Məhkəmə qərarları › İş №e-2(110)-186/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-186/2022

31.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-186/2022 31.01.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən,Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun hesablanması barədə iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh iə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 1230.17 manat məbləğində əsas borcun, 13.32 manat məbləğində faiz borcunun cəmi 1243.49 manat borcun və 33 manat məbləğində əsas borcun 145.74 manat məbləğində faiz borcunun cəmi 1063.45 manat borcun və 33 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 151-ci maddəsinin tələbinə görə, iddia ərizəsinin mümkünlüyü yoxlanılmalıdır. İş üzrə təqdim edilmiş sənədləri nəzərdən keçirib müəyyən etdim ki, iddia ərizəsi Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin tələblərinə əməl olunmadan verildiyindən ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-3.5-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin 284-3.1-ci və 284-3.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2- 152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim iddia ərizəsini və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra kiçik iddialar üzrə sadələşdirilmiş icraat qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur; - 152.1 və 152.1.5-ci maddələrinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, iddia ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılarkən müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun hesablanması barədə” iddia tələbi üzrə iddia ərizəsinin forma və məzmununa əməl etmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər Şərur Rayon Məhkəməsinin 2(110)-165/2022 nömrəli, 25 yanvar 2022-ci il tarixli qərardadı ilə geri qaytarılmışdır. Eyni zamanda həmin qərardadla iddiaçı tərəfindən 19.01.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş 33 manat dövlət rüsumunun da geri qaytarılması nəzərdə tutulmuşdur. İddiaçı iddia ərizəsində qeyd edilən nöqsanı aradan qaldıraraq yenidən “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə müraciət etsədə, yenidən dövlət rüsumu olaraq 19.01.2022-ci il tarixli, ********* nömrəli qəbzlə məhkəməyə müraciət etmişdir. Həmin qərardadla ödənilmiş dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulduğundan şikayət vermə müddəti bitdikdən sonra, ödənilmiş dövlət rüsumunun geri qaytarılması məqsədilə icra vərəqəsi çıxarılaraq icra edilməsi üçün aidiyyatı üzrə göndəriləcəyindən, 19.01.2022-ci il tarixli, ********* nömrəli qəbzlə ödənilmiş rüsum bu tələb üzrə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi məhkəmə tərəfindən qəbul edilə bilməz. Buna görə də göstərilən səbəbdən bu nəticəyə gəlirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və iddiaçıya qərardadda qeyd edilən nöqsan aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; - 152.2-ci maddəsində göstərilir ki, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır; - 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə maneə olmur. Yuxarıda qeyd olunanları və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, qərara aldım: İddiaçı ASC-nin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun hesablanması barədə” iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçı ASC-nə göstərilən nöqsanlar aradan qaldırdıqdan sonra ikinci dəfə qanunla müəyyən olmuş qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan, o tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar