Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-139/2023 15.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X3 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" MMM QBKT-nın cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğluna qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" MMM QBKT-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh2 Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlundan müştərək qaydada əsas borc üzrə 8000.00 AZN, faiz borcuna görə 1998.00 AZN, cərimə borcuna görə 0.00 AZN, cəmi 9998.00 (doqquz min doqquz yüz doxsan səkkiz) AZN məbləğində borcun və 119.98 manat məbləğində ödənilmiş dövlət rüsumunun "xxxx" MMM QBKT-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, iddiaçı "xxxx" MMM QBKT ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********5081 saylı kredit müqaviləsinə əsasən borcluya biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 % dərəcəsi olmaqla 24 ay müddətinə 8000 (səkkiz min) AZN məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 433 AZN olmaqla bərabər hissələrlə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, həmçinin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq eyni tarixli **********5081 – 668227 saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 və **********5081 – ******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh1 İsfənfdiyar oğlunun zamin qismində sözü gedən kredit müqaviləsinin tərəfləri olduğunu, zaminlik müqaviləsinin 1.1-ci maddəsinə əsasən Zamin Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu həmin borca hesablanmış faizi, cərimələri nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin cavabdeh X1 üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd etmişdir. İddiaçı təşkilat "xxxx" MMM QBKT-na məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş Cavabdeh2 və qeyrilərinə qarşı e-2(110)-139/2023 saylı mülki iş üzrə baxış iclasını iştirakları olmadan keçirib, qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğluna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********5081 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh2 ilə iddiaçı "xxxx" MMM QBKT arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərində qeyd olunmuşdur ki, "xxxx" MMM QBKT Cavabdeh2 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 8000.0 (səkkiz min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndində qeyd olunmuşdur ki, kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3.3 %-i miqdarında komissiya ödəyir. Həmin Müqavilənin 1.4-cü bəndində qeyd olunmuşdur ki, “Kredit Alan kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinəmüvafiq olaraq ödəməyi öhdəsinə götürür... Həmin Müqavilənin 1.6-cı bəndində qeyd olunmuşdur ki, kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. İş materiallarına əlavə olunmuş **********298733 saylı Fincard kreditvermə qəbzindən görünür ki, 264 manat komissiya haqqı tutulduqdan sonra Cavabdeh2 7736 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********5081 saylı Kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 26% dərəcəsi olmaqla 24 ay müddətinə 8000 (səkkiz min) manat krediti xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində ayda 433 manat, xx.xx.2022 tarixində isə 401 manat olmaqla, cəmi 10360 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********298733 saylı kredit kartı Cavabdeh2 təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********5081 - 668227 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh3 ilə "xxxx" MMM QBKTnın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********5081 - ******* saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh1 İsfənfdiyar oğlu ilə "xxxx" MMM QBKT-nın arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinin şərtinə əsasən Zaminlər xx.xx.2022-ci il tarixli **********5081 saylı kredit müqaviləsinə əsasən (“Kredit müqaviləsi”) həmin müqavilə üzrə Krredit alan olan Cavabdeh2 (“Kredit alan”) tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öhdəsinə götürmüşlər. Kredit müqaviləsinə əsasən Kredit alan illik 26 % dərəcəsi ilə 24 ay müddətində 8000 manat məbləğində pul vəsaitini Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2022-ci il tarixə Cavabdeh2 xx.xx.2022-ci il tarixli **********5081 saylı kredit müqaviləsinə əsasən 8000 manat əsas borcu, 1998 manat faiz borcu 0 manat məbləğində cərimə borcu olmaqla cəmi 9998 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "xxxx" MMM QBKT tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 119.98 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edildi ki, "xxxx" MMM QBKT Cavabdeh2 biznes məqsədləri, ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 26 faiz dərəcəsi ilə hesablanmaqla 24 ay müddətinə 8000 (səkkiz min) manat kredit vermiş və ona kart təqdim etmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş, “Kredit Alan” isə aldığı krediti xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində ayda 433 manat, xx.xx.2022 tarixində isə 401 manat olmaqla, cəmi 10360 manat Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlu "xxxx" MMM QBKT ilə Zaminlik müqavilələri bağlayaraq Kredit alanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Kredit alan ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşlər. Lakin Kredit alan kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Kredit verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Kredit verən qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. Həmçinin Kredit alan öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" MMM QBKT-nın kredit alan və zaminlərə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh2 yazılı formada bağlanmış kredit razılaşmalarının şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçının iddia tələbi borcunun tutulmasında tamamilə əsaslıdır. Eyni zamanda verilmiş kreditin təminatı kimi zaminlər Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlu “Kredit alan”nın götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan” bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərlərinə götürmüşlər və onunla birgə məsuliyyət daşımalarını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqavilələrini imzalamaqla təsdiq etmişlər. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, zaminlər Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlu da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və “Zaminlər” də kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Kredit verən” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürdüklərindən, “Kredit verən” borcun alınması ilə bağlı “Kredit alan” və “Zamin”lərə qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, xx.xx.2022-ci il tarixli **********5081 Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlundan müştərək qaydada 8000 (səkkiz min) manat əsas borc, 1998 (bir min bir yüz doxsan səkkiz) manat faiz borcu olmaqla, cəmi 9998 (doqquz min doqquz yüz doxsan səkkiz) manat məbləğində pul alınaraq "xxxx" MMM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 119.98 (bir yüz on doqquz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu da cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlundan müştərək qaydada alınaraq iddiaçı "xxxx" MMM QBKT-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli **********5081 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 İsfənfdiyar oğlundan müştərək qaydada 8000 (səkkiz min) manat əsas borc, 1998 (bir min bir yüz doxsan səkkiz) manat faiz borcu, cəmi 9998 (doqquz min doqquz yüz doxsan səkkiz) manat borc və ödənilmiş 119.98 (bir yüz on doqquz manat doxsan səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 10117.98 (on min bir yüz on yeddi manat doxsan səkkiz qəpik) manat pul alınaraq "xxxx" MMM QBKT-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-139/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-139/2023
15.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver