Məhkəmə qərarları › İş №e-2(110)-151/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-151/2025

22.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-151/2025 22.01.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2024-cü il tarixli, GTKR6540811B299 saylı kredit müqaviləsinə əsasən 2026.15 AZN məbləğində borcun, xx.xx.2024-cü il tarixli, BUMM6753606B299 saylı kredit kartına dair müqaviləyə əsasən 987.47 AZN əsas, 65.86 AZN faiz, cəmi 1053.33 AZN borcun və ödənilmiş 50.79 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, GTKR6540811B299 saylı Kredit müqaviləsinə əsasən ona 12 ay müddətinə illik 19.8 faiz dərəcəsi ilə 3000 AZN məbləğində kredit verildiyini, İddiaçı ASC ilə Cavabdeh arasında elektron qaydada (mobil tətbiqi vasitəsilə) bağlanmış xx.xx.2024-cü il tarixli, BUMM6753606B299 saylı Kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə 27 faiz dərəcəsi ilə 6849 AZN məbləğində kredit xətti verildiyini, kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəliyi lazımi qaydada yerinə yetirmədiyini və banka olan borcunu tam qaytarmadığını, bankın tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli BUMM6753606B299 saylı Kredit və Hesab müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC arasında elektron qaydada Krediti müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. İş materiallarına iddiaçı tərəfindən əlavə olunmuş elektron poçt ünvanından çıxarışdan görünür ki, kreditin verilməsi üçün zəruri sənədlər Cavabdehnin elektron poçt ünvanına göndərilmiş, xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən həmin sənədlər elektron qaydada imzalanmışdır. Həmin Müqavilənin 1-ci bəndinə əsasən Bu Müqaviləyə görə Bank aşağıdakı şərtlərlə Müştəriyə bu Müqavilədə qeyd edilmiş istehlak məqsədləri üçün bərpa olunan kredit xətti (bundan sonra “kredit xətti” və ya “kredit”) ayırır, kreditin istifadəsilə bağlı müvafiq hesab(lar) açır, Müştəri isə həmin kreditdən yalnız “Umico MarketPlace” platforması (“Platforma”) üzərindən satıcı-partnyor şirkətlərin (bundan sonra birlikdə və ya ayrı-ayrılıqda “Partnyor” və ya “Partnyorlar”) mal (əşya) və xidmətlərinin alınması üçün istifadə edir və yaranmış borclarını (əsas və faiz borcu, xidmət haqqı, dəbbə pulu və s.) Müqavilə ilə müəyyən edilmiş qaydada Banka geri ödəyir. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4 və 2.5-ci maddələrinə əsasən İddiaçı ASC Cavabdeh əşya krediti və platformada təqdim edilən malların və xidmətlərin alışı təyinatlı, 59 (əlli doqquz) ay müddətinə, illik 27 faiz ilə 6849 manat məbləğində kredit vermişdir. İş materiallarına əlavə olunmuş Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü tarixdə 6849 manat manat məbləğində kreditin verilməsi təmin olunmuş, eyni zamanda o, kredit kartı üzrə açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. Həmçinin iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli GTKR6540811B299 saylı Kredit və Hesab müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1.1, 1.1.2, 1.1.3 və 1.1.4-cü maddələrinə əsasən “Bank” “Müştəriyə”gündəlik tələbat məqsədilə 12 ay müddətinə illik 19.8 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən kreditdən qaytarılması bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödənilir; Həmin Müqavilənin 1.1.6-cı bəndinə əsasən 30 manat xidmət (komisyon) haqqı tutulmuşdur; Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi (cari hesaba köçürüldüyü) gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablannır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli GTZK94944708A500 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən X1 12 ay müddətinə illik 19.8 faiz dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmiş, X2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2024 – xx.xx.2025 tarixləri ərzində ayda 277.62 manat, xx.xx.2025 tarixində isə 278.57 manat olmaqla, cəmi 3332.39 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü tarixdə 3000 manat manat məbləğində kreditin verilməsi təmin olunmuş, eyni zamanda o, kredit kartı üzrə açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdehnın xx.xx.2024-cü il tarixə İddiaçı ASC-yə xx.xx.2024-cü il tarixli, GTKR6540811B299 saylı Kart Kredit müqaviləsinə əsasən 2026.15 AZN məbləğində borcu, xx.xx.2024-cü il tarixli, BUMM6753606B299 saylı Kredit müqaviləsinə əsasən 987.47 AZN əsas, 65.86 AZN faiz, cəmi 1053.33 borcu vardır. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB**********360201133 saylı xəzinə hesabına 50.79 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında elektron qaydada bağlanmış xx.xx.2024-cü il tarixli BUMM6753606B299 saylı Kredit və hesab müqaviləsinə əsasən Bank” “Müştəriyə” 59 ay müddətinə illik 27 faiz dərəcəsi ilə 6849 manat məbləğində kreditin, xx.xx.2024-cü il tarixli GTKR6540811B299 saylı Kredit müqaviləsinə əsasən “Bank” “Müştəri”yə 12 ay müddətinə illik 19.8 faiz dərəcəsi ilə 3000 manat məbləğində kreditin verilməsini təmin etmişdir. Kreditin verilməsi üçün kredit müqaviləsi və digər zəruri sənədlər Cavabdeh elektron qaydada təsdiq edilmişdir. İş materialında olan olunmuş hər iki müqavilə üzrə hesabdan çıxarışdan görünür ki, hər iki müqavilə üzrə Cavabdeh kreditin verilməsi təmin edilmişdir. Lakin “Müştəri” kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 50.79 (qırx iki manat on bir qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə “Bank” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR6540811B299 saylı Kredit və Hesab müqaviləsin əsasən 2026.15 (iki min iyirmi altı manat on beş qəpik) manat əsas borc, xx.xx.2024-cü il tarixli, BUMM6753606B299 saylı Kredit müqaviləsinə əsasən 987.47 (doqquz yüz səksən yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 65.86 (altmış beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 3079.48 (üç min yetmiş doqquz manat qırx səkkiz qəpik) manat borc və 50.79 (əlli manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3130.27 (üç min bir yüz otuz manat iyirmi yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq,məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli, GTKR6540811B299 saylı Kredit və Hesab müqaviləsin əsasən 2026.15 (iki min iyirmi altı manat on beş qəpik) manat əsas borc, xx.xx.2024-cü il tarixli, BUMM6753606B299 saylı Kredit müqaviləsinə əsasən 987.47 (doqquz yüz səksən yeddi manat qırx yeddi qəpik) manat əsas borc, 65.86 (altmış beş manat səksən altı qəpik) manat faiz borcu olmaqla, hər iki müqavilə üzrə cəmi 3079.48 (üç min yetmiş doqquz manat qırx səkkiz qəpik) manat borc və 50.79 (əlli manat yetmiş doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 3130.27 (üç min bir yüz otuz manat iyirmi yeddi qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar