Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-1273/2024 12.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı “SF Azerbaijan BOKT MMC-nin nümayəndəsi iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh iddiaçı “SF X1 Kredit Təşkilatı” MMC-nin xeyrinə 500 manat əsas, 25 manat faiz, 69 manat komissiya və 302,5 manat cərimə olmaqla, cəmi 896,5 manat borcun və ödənilmiş dövlət rüsumu məbləğinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib məhkəmə qeyd edir kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina edilməlidir. Belə ki, iddia ərizəsinə əlavə olunmuş sənədlərdən görünür ki, 523915******2989 nömrəli karta 500 manat məbləğində pul köçürülmüşdür. Lakin iddia ərizəsinə 523915******2989 nömrəli kartın Cavabdeh məxsus olmasını təsdiq edən hər hansı bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-4.1 və 284-4.1.3- cü maddələrinə əsasən verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; - 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz; - 284-4.3-cü maddəsinə əsasən ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Beləliklə, də İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinin işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilməlidir. Həmçinin İddiaçı BOKT MMC - yə izah olunmalıdır ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1, 284-4.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq,məhkəmə qərara aldı: İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinin işə baxılmasının sadələşdirilmiş qaydasının yolverilməzliyinə görə icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı BOKT MMC - yə izah olunsun ki, ərizənin qəbul edilməsindən imtina olunması iddiaçının həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-1273/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-1273/2024
12.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver