Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-193/2022 25.02.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə" iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 05.01.2022 tarixinə olan 917.71 manat məbləğində əsas borcun, 145.74 manat məbləğində faiz borcunun, cəmi 1063.45 manat borcun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 23.01.2020-ci il tarixli nağd pul lahiyəsi kredit müqaviləsinə əsasən bankın borcluya 18 ay müddətinə, illik 29% olmaqla 2000 manat məbləğində kredit verdiyini, cavabdehin "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, borclu ilə aralarında bağlanmış müqavilənin müddətinin bitməsinə baxmayaraq hazırki vaxtadək onun banka olan borcunun ödənilməmiş qaldığını, Cavabdeh2 ilə bağlanmış zaminlik müqaviləsinə əsasən zamin bank qarşısında öz üzərinə məsuliyyət götürərək kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığını və kreditin qaytarılması ilə bağlı Cavabdeh1 bütün öhdəliklərini icra etməli olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada İddiaçı ASC-nin xeyrinə 917.71 manat məbləğində əsas borcun, 145.74 manat məbləğində faiz borcun cəmi 1063.45 manat borcun və 31 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehlərin iddiaya qarşı əsaslandırılmış etirazlarını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazlarını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldıqları gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcələrinin izah edilməsinə dair bildirişlər onların yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 07 fevral 2022-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 iş materialında olan mobil nömrələrinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materillarına əlavə olunmuş Kredit Sazişindən aydın olur ki, İddiaçı ASC-nin Mərkəz filialı ilə borcalan Cavabdeh1 arasında 23 yanvar 2020-ci il tarixli MK/50837/73/4 saylı Kredit Sazişi bağlanmış və Cavabdeh2 isə zamin qismində çıxış etmişdir. Kredit sazişinə əsasən Bank istehlak məqsədləri üçün 18 ay müddətinə illik 29 faiz ödəmək şərtilə 2000 (iki min) manat məbləğində krediti müştərinin mülkiyyətinə verir və ona cari hesab və ssuda hesabı açır, müştəri isə İddiaçı ASC-nin 23 avqust 2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri”nə uyğun olaraq həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faizi ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürmüşdür. Həmin sazişin Kredit şərtlərində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 23 avqust 2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş Kredit Sazişinə 1 nömrəli Əlavəyə (ödəniş cədvəlinə) əsasən gecikdirilmiş kreditə görə “kredit alan” hər gecikdirildiyi gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 (bir) faizi (minimum 50 qəpik olmaqla) miqdarında cərimə ödəyir. İş materiallarına əlavə olunmuş Kredit Sazişinə 1 nömrəli Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC-nin Mərkəz filialı tərəfindən Cavabdeh1 illik 29 faiz dərəcəsi ilə 18 ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 24.02.2020 - 23.06.2021 tarixləri ərzində ayda 138.34 manat, 23.07.2021 tarixində isə 139.39 manat olmaqla, cəmi 2491.17 manat pulu İddiaçı ASC-nin Mərkəz filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 23.01.2020-ci il tarixli, kassa məxaric oderinin surətindən görünür ki, Bank of BakuASC Mərkəz filialı tərəfindən Cavabdeh1 2000 (iki min) manat məbləğində ayrılmış kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 23.06.2020-ci il tarixli “23.01.2020-ci il tarixli MK/50837/73/4 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair razılaşmaya əsasən kreditin ödənmə şərtlərində dəyişiklik edilərək kredit müddəti 23 iyul 2021-ci il tarixindən etibarən 3 (üç) ay müddətinə uzadılır və bu müddət ərzində Kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilir. İş materiallarına əlavə olunmuş Kredit Sazişinə 1 nömrəli Əlavəyə (ödəniş cədvəlinə) əsasən, İddiaçı ASC-nin Mərkəz filialı kredit borcunun restrukturizasiyasına dair razılaşmaya əsasən kreditin ödənmə şərtlərində dəyişiklik edilərək kredit müddəti 23 iyul 2021-ci il tarixindən etibarən 3 (üç) ay müddətinə uzadılmış və Cavabdeh1 isə 23.08.2021 - 23.09.2021 tarixləri ərzində ayda 138.34 manat, 23.10.2021 tarixində isə 183.68 manat olmaqla İddiaçı ASC-nin Mərkəz filialına ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 05.01.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 23.01.2020-ci il tarixli müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-yə 917.71 manat əsas, 145.74 manat faiz borcu vardır. İş materiallarından görünür ki, məhkəmədə iddia qaldırılması ilə əlaqədar 01.02.2022-ci il tarixdə İddiaçı ASC tərəfindən X1 vasitəsilə ********* nömrəli qəbzlə dövlət büdcəsinə 31 (otuz bir) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin Mərkəz filialı ilə Cavabdeh1 arasında 23 yanvar 2020-ci il tarixli MK/50837/73/4 saylı Kredit Sazişi bağlanmış və həmin Sazişə əsasən Bank tərəfindən Cavabdeh1 18 ay müddətinə illik 29 faiz ödəmək şərti ilə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Cavabdeh2 da zamin qismində çıxış etməklə “Müştəri”nin kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacaqları barədə öhdəlik götürmüşdür. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 aldığı krediti faizləri ilə birlikdə 24.02.2020 – 23.06.2021 tarixləri ərzində ayda 138.34 manat, 23.07.2021 tarixində isə 139.39 manat olmaqla, cəmi 2491.17 manat pulu İddiaçı ASC-nin Mərkəz filialına ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin tərəflər arasında 23.06.2020-ci il tarixli “23.01.2020-ci il tarixli MK/50837/73/4 nömrəli Kredit müqaviləsi üzrə kredit borcunun restrukturizasiyasına dair razılaşma olmuş, razılaşmaya əsasən kreditin ödənmə şərtlərində dəyişiklik edilərək kredit müddəti 23 iyul 2021-ci il tarixindən etibarən 3 (üç) ay müddətinə uzadılmış və bu müddət ərzində Kredit müqaviləsi üzrə müəyyənləşdirilmiş illik faiz dərəcəsi tətbiq edilməklə Cavabdeh1 23.08.2021 - 23.09.2021 tarixləri ərzində ayda 138.34 manat, 23.10.2021 tarixində isə 183.68 manat pulu İddiaçı ASC-nin Mərkəz filialına ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Müştəri” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Müştəri öhdəliyini vaxtında icra etmədiyi üçün “Bank” “Müştəri” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh2 “Müştəri” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını müqaviləni imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh1 Kredit sazişinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun və ona hesablanmış faiz borcunun tutulması ilə bağlı Müştəri və Zaminə qarşı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən hesab edirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 917.71 (doqquz yüz on yeddi manat yetmiş bir qəpik) manat əsas borc, 145.74 (bir yüz qırx beş manat yetmiş dörd qəpik) manat faiz borcu olmaqla, cəmi 1063.45 (bir min altmış üç manat qırx beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumunun əvəzi də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı təşkilatın xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. 23 yanvar 2020-ci il tarixli MK/50837/73/4 saylı Kredit Sazişi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 917.71 (doqquz yüz on yeddi manat yetmiş bir qəpik) manat əsas borc, 145.74 (bir yüz qırx beş manat yetmiş dörd qəpik) manat faiz borcu, cəmi 1063.45 (bir min altmış üç manat qırx beş qəpik) manat borc və 31 (otuz bir) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1094.45 (bir min doxsan dörd manat qırx beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-193/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-193/2022
25.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver