Məhkəmə qərarları › İş №e-2(110)-169/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-169/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-169/2024 24.01.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı X4 Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Yelo Bank“ ASCnin xeyrinə 18 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə 1126.22 AZN əsas borc, 59.37 AZN faiz borc, 53.33 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1238.92 AZN və 32.39 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh 18 fevral 2022-ci il tarixli Bank xidmətlərinin göstərilməsi üçün Standart Şərtlər (nağd kredit verilməsinə dair) müqaviləsinə əsasən İddiaçı ASCdən illik 16 faizlə 24 ay müddətinə 2500 AZN kredit götürdüyünü, lakin borclunun müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırdığını, 8 sentyabr 2023-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh 18 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka 1126.22 AZN əsas borc, 59.37 AZN faiz borc, 106.66 AZN cərimə borcu olmaqla, ümumilikdə cəmi 1292.25 AZN borcu olduğunu, Cavabdeh 18 fevral 2022-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 106.66 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləğinin kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 53.33 manat məbləğində tələb olunduğunu, xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırdığını bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdeh X1 yaşadığı ünvana göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18 fevral 2022-ci il tarixli 6-Y-3-0-755-22 nömrəli Razılaşmadan görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərilərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin razışalmanın 1-ci bəndində qeyd olunmuşdur ki, mən Cavabdeh bu razılaşmanı imzalamaqla təsdiq edirəm ki, İddiaçı ASC-nin İdarə Heyıtinin qırarı təsdiqlənmiş və X2 (https://www. Yelo.az/) yerləşdirilmiş Bank xidmətlərinin Göstərilməsi üzrə Standart Şərtləri oxudum, sənədin bütün müddəaları və tələbləri ilə razıyam və bu Razılaşmanın imzalanması nəticəsində həmin Standart Şərtlər gələcəkdə mənimlə Bank arasında yaranan münasibətlərə şamil edilməsinə etiraz etmirəm. Həmin razılaşmanın 2-ci bəndinə qeyd eilmişdir ki, mən gələcəkdə Bankın hər-hansı bir xidmətindən istifadə etməzdən öncə yuxarıda 1-ci bənddə qeyd edilmiş URL internet keçidində mövcud olan Standart Şərtlərlə təxirəsalınmadan, lakin istənilən halda Bankda açılmış hesablardan və ya bank məhsulları və xidmətlərdə istifadə etməzdən öncə, tanış olaraq öz mülahizəmə uyğun olaraq, Bankın yerli struktur bölməsinə fiziki olaraq yaxınlaşmaqla və müstəqil peşəkar hüquqi yardım almaqla xidmətlərdən istifadə edcəyəm. Həmin razılaşmanın 3-cü bəndinə qeyd eilmişdir ki, əsasən mən təsdiq edirəm və bəyan edirəm ki, Bankda açılmış hesablardan və ya Bankın təklif etdiyi məhsulları və xidmətlərdən istifadə etdiyim halda, bu, mənim tərəfimdən Standart Şərtlərin (ona edilmiş əlavə və dəyişikliklərlə birlikdə) tələb və müddəalarının qəbul edilməsi faktı kimi qəbul edilməlidir. Həmin razılaşmanın 12-ci bəndinə əsasən Bank Müştəriyə istehlak məqsədilə illik 16 faizlə, 24 ay müddətinə, 1 % komisyon haqqı tutulmaqla 2500 manat məbləğində kredit verilməsini öhdəsinə götürmüşdür. Həmçinin kredit hər ayın 18-i günü, aylıq 122.41 manat olmaqla ödənilməlidir. Həmin razılaşmanın 12.1.7-ci bəndinə əsasən ödənişin vaxtında aparılmamasına görə ödənilməyən məbləğə llik 180 % cərimə hesablanması nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş Məxaric Qəbzinin təsdiqlənmiş surətindən görünür ki, 18 fevral 2022-ci il tarixdə 1 % komisyon haqqı tutulduqdan sonra Cavabdeh imza etdirilməklə 2475 manat kredit verilməsi təmin edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh Banka 1126.22 manat əsas borc, 59.37 manat faiz borcu və 106.66 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 1292.25 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, “Yelo Bank“ ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 32.39 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi Kreditor "xxxx" ASC ilə Borcalan Cavabdeh arasında bağlanmış 18 fevral 2022-ci il tarixli 6-Y-3-0-755-22 saylı saylı Razılaşmaya əsasən Bank tərəfindən istehlak məqsədilə cavabdehə illik 16 faizlə 24 ay müddətinə 2500 manat məbləğində kredit verilmişdir. Lakin cavabdeh kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və Bank qarşısında məsuliyyət daşıyararaq nəticədə iddiaçıya borcu yaranmışdır. Ona görə də "xxxx" ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir;“ - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Müştəri”yə qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli və Cavabdeh 18 fevral 2022-ci il tarixli 6-Y-3-0-755-22 saylı Razılaşma üzrə 1126.22 (bir min yüz iyirmi altı manat iyirmi iki qəpik) əsas borc, 59.37 (əlli doqquz manat otuz yeddi qəpik) manat faiz borcu, 53.33 (əlli üç manat otuz üç qəpik) manat cərimə olmaqla, cəmi 1238.92 (bir min iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən ödənilmiş 32.39 manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasınin Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 18 fevral 2022-ci il tarixli Razılaşma üzrə 1126.22 (bir min yüz iyirmi altı manat iyirmi iki qəpik) əsas borc, 59.37 (əlli doqquz manat otuz yeddi qəpik) manat faiz borcu, 53.33 (əlli üç manat otuz üç qəpik) manat cərimə, cəmi 1238.92 (bir min iki yüz otuz səkkiz manat doxsan iki qəpik) manat borc və 32.39 (otuz iki manat otuz doqquz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1271.31 (bir min iki yüz yetmiş bir manat otuz bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar