Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-193/2025 06.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X5 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 9300 manat borc məbləği və 113 manat dövlət rüsumunun alınıb onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, təxminən 25 ildir ki, Azər Lotereyada satıcı kimi fəaliyyət göstərdiyini, Cavabdeh yanında işçi kimi işlədiyini, xx.xx.2023-cü il tarixində Bakı şəhəri 07 saylı ASAN xidmət mərkəzində Notariat Ofisində onunla Cavabdeh arasında Borc Müqaviləsinin bağlandığını, həmin borc müqaviləsinə uyğun olaraq 9300 manat pul məbləğini Cavabdeh borc verdiyini, borc müqaviləsinin bəndlərinə uyğun olaraq borc alanın borcu xx.xx.2023-cü il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin, bu vaxtacan keçmiş müddət ərzində həmin pulu qaytarmadığını, bunun səbəbi barədə də heç bir məlumat vermədiyi bildirilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə iddiaçıya, iddiaçının nümayəndəsi-vəkilə və cavabdehə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilmişdir. İddiaçının nümayəndəsi-vəkil xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iştirak edən zaman iddianı müdafiə etdiyini bildirmiş, xx.xx.2025-ci il tarixdə isə məhkəməyə ərizə göndərərək işdə iştirak edə bilməyəcəyini və iddianın təmin olunmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə cavabdeh məhkəmə iclasında iştirak edən zaman iddianı qismən qəbul etdiyini bildirmişdir. Lakin cavabdeh sonrakı məhkəmə iclaslarına gəlməmiş və gəlməməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İddiaçı isə heç bir üzrlü səbəb göstərmədən məhkəm iclaslarında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanmaqla cavabdehin iştirakı olmadan məhkəmə baxışı iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş pretenziya qaydasına əməl edilmədiyindən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Belə ki, İddiaçı Cavabdeh ilə aralarında bağlanmış xx.xx.2023-cü il borc müqavilələrinin 9-cu bəndində qeyd olumuşdur ki, tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda məhkəmə qaydasında həll olunmalıdır. Tərəflər arasında bağlanılmış müqavilənin bu tələbinə baxmayaraq, iddiaçının məhkəmədən əvvəl cavabdeh ilə mübahisənin məhkəmədən kənar həll edilməsinə dair iş materiallarına hər hansı bir sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 260.1-ci maddəsinə əsasən iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardad çıxarır. Həmçinin Mülki-Prosessual Məcəllənin 260.2-ci maddəsində qeyd olunmuşdur ki, qərardadda bu Məcəllənin 259-cu maddəsində qeyd edilən işin baxılmasına mane olan halların necə aradan qaldırılması göstərilməlidir. Qanunvericiliyin bu tələbi ilə bağlı məhkəmə iddiaçıın nəzərinə çatdırır ki, onlar cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına dair cavabdehə təklif göndərməli, buna dair müvafiq imtina aldıqdan sonra bunu təsdiq edən sənədi iddia ərizələrinə əlavə etməklə, təkrarən məhkəməyə iddia tələbi ilə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddələrinə əsasən ərizənin baxılmamış saxlanılması dövlət rüsumunun geri qaytarılmasının əsaslarından biri kimi qeyd edildiyindən, məhkəmə bununla bağlı belə nəticəyə gəlir ki, İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 113 manat miqdarında dövlət rüsumu ona geri qaytarılmalıdır. Sonda isə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Göstərilənləri və Azərbaycan Respublikası Мülki-Prossesual Мəcəlləsinin 259.0.6, 260, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən Azərbaycan Respublikası Mərkəzi X2 vasitəsilə xx.xx.2025-ci il tarixli ********** nömrəli qəbzlə ödənilən 113 manat miqdarında dövlət rüsumu ona geri qaytarılsın. İddiaçıa izah edilsin ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə müvafiq olaraq iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdırlar. Qərardaddan, qərardad tərəflərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon Məhkəməsinə şikayət etmək olar. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-193/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-193/2025
06.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver