Məhkəmə qərarları › İş №e-2(110)-154/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-154/2025

06.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-154/2025 06.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh xx.xx.2023-cü il tarixli, 808-TK-1-1-1791-23 nömrəli kredit müqaviləsi üzrə 749,03 manat əsas, 111,01 manat faiz borcu, 110,14 manat cərimə borcu olmaqla, cəmi 970,18 manat borc, xx.xx.2023-cü il tarixli, 808-Y-1-1792-23 nömrəli kredit müqaviləsi üzrə 11904,77 manat əsas, 167,94 manat faiz borcu, 0,29 manat cərimə borcu olmaqla, cəmi 12073 manat borcun və 129,13 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi Cavabdeh İddiaçı ASC-dən xx.xx.2023-cü il tarixli, 808-TK-1-1-1791-23 kredit müqaviləsinə əsasən illik 25 faizlə 48 ay müddətinə 1000 manat və xx.xx.2023-cü il tarixli 808-Y-1-1792-23 nömrəli kredit müqaviləsinə əsasən, 17,5 faizlə 48 ay müddətinə 15000 manat məbləğində kreditlər götürdüyünü, borclunun müqavilələrin şərtlərini pozduğunu, borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, xx.xx.2024-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli 808- TK-1-1-1791-23 nömrəli kredit müqaviləsi üzrə 749,03 manat əsas borcunun, 111,01 manat faiz borcunun, 110,14 manat cərimə borcunun olmaqla ümumilikdə cəmi 970,18 manat borcunun və xx.xx.2024-dək Cavabdeh banka xx.xx.2023-cü il tarixli 808-Y-1-1792- 23 nömrəli kredit müqaviləsi üzrə 11904,77 manat əsas borcunun, 167,94 manat faiz borcunun, 1,17 manat cərimə borcunun olmaqla ümumilikdə cəmi 12073,88 manat borcunun olduğunu, Cavabdeh xx.xx.2023-cü il tarixli kredit müqavilələri üzrə banka olan cərimə borcunun 1,17 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmalaqla, yəni 0,29 manat məbləğində tələb olunduğunu bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmişdir. İddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, cavabdehə telefonqram göndərilən zaman məhkəmə iclasından xəbərdar olduğunu, iddianı qəbul etdiyini, Bakı şəhərində yaşadığından məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2023-cü il tarixli 808-TK-1-1-1791-23 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh illik 25 faizlə 48 ay müddətinə 1000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 808-Y-1-1792-23 nömrəli kredit müqaviləsinə əlavədən görünür ki, Cavabdeh illik 17,5 faizlə 48 ay müddətinə 15000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təhvil-təslim aktlarından görünür ki, Cavabdeh 2 ədəd plastik kart təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh 14850 manat pul təhvil verilmişdir. İş materiallarında olan hesabdan çıxarışlardan görünür ki, iddiaçı tərəfindən Cavabdeh hesabına 1000 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli maliyyə arayışlarından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixli 808-TK-1-1-1791-23 nömrəli müqavilə üzrə 749,03 manat əsas, 111,01 manat faiz və 110,14 manat cərimə borcu olmaqla, cəmi 970,18 manat borcu və xx.xx.2023-cü il tarixli 808-Y-1-1792-23 nömrəli müqavilə üzrə isə 11904,77 manat əsas, 167,94 manat faiz borcu, 0,29 manat cərimə borcu olmaqla, cəmi 12073 manat borcu var. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh arasında kredit müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, qəbz və s.) sübuta yetirmişdir. Cavabdehə telefonqram göndərən zaman iddianı qəbil etdiyini bildirmiş, iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdeh müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdeh iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Mülki Məcəllənin 467-ci maddəsində qeyd olunmuşdur ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər, tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə cavabdehin müqavilədə nəzərdə tutulmuş müddətdə borcunu ödəyə bilməməsini, onun üzərində əsas borcu olaraq icra edilməmiş pul öhdəliyinin olmasını, əlavə olaraq tətbiq edilən cərimənin isə onun vəziyyətini daha da ağırlaşdırdığını nəzərə alaraq hesab edir ki, dəbbə pulu (cərimə) tənasübsüz surətdə yüksəkdir. Odur ki, dəbbə pulu azaldılaraq əsas borca mütənasib olaraq müəyyən edilməlidir. Məhkəmə tərəfindən iddiaçının tələbinin qismən təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi qeyd edildiyindən iddiaçı tərəfdən iddia qaldırılan zaman ödənilmiş dövlət rüsumu iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 128,41 (bir yüz iyirmi səkkiz manat qırx bir qəpik) manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh Şərur rayon Qorçulu kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh xx.xx.2023-cü il tarixli, 808-TK-1-1-1791-23 nömrəli müqavilə üzrə 749,03 manat əsas, 111,01 manat faiz borcu, 37 manat cərimə borcu olmaqla, cəmi 897,04 (səkkiz yüz doxsan yeddi manat dörd qəpik) manat borc və 808-Y-1-1792-23 nömrəli kredit müqaviləsi üzrə 11904,77 manat əsas, 167,94 manat faiz borcu, 0,29 manat cərimə borcu olmaqla, cəmi 12073 (on iki min yetmiş üç) manat borcun, ümumilikdə 12970,04 manat (on iki min doqquz yüz yetmiş manat dörd qəpik) və iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 128,41 manat (bir yüz iyirmi səkkiz manat qırx bir qəpik) dövlət rüsumu alınaraq İddiaçı ASC-nin hesabına köçürülsün. İddia qalan hissədə rədd edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar