Məhkəmə qərarları › İş №e-2(110)-16/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-16/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-16/2023 22.02.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zamin oğluna qarşı “kreditin borcunun qaytarılması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2017-ci il tarixli KM037T08170047S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə cəmi borcu 7691.43 (yeddi min altı yüz doxsan bir Manat 43 qəpik) manat - bundan 2356.16 (iki min üç yüz əlli altı Manat 16 qəpik) manat əsas, 1462.54 (bir min dörd yüz almış iki manat 54 qəpik) Manat faiz, 3527.22 (üç min beş yüz iyirmi yeddi manat 22 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345.51 (üç yüz qırx beş Manat 51 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 96.92 (doxsan altı Manat 92 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq, ləğv prosesində olan "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nəsimi filialı ilə Cavabdeh1 arasında bağlanmış 1637/14 nömrəli (Hesab №: 982477) 19 dekabr 2014-cü il tarixli Kredit Kartın verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən cavabdeh üçün 12 (on iki) ay müddətinə 3000 (üç min) Manat məbləğində kredit xətti açıldığını, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Yasamal filialı ilə Cavabdeh1 arasında 1 nömrəli (Hesab №: KM037T08170047S01) 09 avqust 2017-ci il tarixli Əlavə Saziş bağlandığını, əlavə Sazişin 1.1.1. bəndinə əsasən Əsas müqavilənin adında olan “Kredit kartın verilməsi və istifadəsi üzrə Müqavilə” ifadəsi “Kredit müqaviləsi” ifadəsi ilə dəyişdirildiyini, əlavə Sazişin 1.1.2. bəndinə əsasən Borcalanın Kreditor qarşısındakı kredit kartı üzrə əsas borc qalığı 2771.58 (iki min yeddi yüz yetmiş bir manat 58 qəpik) AZN qalığı kreditə çevrildiyini, kreditin müddətinin xx.xx.2019-cu il tarixədək təşkil etdiyini, kreditin istifadəsinə görə Borcalanın Kreditora illik 15 faiz ödəməli olduğunu, Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında ZM1/037T08170047 nömrəli xx.xx.2017-ci il tarixli Zaminlik müqaviləsi bağlandığını, bu müqavilənin 4.2-ci bəndinə əsasən faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və Borcalanın öhdəliyinin icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində Kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, Zamin və ya Zaminlərin Kreditor qarşısında Borcalan ilə eyni həcmdə məsuliyyət daşıdığını, müqavilənin müvafiq bəndinə əsasən Borcalan ödəniş qrafikində nəzərdə tutulmuş müddətlərdə kredit üzrə hesablanmış faizləri və cərimələri, habelə tariflərə uyğun olaraq komissiya haqlarını, çıxarış və arayışların Borcalana verilməsi və ya Borcalanın adından göndərilməsi üzrə xərcləri Kreditora vaxtında və tam olaraq ödəməyi öhdəliyinə götürdüyünü, müqavilədən irəli gələn öhdəliyin vaxtında və lazımi qaydada icra edilməməsi ilə əlaqədar krediti hesablanmış faizlər, cərimə və bu Müqavilə əsasən ödənilməsi nəzərdə tutulan digər məbləğlər ilə birlikdə qaytarılmasını, dəymiş zərərin, o cümlədən əldən çıxmış faydanın ödənilməsini tələb etməyə Bankın hüququnun olduğunu, Bank ilə Cavabdeh1 arasında bağlanmış 09 avqust 2017-ci il tarixli KM037T08170047S01 hesab nömrəli müqavilə üzrə xx.xx.2022-ci il tarixə Cavabdeh1 cəmi borcu 7691.43 (yeddi min altı yüz doxsan bir Manat 43 qəpik) Manat təşkil etdiyini, bundan 2356.16 (iki min üç yüz əlli altı Manat 16 qəpik) Manat əsas, 1462.54 (bir min dörd yüz almış iki Manat 54 qəpik) Manat faiz, 3527.22 (üç min beş yüz iyirmi yeddi Manat 22 qəpik) Manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 345.51 (üç yüz qırx beş Manat 51 qəpik) Manat faiz borcu təşkil etdiyini, Müqavilənin müvafiq bəndlərinə əsasən borcalanın kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və ya yerinə yetirə bilmədikdə, kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququnun olduğunu, müqavilənin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar Bank tərəfindən cavabdehə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********174 nömrəli bildiriş məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlərin Banka heç bir cavab vermədiyini və kredit borcunun Banka qaytarılmasını təmin etmədiklərini, Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlərin həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiklərini, borcun gecikdirilməsini təsdiq edən maliyyə arayışından göründüyü kimi cavabdeh tərəfindən ödəniş cədvəlinin pozulması Bank lisenziyasının ləğvindən əvvəl, yəni Bankın fəaliyyət göstərdiyi dövrə təsadüf etdiyini, halbuki, cavabdehin ona verilmiş borc məbləğini ödəniş cədvəlinə uyğun olaraq vaxtında qaytarsaydı, Bank öz fəaliyyətində həmin pul vəsaitindən istifadə edərək mənfəət götürə biləcəyini bildirmişdir. İddiaçı təşkilat Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq ərizəsində icraatda olan LPO İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kredit borcunun qaytarılması” tələbinə dair 2(110)-16/2023 saylı mülki işin baxış iclasının xx.xx.2023-cü il tarixə saat 15:00-a təyin olunduğunu, iddia tələbini tam müdafiə etdiyini, iş həcminin çoxluğunu nəzərə alaraq məhkəmə iclasını iştirakları olmadan keçirməyinizi və iddianın tam təmin edilməsi barədə yekun məhkəmə aktı qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Zamin oğluna məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, оnlar heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19 dekabr 2014-cü il tarixli 1637/14 nömrəli (hesab no 982477) Kredit kartının verilməsi və istifadəsi üzrə Müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə "xxxx" ASC-nin Nəsimi filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1 - ci bəndinə əsasən Bank Müştərinin nəfinə 12 ay müddətinə visa gold tipli kart buraxır, Bank tərəfindən buraxılmış kart Bankın xüsusi mülkiyyətidir. Həmin Müqavilənin 2.2 - ci bəndinə əsasən Kart vasitəsilə həyata keçirilən əməliyyatların uçotunun aparılması üçün Müştəriyə Bankda cari hesab açılır. Həmin Müqavilənin 3.1, 3.2, 3.3-cü bəndlərinə əsasən Bank Müştəriyə xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci il tarixədəkillik 27 % olmaqla 3000 manat məbləğində kredit xətti açır. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən... kredit üzrə faizlərin hesablanması ildə 360 təqvim günü, ayda isə 30 təqvim günü götürülməklə hesablannır... Həmin Müqavilənin 3.6-cı bəndinə əsasən gecikdirilən borc məbləğinə cərimə kimi illik 54 %, aylıq isə 4.5 % hesablanır. İş materiallarına əlavə olunmuş Qəbzdən görünür ki, Bank tərəfindən Cavabdeh1 imza etdirilməklə kartın verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş Borcalan Cavabdeh1 ilə "xxxx" ASC-nin Yasamal filialı arasında xx.xx.2017-ci il tarixli, 982477 saylı 19 dekabr 2014-cü il tarixli Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləyə 1 X5 bağlanmışdır. Həmin Sazişin 3.1-ci bəndinə əsasən... Borcalanın Kreditor qarşısındakı 982477 saylı 19 dekabr 2014-cü il tarixli kredit kartı üzrə əsas borc üzrə qalığı 2771.58 (iki min yeddi yüz yetmiş bir manat əlli səkkiz qəpik) manat qalığı kreditə çevirir. Həmin Sazişin 3.2-ci bəndinə əsasən kreditin müddəti xx.xx.2019-cu il tarixədək təşkil edir. Həmin Sazişin 3.3-cü bəndinə əsasən Kreditin istifadəsinə görə Borcalan Kreditora illik 15 % ödəyir. Gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün ödəniş qrafikində nəzərdə tutulmuş ödəniş tarixi üzrə gecikmə baş verdiyi gündən etibarən cərimə kimi illik 30 % dəbbə pulu hesablanır və Borcalan tərəfindən Kreditora ödənilir. Həmin Sazişin 2-ci bölməsinin 2.2-ci bəndinə əsasən bu saziş qüvvəyə mindiyi tarixdən əsas müqavilə üzrə Borcalana verilmiş kart ləğv edilir və Kreditor tərəfindən istifadəsi dayandırılır. İş materiallarına əlavə olunmuş ödəniş cədvəlindən görünür ki, “Kreditor” “Borcalan”nın kart üzrə ona olan 2771.58 (iki min yeddi yüz yetmiş bir manat əlli səkkiz qəpik) manat məbləğində borcunu kreditə çevirir və Borcalan həmin məbləği 24 (iyirmi dörd) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə xx.xx.2017-xx.xx.2019-cu il tarixləri ərzində ayda 134.38 manat, xx.xx.2019-cu il tarixdə isə 134.49 manat olmaqla, ümumilikdə 3225.23 manat pulu Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 09 avqust 2017-ci il tarixli ZM1/037T08170047 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə "xxxx" ASC-nin Yasamal filialı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqavilələrinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti 09 avqust 2017-ci il tarixli ZM1/037T08170047 saylı Kredit Müqaviləsinə əsasən bankdan kredit götürmüş Borcalan tərəfindən Kreditor qarşısnda öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti Zaminin və ya Zaminlərin öz üzərinə götürməsidir. Həmin Müqavilənin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən zaminliklə edilmiş öhdəlik 24 ay müddətinə, illik 15 % dərəcəsi, gecikdirilməyə görə illik 30 % cərimə müəyyən edilmiş 2771.58 (iki min yeddi yüz yetmiş bir manat əlli səkkiz qəpik) manat məbləğində borcdur. Həmin Müqavilənin 4.1-ci bəndinə əsasən Zaminliklə təmin edilmiş öhdəlik Kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə Zaminin və ya Zaminlər və Borcalan Kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarına əlavə olunmuş 29 iyun 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2017ci il tarixli KM037T08170047S01 hesab nömrəli kredit müqaviləsi üzrə 21 iyun 2022-ci il tarixə Cavabdeh1 Banka 2356.16 (iki min üç yüz əlli altı Manat 16 qəpik) manat əsas, 1462.54 (bir min dörd yüz almış iki Manat 54 qəpik) manat faiz, 3527.22 (üç min beş yüz iyirmi yeddi manat 22 qəpik) manat cərimə, 345 (üç yüz qırx beş) manat gecikidirilmiş vaxt üçün hesablanan faiz, müqavilənin tələbləri əsasında yaranmış 7691 (yeddi min altı yüz doxsan bir) manat ümumi kredit borcu mövcuddur. İş materiallarında olan poçt qəbzləri və xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunun məzmunundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlərə gecikdirilmiş ödəniş məbləğlərini 3 gün ərzində banka qaytarmayacaqları təqdirdə bank öz mülki hüquqlarının müdafiəsi məqsədilə kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin ödənilməsi tələbilə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliklərinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli ********* nömrəli Mədaxil qəbzindən görünür ki, Ləğv prosesində olan İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ**********0000005944 saylı xəzinə hesabina 96.92 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş Bakı Apelyasiya Məhkəməsinin 2-1(103)-3194/17 saylı 27 dekabr 2017-ci il tarixli qərarının surətindən görünür ki, “Dəmirbank” ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışlardan görünür ki Cavabdeh1 xx.xx.2017 xx.xx.2019 tarixləri ərzində bankda onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-581/2022 saylı 10 oktyabr 2022-ci il tarixli qərardadından görünür ki 2(110)-581/2022 saylı mülki iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 296 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş iş materiallarından göründüyün kimi Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixli 982477 saylı xx.xx.2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə edilmiş 1 nömrəli əlavə sazişin şərtlərinə, hesabdan çıxarış məlumatlarına əsasən 14 sentyabr 2022-ci il tarixə (son ödəniş tarixinə) olan əsas borcu 1956.96 (bir min doqquz yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə borcu 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat təşkil edir. Faiz borcu və kredit müqaviəsi bitdikdən sonra Azərbaycan Respublikası Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair Azərbyacan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu yoxdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-581/2022 saylı 12 dekabr 2022ci il tarixli qərardadından görünür ki, iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İş materiallarına əlavə olunmuş iddiaçı ləğv prosesində olan “DəmirBank“ ASC-nin nümayəndəsi Nümayəndə məhkəməyə vəsatət ünvanlayaraq iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı “kreditin borcunun qaytarılması” tələbinə dair e-2(110)-581/2022 nömrəli mülki iş üzrə təkrar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-581/2022 saylı 23 dekabr 2022ci il tarixli qərardadından görünür ki, 2(110)-581/2022 saylı mülki iş üzrə təkrar məhkəmə mühasibatlıq ekspertizasının rəyi məhkəməyə daxil olanadək iş üzrə icraatın dayandırılması qərara alınmışdır. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 09 saylı təkrar ekspert rəyindən görünür ki, təqdim olunmuş kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə edilmiş 1 nömrəli əlavə sazişin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-nə 14 sentyabr 2022-ci il tarixə (son ödəniş tarixinə) olan əsas borcu 1956.96 (bir min doqquz yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə borcu 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat təşkil edir. Faiz borcu və kredit müqaviəsi bitdikdən sonra Azərbaycan Respublikası Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair Azərbyacan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu yoxdur. İş materiallarına əlavə olunmuş Şərur Rayon Məhkəməsinin 2(110)-16/2023 saylı 06 fevral 2023-cü il tarixli qərardadından görünür ki iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. Məhkəmə qeyd edir ki, xx.xx.2017-ci il tarixli Əlavə sazişdə xx.xx.2014-cü il tarixli Kredit kartının verilməsi və istifadəsi üzrə Müqavilənin tarixinin xx.xx.2014-cü il kimi yazılmasını məhkəmə texniki səhvlik kimi qiymətləndirir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 1637/14 nömrəli (hesab no 982477) Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləyə əsasən bank tərəfindən Cavabdeh1 12 ay müddətinə, illik 15% şərti ilə 3000 (üç min) manat məbləğində kredit xətti açılmaqla ona kart təqdim edilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Sonradan tərəflər arasında xx.xx.2017-ci il tarixli, 982477 saylı 19 dekabr 2014-cü il tarixli Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləyə 1 X5 bağlanmış və Əlavə Sazişə görə Kreditor” “Borcalan”nın kart üzrə ona olan 2771.58 (iki min yeddi yüz yetmiş bir manat əlli səkkiz qəpik) manat məbləğində borcunu kreditə çevirir və Borcalan həmin məbləği 24 (iyirmi dörd) ay müddətinə, illik 15 (on beş) faiz dərəcəsi ilə xx.xx.2017- xx.xx.2019-cu il tarixləri ərzində ayda 134.38 manat, xx.xx.2019-cu il tarixdə isə 134.49 manat olmaqla, ümumilikdə 3225.23 manat məbləğində pulu Kreditora qaytarmağı öhdəsinə götürmüşdür. Eyni zamanda Zamin Cavabdeh2 xx.xx.2017-ci il tarixdə Əlavə Saziş üzrə Zaminlik müqaviləsi bağlayaraq Borcalanın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün Borcalan ilə birlikdə Kreditor qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan“ müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə üçün Kreditor Borcalan və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldıraraq onlardan müştərək qaydada borcun tutulmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu, cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən məhkəmə tərəfindən məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 296 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş iş materiallarından göründüyün kimi Cavabdeh1 ləğv prosesində olan "xxxx" ASC-yə xx.xx.2017-ci il tarixli 982477 saylı xx.xx.2014-cü il tarixli kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə edilmiş 1 nömrəli əlavə sazişin şərtlərinə, hesabdan çıxarış məlumatlarına əsasən 14 sentyabr 2022-ci il tarixə (son ödəniş tarixinə) olan əsas borcu 1956.96 (bir min doqquz yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə borcu 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat təşkil edir. Faiz borcu və kredit müqaviəsi bitdikdən sonra Azərbaycan Respublikası Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair Azərbyacan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcunun olmaması müəyyən edilmişdir. Həmçinin iddiaçının nümayəndəsinin vəsatətinə əsasən təkrar ekspertiza təyin edilmişdir. İş materiallarına əlavə olunmuş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 09 saylı təkrar ekspert rəyindən görünür ki, təqdim olunmuş kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə edilmiş 1 nömrəli əlavə sazişin şərtlərinə əsasən Cavabdeh1 İddiaçı ASC-nə 14 sentyabr 2022-ci il tarixə (son ödəniş tarixinə) olan əsas borcu 1956.96 (bir min doqquz yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə borcu 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat təşkil edir. Faiz borcu və kredit müqaviəsi bitdikdən sonra Azərbaycan Respublikası Mülki məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şəhr edilməsinə dair Azərbyacan Respublikası Konstitutsiya Məhkəməsinin 24 dekabr 2014-cü il Plenumunun Qərarına əsasən hesablanmış gecikdirilmiş faiz borcu müəyyən edilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə ekspert rəylərini sübut növü kimi qiymətləndirərək iddiaçının tələb etdiyi əsas borc, faiz borcu, cərimə borcu və kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış faiz borcu üzrə ekspertin gəldiyi nəticə ilə eyni mövqedən çıxış edərək bu qənaətə gəlir ki, Cavabdeh1 Ləğv prosesində olan İddiaçı ASC-nə olan əsas borcu 1656.96 (bir min altı yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə borcu 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat məbləğində müəyyən olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2- ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı yaranmış borcun borclu Cavabdeh1 ilə yanaşı, Cavabdeh1 Tural Zamin oğlundan da müştərək qaydada tutulmasını xahiş etmişdir. Məhkəmə bu tələblə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən, zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 477.0.4-cü maddəsinə əsasən zaminliyə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. İşin faktiki hallarından və kredit müqaviləsinin müddəalarından görünür ki, kredit müqaviləsi xx.xx.2017-ci il tarixində 24 ay müddətinə bağlanmış və bu müqavilənin qüvvədə olma müddəti əsas öhəliyin icra olunma vaxtının çatdığı günlə müəyyələnləşdirilmişdir ki, belə olan halda məhkəmə belə qənaətə gələrək hesab edir ki, mülki qanunvericilikdə nəzərdə tutulan 1 illik tələb etmə müddəti kreditor tərəfindən ötürülmüşdür. Göründüyü kimi kredit müqaviləsində göstərilən zaminin üzərinə götürdüyü öhdəliyin müddəti keçmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Bank zaminə qarşı müqavilə müddətinin başa çatdığı xx.xx.2019cu il tarixdən ən geci bir il ərzində iddia qaldırmalı olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı heç bir tələb irəli sürülməmişdir. Belə olan təqdirdə qanunla müəyyən edilmiş müddətlər ərzində kreditor tərəfindən zaminə qarşı tələb irəli sürülmədiyindən, zaminin öhdəliyinə xitam verilməlidir.““ İşin faktiki hallarını, kredit müqaviləsinin müddəalarını və mülki qanunvericiliyin zaminliklə bağlı tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, zaminin üzərinə götürdüyü öhdəliyin icra edilməsi müddəti başa çatdığından iddia tələbinin Cavabdeh1 Tural Zamin oğluna qarşı hissədə əsassız hesab edilməli və rədd edilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh Əliyev X1 şərtlərinə əməl etməməklə Kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Kreditor kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 982477 saylı 19 dekabr 2014-cü il tarixli Kredit kartının verilməsi və istifadəsi üzrə Müqaviləyə 1 X4 əsasən əsas borc üzrə 1656.96 (bir min altı yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə olaraq 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat, cəmi 3620.16 (üç min altı yüz iyirmi manat on altı qəpik) manat məbləğində pul alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 96.92 (doxsan altı manat doxsan iki qəpik) manat dövlət rüsumunun 46 manatı iddiaçıya aid edilməli, 50.92 manat məbləğində pul vəsaiti isə Cavabdeh1 alınaraq iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh1 xx.xx.2017-ci il tarixli, 982477 saylı 19 dekabr 2014-cü il tarixli Kredit kartının verilməsi və istifadəsi üzrə müqaviləyə 1 X4 əsasən əsas borc üzrə 1656.96 (bir min altı yüz əlli altı manat doxsan altı qəpik) manat, cərimə olaraq 1963.20 (bir min doqquz yüz altmış üç manat iyirmi qəpik) manat, cəmi 3620.16 (üç min altı yüz iyirmi manat on altı qəpik) manat məbləğində borc və 96.92 (doxsan altı manat doxsan iki qəpik) manat dövlət rüsumunun 50.92 (əlli manat doxsan iki qəpik) manatı olmaqla, ümumilikdə 3671.08 (üç min altı yüz yetmiş bir manat səkkiz qəpik) manat məbləğində pul alınaraq Ləğv prosesində olan İddiaçı ASC-yə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar