Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-140/2025 12.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASGnin xeyrinə 4927.99 manat əsas, 421.05 manat faiz borcu olmaqla, cəmi 5349.04 manat məbləğində kredit borcunun, ödənilmiş 73.5 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsində "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 1-xx-xx-2014-AKK nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Bank tərəfindən borcluya 120 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 37800 məbləğində kredit verildiyini, borclu Cavabdeh kredit müqaviləsi üzrə vəsaitindən istifadə etdiyini, lakin kredit borcu və hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırdığını, cavabdehə 1-xx-xx-2014-AKK nömrəli, xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında tərəflərindən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmadığını, beləliklə, Cavabdeh kreditin vaxtında qaytarılması haqqında tərəflərindən dəfələrlə xəbərdarlıq olunduğunu, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün cavabdeh tərəfindən tədbirlər görülmədiyini, müqavilə üzrə öhdəliklər yerinə yetirilmədiyini, hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, Cavabdeh kredit müqaviləsi üzrə banka borcu - 4927.99 manat əsas, 421.05 manat faiz borcu olmaqla, cəmi 5349.04 manat təşkil etdiyini, bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 5349.04 manat olduğundan, tərəflərindən 73.5 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənildiyini bildirmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc” tələbinə dair iddia ərizəsi üzrə e-2(110)-140/2025 saylı mülki iş olduğunu, qeyd edilən mülki iş üzrə məhkəmə baxışı iclası Naxçıvan MR Şərur Rayon Məhkəməsinə müraciət etdiklərini, 2(110)-140/2025 saylı mülki iş üzrə məhkəmə baxışı iclası xx.xx.2025-ci il, saat 11:00-a təyin edildiyini,yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə baxışı iclasının itirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında iddianı qəbul etdiyini, həqiqətəndə Azərbaycan Beynəlxalq Bankı” ASC-yə borcunun olduğunu, borcunu ödəyəcəyini qeyd edərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC ilə Cavabdeh arasında xx.xx.2014-cü il tarixdə 1-xx-xx-2014-AKK nömrəli Kredit müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.2, 5.3 və 6.1-ci bəndinə əsasən Borcverən mənzil alınması üçün ilə 37800 (otuz yeddi min səkkiz yüz) AZN məbləğində krediti 120 ay müddətinə (xx.xx.2024 tarixədək) illik 10 (on) faiz ödəmək şərtilə Borcalana verməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən Borcalan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri Borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli 1-xx-xx-2014-AKK nömrəli Kredit Müqaviləyə Əlavə 1-ə (ödəniş cədvəlinə) əsasən, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən Cavabdeh illik 10 faiz dərəcəsi ilə 120 ay müddətinə 37800 AZN məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2014 – xx.xx.2024 tarixləri ərzində ayda 499.60 manat, xx.xx.2024 tarixində isə 485.31 manat olmaqla, cəmi 59937.71 manat pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 04 dekabr 2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka əsas borc üzrə 4927.99 manat faiz borcu üzrə 421.05 manat, cəmi 5349.04 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli, ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Dövlət büdcəsinin AZ60AİİB******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 73.72 manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. Məhkəmə cavabdehin etirafedici izahatını iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli 1-xx-xx-2014-AKK nömrəli Kredit müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 120 ay müddətinə illik 10 faiz ödəmək şərtilə 37800 manat məbləğində kredit verilmişdir. Borcalan isə götürdüyü krediti faizləri ilə birlikdə xx.xx.2014 xx.xx.2024 tarixləri ərzində ayda 499.60 manat, xx.xx.2024 tarixində isə 485.31 manat olmaqla, cəmi 59937.71 manat”Azərbaycan Beynəlxalq Bankı” ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borcalan müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, “Bank” belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq “Banka” olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə qeyd edir ki, iddiaçı təşkilat məhkəməyə müraciət etməsi müqabilində dövlət büdcəsinə 73.72 manat dövlər rüsumu ödəsə də, lakin iddia tələbində 73.5 manat ödənilmiş dövlət rüsumu tələb etmişdir. Məhkəmə iddia tələbini bu hissədə əsassız hesab edərək qeyd edir ki, yalnız iddiaçı təşkilat tərəfindən ödənilmiş 73.72 manat dövlət rüsumunun və 0.40 manat xidmət haqqının əvəzi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2014cü il tarixli 1-xx-xx-2014-AKK nömrəli Təminat Kredit müqaviləsinə əsasən Cavabdeh 4927.99 manat əsas borc, 421.05 manat faiz borcu, cəmi 5349.04 manat borc və 73.72 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 5423.16 (beş min dörd yüz iyirmi üç manat on altı qəpik) manat məbləğində pul alınaraq "xxxx" KB ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2014-cü il tarixli 1-xx-xx-2014-AKK nömrəli Təminatlı Kredit müqaviləsi üzrə 4927.99 (dörd min doqquz yüz iyirmi yeddi manat doxsan doqquz qəpik) manat əsas borc, 421.05 (dörd yüz iyirmi bir manat beş qəpik) manat faiz borcu, cəmi 5349.04 (beş min üç yüz qırx doqquz manat dörd qəpik) manat borc və 73.72 (yetmiş üç manat yetmiş iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu və 0.40 (qırx) manat bank xidmət haqqı olmaqla, ümumilikdə 5423.16 (beş min dörd yüz iyirmi üç manat on altı qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-140/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-140/2025
12.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver