Məhkəmə qərarları › İş №e-2(110)-182/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-182/2023

17.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-182/2023 17.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər – Cavabdeh1 və Cavabdeh2 02 mart 2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 9099.87 (doqquz min doxsan doqquz manat 87 qəpik) manat əsas borc, 1013.47 (bir min on üç manat 47 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 (on min bir yüz on üç manat 34 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 120.34 (bir yüz iyirmi manat 34 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq Borcalanın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə Qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 02 mart 2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 13000 (on üç min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 02 mart 2021-ci il tarixli, İK1002708/21760 saylı Zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrası tələb edildiyini, Cavabdeh1 tərəflər arasında bağlanmış 02 mart 2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 9099.87 (doqquz min doxsan doqquz manat 87 qəpik) manat əsas borc, 1013.47 (bir min on üç manat 47 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 (on min bir yüz on üç manat 34 qəpik) manat kredit borcu öhdəliyi olduğunu bildirmişdir. Məhkəmə baxışı iclasında iştirak edən ddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsində qeyd olunan xüsusiyyətlərlə eyni məzmunlu izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmışdır. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahatında həqiqətəndə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Naxçıvan filialı ilə 02 mart 2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 13000 (on üç min) manat məbləğində istehlak krediti götürdüyünü, müəllim işlədiyini, dərs saatları azaldığı üçün əmək haqqının aşağı düşdüyünü, cəmi 200 manat əmək haqqı aldığını, ona görə də kreditini vaxtında ödəyə bilmədiyini, bir dəfə Banka müraciət etdiyini, kredit borcu restruktrizasiya olunsada yenə də kredit borcunu ödəyə bilmədiyini, ikinci dəfə müraciət etsədə Bank tərəfindən ona heç bir köməklik edilmədiyini, müəllimlikdən əlavə fəhlə işlədiyini, Banka olan borcunu ödəyəcəyini, lakin zaminin öhdəlikdən azad olunmasını istədiyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahatında həqiqətən də Cavabdeh1 02 mart 2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 13000 (on üç min) manat məbləğində istehlak krediti götürdüyünü, özünü də Şadətə zamin durduğunu, onun borcunu ödəməyəcəyi təqdirdə onunla bərabər məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyünü, bir səhvlik etdiyini, hansı səbəbdən olduğunu bilməsədə Şadətin götürdüyü krediti vaxtında ödəmədiyini, bir dəfə məcbur edərək Şadəti Banka apardığını, orada onun kredit borcunun restruktrizasiya olunduğunu, yenədə krediti ödəmədiyini bildirərək məhkəmədən qanuni qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehlərin izahatlarını iş materiallarında olan sübutlarla qarşılıqlı qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 02 mart 2021-ci il tarixli, İK1002708 saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır... Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 1 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə olunmuş 02 mart 2021-ci il tarixli, İK1002708 saylı Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh1 illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində ayda 463.49 manat, xx.xx.2024 tarixində isə 463.31 manat olmaqla, cəmi 16685.46 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli nömrəli məxaric orderinin surətindən görünür ki, komisyon haqları tutulduqdan sonraCavabdeh1 12884 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 02 mart 2021-ci il tarixli, İK1002708/21760 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh2 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Naxçıvanbank” ASC ilə Cavabdeh1 arasında 02 mart 2021-ci il tarixli, İK1002708 saylı Kredit müaviləsi əsasında “Borcalan”a veriləcək illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində kreditlə əlaqədar “Borcalan” “Bank” qarşısında öz öhdəlilərini tam yerinə yetirənədək “Zamin” “Borcalan” ilə birlikdə “Bank” qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RK2405/19 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilə Borcalana verilmiş kreditin qalıq məbləğinin Borcalanın ərizəsinə əsasən restruktrizasiya olunması və Borcalan tərəfindən kredit borcunu müqaviləyə uyğun olaraq müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə 02 mart 2021-ci il tarixli, İK1002708 saylı Kredit müqaviləsinə Əlavədir və hər bir halda ilkin kredit müqaviləsi hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, xx.xx.2021-ci il tarixli, İK1002755 saylı Kredit müaviləsi üzrə 9299.68 manat qalıq məbləğinin illik 17 % dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş kredit borcunun restrukturizasiyasına dair xx.xx.2022-ci il tarixli RK2405/19 nömrəli Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh1 4148.94 manat məbləğində kredit borcunu illik 17 % dərəcəsi ilə 35.32 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 331.56 manat, xx.xx.2025-ci il tarixdə isə 331.50 manat olmaqla, cəmi 11930.34 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, 02 mart 2021-ci il tarixli, İK1002708 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə Banka 9099.87 (doqquz min doxsan doqquz manat 87 qəpik) manat əsas borc, 1013.47 (bir min on üç manat 47 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 (on min bir yüz on üç manat 34 qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021 - xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 kreditin verilməsi təmin edilmiş və o, banka olan kredit borcu ilə əlaqədar müxtəlif vaxtlarda ödəmələr həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 120.34 (bir yüz iyirmi manat 34 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 5 iş günü müddətində Banka olan əsas və ona hesablanmış faiz borcunun ödənilməsi ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2021-ci il tarixli, İK1002708 saylı Kredit Müqaviləsinə əsasən “Bank” istehlak məqsədilə illik 17% dərəcəsi ilə 36 (otuz altı) ay müddətinə 13000 (on üç min) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində ayda 463.49 manat, xx.xx.2024 tarixində isə 463.31 manat olmaqla, cəmi 16685.46 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyindən Borcalanın Banka olan 9299.68 manat məbləğində kredit borcu restrukturizasiya olunaraq illik 17 % dərəcəsi ilə 35.32 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 331.56 manat, xx.xx.2025-ci il tarixdə isə 331.50 manat olmaqla, cəmi 11930.34 manat məbləğndə Banka ödənilməsinə dair xx.xx.2022-ci il tarixli RK2405/19 nömrəli müqavilə bağlanmışdır. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi və “Zamin” Cavabdeh2 da kredit müqaviləsindən irəli gələn öhdəliyin tamamilə icra edilməsi üçün zaminlik müqaviləsi ilə “Bank” qarşısında borclu ilə eyni həcmdə, yəni birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürdüyündən, “Bank” borcun alınması ilə bağlı “Borcalan” Cavabdeh1 və “Zamin” Cavabdeh2 qarşı birgə borclular kimi məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 mart 2021-ci il tarixli, İK1002708 saylı kredit müqaviləsinə əsasən 9099.87 (doqquz min doxsan doqquz manat 87 qəpik) manat əsas borc, 1013.47 (bir min on üç manat 47 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 10113.34 (on min bir yüz on üç manat 34 qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 120.34 (bir yüz iyirmi manat 34 qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 02 mart 2021-ci il tarixli, İK1002708 saylı Kredit müqaviləsinə əsasən 9099.87 (doqquz min doxsan doqquz manat 87 qəpik) manat əsas borc, 1013.47 (bir min on üç manat 47 qəpik) manat faiz borcu, cəmi 10113.34 (on min bir yüz on üç manat 34 qəpik) manat borc və 120.34 (bir yüz iyirmi manat 34 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 10233.68 (on min iki yüz otuz üç manat altmış səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar