171 manat komissiya haqqı tutulduqdan sonra Cavabdeh1 imza etdirilməklə 4329 (dörd min üç yüz iyirmi doqquz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********3879-846227 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə İddiaçı MMM QBKTnın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Zamin xx.xx.2022-ci il tarixli **********3879 saylı kredit müqavilələrinə əsasən (Kredit müqaviləsi”) həmin müqavilə üzrə Kredit alan olan Cavabdeh1 (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürür. Kredit müqaviləsinə əsasən Kredit alan illik 29 % dərəcəsi olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat məbləğində pul vəsaitini Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2022-ci il tarixli **********3879 saylı kredit müqaviləsinə əsasən 3444.00 manat əsas borcu, 800.51 manat faiz borcu, 354.95 manat cərimə olmaqla, cəmi 4599.46 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı MMM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 66 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azerbaijan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı MMM QBKT Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit verən” “Kredit alan”a ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29.00% dərəcəsi olmaqla 24 ay müddətinə 4500 (dörd min beş yüz) manat kredit vermiş və ona Fincard” kredit kartı təqdim etmiş, “Kredit Alan” verilmiş krediti xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində ayda 251 manat, xx.xx.2024 tarixində isə 232 manat olmaqla, cəmi 6005 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 da İddiaçı MM QBKT ilə “Zaminlik” müqaviləsi bağlayaraq “Kredit alan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Kredit alan” ilə birlikdə “Kredit verən” qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Kredit verən”in “Kredit alan”dan və “Zamin”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmçinin verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan”nın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, “Zamin” Cavabdeh2 da onunla birlikdə “Kredit verən” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit Alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit Verən”qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit Verən” “Kredit Alan”a və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilərək xx.xx.2022-ci il tarixli **********3879 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3444.00 (üç min dörd yüz qırx dörd) manat əsas borc, 800.51 (səkkiz yüz manat əlli bir qəpik) manat faiz borcu, 354.95 (üç yüz əlli dörd doxsan beş) manat cərimə olmaqla, ümumilikdə 4599.46 (dörd min beş yüz doxsan doqquz manat qırx altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun əvəzi də cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı MMM QBKT-yə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azerbaijan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli **********3879 saylı “Kredit müqaviləsi”nə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 3444.00 (üç min dörd yüz qırx dörd) manat əsas borc, 800.51 (səkkiz yüz manat əlli bir qəpik) manat faiz borcu, 354.95 (üç yüz əlli dörd doxsan beş) manat cərimə olmaqla, cəmi 4599.46 (dörd min beş yüz doxsan doqquz manat qırx altı qəpik) manat borc və ödənilmiş 66 (altmış altı) manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 4665.46 (dörd min altı yüz altmış beş manat qırx altı qəpik) manat məbləğində pul alınaraq İddiaçı MMM QBKT-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-126/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-126/2024
12.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver