Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-165/2025 03.02.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı BOKT MMC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı BOKT MMC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “SF Azerbaijan“ BOKT MMC-nin xeyrinə 470 AZN əsas, 19 AZN faiz, 68 AZN komissiya, 289 AZN cərimə, cəmi 846 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 30 AZN və 0.40 AZN xidmət haqqı çəbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı BOKT MMC ila Cavabdeh arasında bağlanmış xx.xx.2024-cu il tarixli **********002 saylı mikrokredit muqaviləsinə əsasən borcalanın sorğusu əsasında və onun verilmış mikro kredit məbləğını ödəmə qabiliyyətini nəzərə alaraq, mümkün kredit limiti çərçivəsində cavabdənə şəxsi məqsədləri uçun 30 gün müddətinə illik 60.85% ödəmək şərtilə 470 AZN məbləğində kredit verildiyini, tərəllər arasında bağlanımış kredit müqaviləsının 2.2-ci bəndinin 2-ci yarımbəndinə əsasən borcalan müqavilənın şərtlərinə uyğun olaraq verilmiş mikro kredit məbləği və bütün digər məbləğləri müqavilə ilə müəyyən edilmiş müddətlərdə və qaydada borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin cavabdeh müqavilənin bu şərtini pozaraq dövri olaraq ödəməli oldugu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, həmin müqavilənin 1.13-cü bəndinə görə, öhdəliklərin vaxtında yetirilməməsinə görə kreditor cavabdehdən geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0.7%-i həcmində faiz tələb etmək hüququna malik olduğunu, cavabdehin kreditor qarşısında müqavilə üzrə cərimə borcu 289 manat təşkil etdiyini, hazırda cavabdenin iddiaçı qarşısında xx.xx.2024-cü il tarixli **********002 saylı müqavilə üzrə 470 manat əsas borcu, 19 manat faiz, 68 manat komissiya və 289 manat cərimə borcu olmaqla, cəmı 846 manat borcu yarandığını, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bır fayda vermədiyini və kreditor İddiaçı BOKT MMC öz tələbının məhkəmə yolu ilə həll edilməsı üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh yaşadığı ünvana göndərilmiş və məhkəmə sənədləri şəxsən özü tərəfindən qəbul göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli **********002 saylı Kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" BOKT MMC arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləyə əsasən Cavabdeh 470.00 AZN kredit məbləğini verilmiş kredit məbləğindən istifadəyə görə 19.25 AZN, faizlə 2.5%, verilmiş kredit məbləği üzrə xidmət haqqı olaraq 68.15 AZN, illik faiz dərəcəsi 60.85% olmaqla, ümumi 557.40 AZN pul vəsaitini xx.xx.2024-cü il tarixinədək qaytarmağı öhdəsinə götürür; Kredit müqaviləsinə görə Borcalanın hesabı - Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş kredit təşkilatında Borcalanın adına açılmış cari hesab/post hesabı/ ödəniş kartı və ya elektron pul kisəsidir. Kredit müqaviləsinin 1.14-cü bəndinə əsasən, öhdəliklərin vaxtında yerinə yetirilməməsinə görə BOKT borcalandan geri ödənilməmiş ümumi məbləğ üzrə hər gecikdirilən gün üçün 0,85 % həcmində faiz tələb etmək hüquqna malikdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli ödəniş tapşırıqlarından görünür ki, Cavabdeh 470 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki Cavabdeh xx.xx.2024-cü il tarixə İddiaçı BOKT MMC-yə xx.xx.2024-cü il tarixli **********002 saylı kredit müqaviləsi üzrə 470 manat əsas, 19 manat faiz, 68 manat komissiya, 289 manat cərimə olmaqla, cəmi 846 manat borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli ********** nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, İddiaçı BOKT MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabına 30 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" BOKT MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli **********002 saylı Kredit müqaviləsinə əsasən cavabdeh ona verilmiş 470.0 manat krediti və əlavə olaraq kredit məbləğindən istifadəyə görə 19.25 manat, verilmiş kredit məbləği üzrə xidmət haqqı olaraq 68.15 manat, olmaqla, ümumi 557.40 manat pul vəsaitini xx.xx.2024-cü il tarixinədək iddiaçıya qaytarmağı öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 743.1-cü maddəsinə əsasən, kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməli və bu səbəbdən o, onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, müqavilə üzrə öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq əsas borcun ödənilməmiş hissəsini razılaşdırıldığı kimi iddiaçıya ödəməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə hesablanmış 289.0 manat cərimənin alınması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə Müqavilə üzrə əsas borcun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, hesablanmış 289.0 manat cərimənin məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan cərimənin məbləğinin 47 manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edir Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30.0 manat dövlət rüsumunun 9.0 manatı iddiaçıya aid edilməli, qalan 21.0 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borcalan yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə belə qənaətə gəlir ki, xx.xx.2024-cü il tarixli **********002 saylı Kredit müqaviləsinə əsasən Cavabdeh 470 (dörd yüz yetmiş) manat əsas borc, 19 (on doqquz) manat faiz borcu, 68 (altmış səkkiz) manat komissiya, 47 (qırx yeddi) manat cərimə, cəmi 604 (altı yüz dörd) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 21.0 manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 625.4 (altı yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı X2 X1 Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2024-cü il tarixli **********002 saylı Kredit müqaviləsinə əsasən 470 (dörd yüz yetmiş) manat əsas borc, 19 (on doqquz) manat faiz borcu, 68 (altmış səkkiz) manat komissiya haqqı, 47 (qırx yeddi) manat cərimə, cəmi 604 (altı yüz dörd) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun 21.0 manatı və 0.40 manat xidmət haqqı olmaqla, ümumilikdə 625.4 (altı yüz iyirmi beş manat, qırx qəpik) manat məbləğində pul alınaraq İddiaçı Bank Olmayan Kredit X1 Cəmiyyətinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-165/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-165/2025
03.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver