Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-184/2023 13.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlunun sədrliyi, Ceyranova Aytac Ramiz qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, iddiaçı "xxxx" MMM-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı QBKT MMM-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 5198 manat əsas, 662,34 manat faiz, 403,93 manat cərimə olmaqla, cəmi 6264,27 manat (altı min iki yüz altmış dörd manat iyirmi yeddi qəpik) borcun və 82,65 manat ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddia tələbinin əsası kimi İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli **********2859 saylı kredit müqaviləsinə əsasən, borcluya ailə-kəndli təsərrüfatının yaradılması və (və ya) genişləndirilməsi, həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 25% dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verildiyini, kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 536 manat ödəniş etməsinin razılaşdırıldığını, həmin tarixli **********2859-872123 saylı zaminlik müqaviləsi ilə Cavabdeh2, **********2***-******* saylı zaminlik müqaviləsi ilə Cavabdeh3 ona zamin olduğunu, bank üzərinə düşən öhdəliyi tam yerinə yetirsə də, cavabdehlərin müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini bildirmişdir. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi olaraq xəbərdar edilmiş, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə teleqram göndərək məhkəmə iclasının iştirakı olmadan keçirilməsi və qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclaslarında iştirak edərək iddianı qəbul etdiyini, oğlu Müştəbanın məntəqə tipli cəzaçəkmə müəssisəsində olduğunu, ona görə də məhkəmə iclaslarında iştirak edə bilmədiyini, Naxçıvan şəhərində xalçayuma yeri açdığını, oğlunu işçi kimi ora götürdüyünü, işlərini qaydasına salıb borclarını tezliklə ödəyəcəyini bildirmişdir. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə məhkəməyə ərizə göndərərək hazırda cəzaçəkmə müəssisəsində olduğunu, bankla razılığa gələ bilməsi üçün məhkəmə iclasının təxirə salınmasını bildirmiş, lakin bankla razılığa gəlməsi ilə bağlı məhkəməyə məlumat daxil olmamışdır. İş üzrə Cavabdeh3 məhkəmə iclaslarının vaxtı və yeri barədə rəsmi olaraq məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclaslarında heç bir üzrlü səbəb göstərmədən iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Ona görə də məhkəmə həmin cavabdehlərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Yazılı sübutlar İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********2859 nömrəli kredit müqaviləsindən görünür ki, Cavabdeh1 illik 25% dərəcəsi ilə 24 ay müddətinə 10000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli **********2859-872123 nömrəli və **********2***-******* nömrəli zaminlik müqavilələrindən görünür ki, Cavabdeh2 və Cavabdeh3 kredit müqaviləsi üzrə zamin qismində çıxış edirlər. İş materiallarında olan xx.xx.2021-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 hesabına 10000 manat pul köçürülmüşdür. İş materiallarında olan xx.xx.2021-ci il tarixli kredit kartının qəbul aktından görünür ki, Cavabdeh1 **********934276 saylı kredit kartı təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 5198 manat əsas, 662,34 manat faiz, 403,93 manat cərimə olmaqla, cəmi 6264,27 manat borcu var. Məhkəmənin əsaslandırması: Məhkəmə iş üzrə işin hallarını və digər sübutları, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı QBKT MMM ilə Cavabdeh1 arasında kredit müqaviləsi, eyni zamanda Cavabdeh2 və Cavabdeh3 ilə zaminlik müqaviləsi bağlanmışdır. İddiaçı borc tələbi ilə bağlı iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə (müqavilə, maliyyə arayışı, qəbz və.s) sübuta yetirmişdir. Cavabdehlər iddia tələbində irəli sürülən borcun iddiaçıya ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Buna görə də məhkəmə bu qənatə gəlmişdir ki, cavabdehlər müqavilə şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Əsas borclu Cavabdeh1 məhkəməyə ərizə göndərərək cəzaçəkmə müəssisəsində olduğunu, bankla razılığa gələcəyini bildirsə də razılığa gəlməsi ilə bağlı məhkəməyə sübut təqdim etməmişdir. Mülki Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən “Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür”. Həmin Məcəllənin 448-ci maddasənə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəlikləri icra edilmədiyi bütün hallar üçün cavabdehdir. xx.xx.2021-ci il tarixli **********2859 saylı kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən müqavilə üzrə gecikdirilmiş kreditə görə hər gecikdirilən günə görə gecikdirilmiş borc məbləğinin 1%-i miqdarında dəbbə pulu ödəyir. Mülki Məcəllənin 433.3-cü maddəsinə görə öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır. Cavabdehlər iddiaçıya müqavilə üzrə borcun ödənilməsi ilə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Azərbaycan Respubliksı Mülki Məcəlləsinin 472.2-ci maddəsinnə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Beləliklə məhkəmə hesab edir ki, iddiaçının tələbi əsaslıdır. Məhkəmə tərəfindən iddiaçının tələbinin təmin olunması qənaətinə gəldiyindən Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq ödənilmiş 82,65 manat (səksən iki manat altmış beş qəpik) dövlət rüsumu cavabdehlərdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. - 217.4-cü maddəsinə görə hakim öz qərarını yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Şərur rayon Düdəngə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh1, Cavabdeh2 və Şərur rayon Zeyvə kəndində yaşayış yeri üzrə qeydiyyatda olan Cavabdeh3 müştərək qaydada 5198 manat əsas, 662,34 manat faiz, 403,93 manat cərimə olmaqla, cəmi 6264,27 manat (altı min iki yüz altmış dörd manat iyirmi yeddi qəpik) borcun və ödənilmiş 82,65 manat (səksən iki manat altmış beş qəpik) dövlət rüsumu alınaraq İddiaçı QBKT MMM-nin hesabına köçürülsün. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-184/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-184/2023
13.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver