Məhkəmə qərarları › İş №e-2(110)-142/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-142/2024

18.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-142/2024 18.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı QBKT MMM-nın Cavabdeh qarşı “borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı QBKT MMM-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində iddianın təmin edilməsi, Cavabdeh əsas borca görə 1604.97 manat, faiz borcuna görə 126.00 manat, cərimə borcuna görə 126.66 manat, cəmi 1857.63 (bir min səkkiz yüz əlli yeddi manat altmış üç qəpik) manat məbləğində borcun və 38.58 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı QBKT MMM-nın xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, iddiaçı “İddiaçı QBKT MMM ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli **********4428 saylı kredit müqaviləsinə əsasən borcluya istehlak məqsədləri üçün illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verildiyini, həmin kredit müqaviləsinə əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 167 manat olmaqla bərabər hissələrlə ödəniş etməsinin razılaşdırıldığını, kredit məbləğinin kredit alana nağdsız qaydada yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan üzərində “Fincard” adı qeyd edilmiş kredit kartında təqdim edildiyini, kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən kredit alan əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürdüyünü, həmçinin xx.xx.2022-ci il tarixli **********4428 sayli kredit müqaviləsi, xx.xx.2023-cü il tarixli **********0184 saylı hesab nömrəli sazişlə restrukturizasiya olunduğunu və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1694.97 AZN , faiz 0,00 AZN, cərimə 0,00 AZN müəyyən edildiyini, tərəflər arasında bağlanmış kredit müqaviləsinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsinin borcalan tərəfindən nəzərdə tutulduğunu, lakin Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********4428 saylı “Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı QBKT MMM arasında qeyd olunan kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1 və 1.2-ci bəndlərinə əsasən İddiaçı QBKT MMM Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat kredit verməyi, “Kredit Alan” isə verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən kreditin verilməsinə görə “Kredit Alan” “Kredit Verən”ə kredit məbləğinin 3.8 %-i miqdarında komissiya ödəyir... Həmin Müqavilənin 1.4-cü bəndinə əsasən “Kredit Alan” kredit üzrə əsas borcu və faizləri bu müqavilənin tərkib hissəsi olan “Kreditin qaytarılması cədvəlinə” müvafiq olaraq ödəməyi öhdəsinə götürür... Həmin Müqavilənin 1.6-cı bəndinə əsasən kredit “Kredit Alan”a “Fincard” kredit kartı vasitəsi ilə və ya “Kredit Alanın” bank hesabına köçürülməklə verilir. Kredit “Fincard” kredit kartı vasitəsi ilə verildiyi halda həmin kartın verilməsi barədə “Akt” tərtib edilir, hər iki tərəfdən imzalanır və həmin akt bu müqavilənin tərkib hissəsi hesab edilir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən Kredit Alan Kreditin ödənilməsi üzrə cari öhdəliyi vaxtlıvaxtında yerinə yetirmədiyi və Ödəniş Cədvəlində göstərilən kreditdıən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, Kredit Alan Kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin 1%-i məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Tərəflər razılaşırlar ki, dəbbə pulunun miqdarı tənasüblü şəkildə, Kredit Verən və Kredit Alanın əmlak mənafeləri nəzərə alınmaqla müəyyənləşdirilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli **********4428 saylı kredit müqaviləsində nəzərdə tutulmuş ödəniş cədvəlindən görünür ki, Kredit alan illik 29% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat krediti xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində ayda 159 manat, xx.xx.2024 tarixində isə 153 manat olmaqla, cəmi 3998 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli Kredit Kartının Mədaxil (Qəbul) Aktından görünür ki, kredit məbləği nağdsız qaydada, yəni balansında verilmiş kredit məbləği həcmində pul vəsaiti olan, üzərində “Fincard” adı qeyd edilmiş, **********324109 saylı kredit kartı Cavabdeh təqdim edilmiş və hər iki tərəf imzaları ilə təsdiq etmişlər. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli kreditvermə qəbzinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Bank tərəfindən 114.00 manat komissiya tutulduqdan sonra Cavabdeh imza etdirilməklə 2886 (iki min səkkiz yüz səksən altı) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli **********0184 saylı xx.xx.2022 tarixli **********4428saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişdən görünür ki, tərəflər aralarında bağlanmış xx.xx.2023 tarixli, **********0184 saylı Kredit müqaviləsinin (bundan sonra "Kredit müqaviləsi") aşağıdakı şərtlərlə restrukturizasiya olunması barədə razılığa gəldilər; Həmin Sazişin 1-ci bəndinə, əsasən, kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 1694.97 AZN, hesablanmış və ödənilmiş faizlər 0.00 AZN, cərimə isə 0.00 AZN təşkil edir. Həmin Sazişin 2-ci bəndinə, əsasən, tərəflər qalıq borcu olaraq, aşağıdakı məbləği qəbul edirlər: 1694.97 AZN. Həmin Sazişin 3-cü bəndinə, əsasən, bu sazişin 2-ci maddəsində göstərilən məbləğ 18 ay müddətində təmamilə ödənəcəkdir. Həmin Sazişin 3-1.1-ci bəndinə, əsasən, kredit alan və zamin hazırkı müqaviləni imzalamaqla aşağıdakı şərtlərlə hazırda, gələcəkdə və borc öhdəliklərinin davam etdiyi bütün dövr ərzində təsdiq edirlər. Həmin Sazişin 4-cü bəndinə, əsasən, sazişin bağlandığı tarixdən etibarən sazişin 2-ci maddəsində göstərilən qalıq məbləğinə 10.10% dərəcəsi ilə faizlər hesablanacaqdır. Həmin Sazişin 5-ci bəndinə, əsasən, kredit alan tərəfindən ödənişlər bu aşağıda göstərilən, bu saziş üzrə qarşılıqlı razılaşdırılmış ödəniş cədvəli əsasında həyata keçiriləcəkdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli **********4428 saylı kredit müqaviləsinə əsasən əsas borca görə üzrə 1604.97 manat, faiz borcuna görə 126.00 manat, cərimə borcuna görə 126.66 manat, cəmi 1857.63 manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil Qəbzindən görünür ki, İddiaçı QBKT MMM tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB**********360201133 xəzinə hesabına 38.58 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı QBKT MMM Cavabdeh ailə-kəndli təsərrüfatının yaradılması və genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün 29% dərəcəsi olmaqla 24 ay müddətinə 3000 (üç min) manat kredit vermiş və ona “Fincard” kredit kartı təqdim etmişdir. “Kredit Alan” isə aldığı krediti xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində ayda 159 manat, xx.xx.2024 tarixində isə 153 manat olmaqla, cəmi 3998 manat pulu Kredit verənə qaytarmağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən “Kredit Verən” yuxarıda qeyd olunan məbləğdə krediti “Kredit Alan”nın mülkiyyətinə vermiş və “Kredit Alan” verilmiş krediti, o cümlədən kredit üzərinə hesablanmış faizləri və digər ödənişləri vaxtında “Kredit Verən”ə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi öhdəsinə götürmüşdür. Sonradan“Kredit Verən” “Kredit Alan”la xx.xx.2023-cü il tarixli **********0184 saylı xx.xx.2022 tarixli **********4428saylı kredit müqaviləsinin Restrukturizasiyasına dair Sazişdən bağlayaraq onun borclu olduğu 1694.97 matat məbləğində pulu 18 ay müddətində - xx.xx.2023 xx.xx.2024 tarixləri ərzində aylıq 102 manat, xx.xx.2025-ci il tarixdə isə 98.97 manat olmaqla geri ödəməsi barədə razılığa gəlsələrdə, “Kredit Alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə üzərinə düşən öhdəliklərə əməl etməmiş və “Kredit Verən” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, ”Kredit Verən”in ”Kredit Alan”dan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;” - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir; Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit Alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit Verən”qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit Verən” “Kredit Alan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilərək, Cavabdeh 1604.97 (bir min altı yüz dörd manat doxsan yeddi qəpik) manat əsas borc, 126.0 (bir yüz iyirmi altı) manat faiz borcu, 126.66 (bir yüz iyirmi altı manat, altmış altı qəpik) manat cərimə olmaqla, ümumilikdə 1857.63 (bir min səkkiz yüz əlli yeddi manat altmış üç qəpik) manat məbləğində pul alınaraq İddiaçı QBKT MMM-nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 38.58 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2022-ci il tarixli **********4428 saylı Kredit müqaviləsi üzrə 1604.97 (bir min altı yüz dörd manat doxsan yeddi qəpik) manat əsas borc, 126.0 (bir yüz iyirmi altı) manat faiz borcu, 126.66 (bir yüz iyirmi altı manat, altmış altı qəpik) manat cərimə, cəmi 1857.63 (bir min səkkiz yüz əlli yeddi manat altmış üç qəpik) manat borc və ödənilmiş 38.58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1896.21 (bir min səkkiz yüz doxsan altı manat iyirmi bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı QBKT MMM-nə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar