Məhkəmə qərarları › İş №e-2(110)-1282/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-1282/2024

28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-1282/2024 28.12.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1702.33 (min yeddi yüz iki manat otuz üç qəpik) manat yol-nəqliyyat hadisəsi nəticəsində verilmiş sığorta ödənişinin məbləği, 37.43 (otuz yeddi manat qırx üç qəpik) manat dövlət rüsumu, ümumilikdə 1739.76 (min yeddi yüz otuz doqquz manat yetmiş altı qəpik) manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC iddia ərizəsində "Range Rover" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixində PME********** saylı müqavilə ilə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalandığını, xx.xx.2023-cü il tarixində baş vermiş yol-nəqliyyat hadisəsı nəticəsində Cavabdeh idarə etdiyi "Range Rover" markalı, ** SN *** qeydiyyat nişanlı avtomobil Bakı şəhəri ərazisində hərəkət edən zaman yol nəqliyyat hadisəsi baş vermiş, nəticədə "xxxx" ASC-də avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası növü üzrə sığortalanan "İveco Urbanway" markalı, ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurduğunu, yuxarıda qeyd olunan hadisə ilə bağlı Nizami rayon DYPŞ tərəfindən tərtib olunan qərara əsasən "Range Rover" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh inzibati xətanı törətməkdə təqsirli bilindiyini, Cavabdeh yol-nəqliyyat hadisəsi zamanı "Range Rover" markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə olmadan idarə etdiyini, qeyd edilən yol-nəqliyyat hadisəsı nəticəsində zərərçəkənə 1702.33 (bir min yeddi yüz iki, otuz üç) manat məbləğində maddi zərər dəydiyini, 29 iyun 2022-ci il tarixli Azərbaycan Respublikası Mərkəzi X3 tərəfindən "Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı sığortaçılar arasında qarşılıqlı ödəmələrin tənzimlənməsinə dair Qayda"nın təsdiq edilməsi barədə Qərar qəbul edildiyini, bu Qaydalara əsasən hesablaşma zərərçəkənın sığortaçısı ilə zərərvuranın sığortaçısının arasında həyata keçirildiyini, bu hesablaşmaların həyata keçirilməsi məqsədilə İcbari Sığorta Bürosu tərəfindən hesablaşma bankında açılan və iştirakçılar tərəfindən vəsaitlərin ödənildiyi bank hesabı xüsusi hesab mövcud olduğunu, "xxxx" ASC qeyd edilən yol nəqliyyatı hadisəsində zərərvuran tərəfin sığortaçısı olduğu üçün zərərçəkən tərəfin sığortaçısı olan "Azərsığorta DSKS ASC-nın hesabına 1702.33 (bir min yeddi yüz iki, otuz üç) manat məbləğində sığorta ödənişı həyata keçirildiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azerbaijan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlərin yaşadığı ünvanlara göndərilsədə, cavabdehlər iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - xx.xx.2022-ci il tarixli PME********** nömrəli icbari sığortası müqaviləsinin surətindən görünür ki “Range Rover” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC-də sığortalanmışdır; - 03566/2023 saylı, xx.xx.2023-ci il tarixli sığorta ödənişi aktından görünür ki, Cavabdeh idarə etdiyi “Range Rover” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “İVECO URBANWAY” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri B.Nuriyev küçəsində toqquşmuş, sonuncuya 1702.33 manat maddi ziyan dəymiş və həmin ziyan "xxxx" ASC tərəfindən “BAKU BUS “ MMC-yə köçürmə yolu ilə ödənilmişdir; - Nizami rayonn DYPŞ-nin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli, TP5578249 nömrəli İnzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.1-ci və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 40 manat inzibati cərimə edilmişdir; - xx.xx.2023-cü il tarixli “Zərər akt”ın surətindən görünür ki, “İVECO URBANWAY” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilin təmiri üçün ehtiyyat hissələrə görə 1254.90 manat, ümumi xidmət haqqı 187.75 manat, ƏDV (18 %) 256.68 manat olmaqla, cəmi 1702.33 manat xərc çəkilmişdir; - xx.xx.2023-cü il tarixli 55652 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 1702.33 manat köçürülmüşdür; - xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, “Meqa Sığorta” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 37.03 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi “Range Rover” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü ilədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. PME********** nömrəli sığorta aktından görünür ki, Cavabdeh idarə etdiyi “Range Rover” markalı, ** SN *** dövlət qeydiyyat nişanlı avtomobillə X1 idarə etdiyi “İVECO URBANWAY” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtobusla Bakı şəhəri B.Nuriyev küçəsində toqquşmuş və Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci 332.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli hesab edilərək 40 manat inzibati cərimə edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı “İVECO URBANWAY” markalı ** JX *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın təmiri üçün çəkilmiş xərclər 1702.33 manat müəyyən edilmişdir. "xxxx" ASC həmin məbləğin ödəməsi təmin edilmişdir. İş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etmişdir. Buna görə də, iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya hüququ yaranmışdır. İcbari Sığortalar haqqında” Azərbaycan Respublikası Qanunun: - 3.1-ci maddəsinə əsasən, bu Qanunda nəzərdə tutulan icbari Sığortaların əsas prinsiplərindən biri də Sığorta hadisələri nəticəsində sağlamlığına və (və ya) əmlakına zərər dəyən şəxslərin bu Qanunda müəyyən edilmiş həcmdə və qaydada müdafiəsinin təminatıdır; - 23.1.6-cı maddəsinə əsasən Sığortaçının Sığorta ödənişini verdikdən sonra müvafiq şəxslərə qarşı Sığorta qanunvericiliyində nəzərdə tutulmuş qaydada subroqasiya hüququndan istifadə etmək hüququ vardır; - 25.1.3-cü maddəsinə icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməs ni tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın; - 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, Sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan“şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur; - 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak Sığortası üzrə Sığorta ödənişini vermiş Sığortaçıya subroqasiya qaydasında onun verdiyi Sığorta ödənişi məbləğində keçir; - 936.4-cü maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq Sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış Sığortaçıya, həmçinin“dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər; - 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli hüquqazidd əməldir. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır; - 1097.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam ödənilməlidir; - 1097.3-cü maddəsinə görə qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər; - 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlədən və i.a istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. - 1114-cü maddəsinə əsasən başqa şəxsin vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır. - 916.1-ci maddəsinə əsasən əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilərsə, həmin məbləğ Sığortaçıya bu şərtlə keçir ki, o zərərin əvəzini Sığortalıya ödəmiş olsun. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 37.03 manat dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, ümumilikdə 37.43 manat cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etməsi iş materiallarına əlavə edilmiş Bakı şəhəri, Nizami rayonu DYPŞ patrul xidmətinin əməkdaşı tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli TP ******* nömrəli İnzibati tənbeh vermə haqqında qərarla sübut olunur. Belə ki, həmin qərardan aydın olur ki, Cavabdeh avtonəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə edərək yol hərəkəti qaydalarını pozduğna görə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 332.1-ci maddələrilə inzibati məsuliyyətə cəlb edilmişdir. Yol nəqliyyat hadisəsi zamanı Sığortalıya dəymiş zərər iddiaçı tərəfindən ödənildiyi üçün iddiaçının həmin məbləği subroqasiya qaydasında tələb etmək hüququ yaranmışdır. Ona görə də, Cavabdeh subroqasiya qaydasında iddia tələbi üzrə 1702.33 (min yeddi yüz iki manat otuz üç qəpik) manat sığorta ödənişi və 37.03 (otuz yeddi manat, üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1739.76 (min yeddi yüz otuz doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilməlidir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 1702.33 (min yeddi yüz iki manat otuz üç qəpik) manat sığorta ödənişi və 37.03 (otuz yeddi manat, üç qəpik) manat dövlət rüsumu və 0.40 (qırx qəpik) manat xidmət haqqı olmaqla, cəmi 1739.76 (min yeddi yüz otuz doqquz manat yetmiş altı qəpik) manat məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar