Məhkəmə qərarları › İş №e-2(110)-195/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-195/2023

22.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-195/2023 22.05.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit borcunun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 5564.63 AZN əsas, 82.23 AZN faiz, cəmi 5646.86 AZN borcun və ödənilmiş 76.47 AZN dövlət rüsumunun tutulması qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış RGTK512863A114 saylı kredit müqaviləsinə əsasən ona kredit verildiyini, kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazimi qaydada yerinə yetirmədiyini və banka olan borcunu tam qaytarmadığını, bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehin həmin müqavilə üzrə üzərinə düşən öhdəliyi yreinə yetirmədiyini, nəticədə cavabdehin xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 5564.63 AZN əsas, 82.23 AZN faiz cəmi 5646.86 AZN məbləğində borcu yarandığını, “bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) borcun qaytarılmasının təmin edilmədiyini qeyd edərək, Cavabdeh “Kapital Bank“ ASC-nin xeyrinə 5564.63 AZN əsas, 82.23 AZN faiz cəmi 5646.86 AZN məbləğində vəsaitin və 76.47 AZN ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışı iclasına gəlməmiş, lakin xx.xx.2023-ci il tarixdə “Elektron Məhkəmə” sistemi vasitəsi ilə məhkəməyə ünvanladığı ərizənin məzmunundan görünür ki, mülki işin məhkəmə iclası xx.xx.2023-cü il tarixə saat 12:30-a təyin edildiyini, iddiaçı tərəf kimi məhkəməyə iddia ilə müraciət olunan zaman iddia ilə bağlı bütün zəruri hesab edilən sənədləri məhkəməyə təqdim etdiklərini, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasının mümkün olduğunu, iddia ərizələrinin tam əsaslı və qanuni olduğunu, yuxarıda göstərdiklərini və iddia ərizəsində qeyd etdiklərini nəzərə alaraq məhkəmədən mülki işə iddiaçı tərəfin bütün məhkəmə iclaslarında iştirakı olmadan baxılmasını, iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan keçiriiməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, o məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 29 mart 2023-cü il tarixdə keçirilən məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahatında həqiqətən də İddiaçı ASC-nin Qara Qarayev filalı ilə xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı Kredit Müqaviləsi bağlayaraq 5696.72 manat məbləğində kredit götürdüyünü, iş yerini itirdiyi üçün ödənişlərində yubanma olduğunu, lakin Bankın da tələb etdiyi pul məbləğinin şişirdildiyini, Banka o qədər borcunun olmadığını, ona görə də məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini bildirmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-nin Qara Qarayev filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1, 1.4 və 1.5-ci maddələrinə əsasən “Bank” “Müştəriyə” gündəlik tələbat məqsədilə 60 ay müddətinə 5696.72 manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən kreditdən istifadəyə görə Borcalan illik 20% ödəyir. Borcalan əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi (cari hesaba köçürüldüyü) gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə 5696.72 manat məbləğində kredit verildiyini, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2027 tarixləri ərzində ayda 150.93 manat, xx.xx.2027 tarixində isə 154.92 manat olmaqla, cəmi 9059.79 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş məxaric orderinin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə Cavabdeh imza etməklə Bankdan 5696.72 manat pulu götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2023cü il tarixə Cavabdeh 5564.63 manat əsas, 82.23 manat faiz, cəmi 5646.86 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli axırıncı bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir İş materiallarında olan Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 366 saylı ekspert rəyindən görünür ki, təqdim olunmuş hesabdan çıxarış məlumatları və xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında gösətərilən tarix) olan əsas borcu 5555.91 (beş min beş yüz əlli beş manat, doxsan bir qəpik) manat, faiz borcu 38.57 (otuz səkkiz manat əlli yeddi qəpik) manat təşkil edir. İş materiallarında olan Şərur Rayon Məhkəməsinin 2(110)-195/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından görünür ki, mülki iş üzrə icraat təzələnmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sübutlarla müəyyən edildi ki, ”Kapital Bank“ ASC-nin Qara Qarayev filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı Kredit müqaviləsinə əsasən kredit təşkilatı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 20 faiz dərəcəsi ilə hesablanan 5696.72 manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 - xx.xx.2027 tarixləri ərzində ayda 150.93 manat, xx.xx.2027 tarixində isə 154.92 manat olmaqla, cəmi 9059.79 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh müqavilə ilə müəyyən olunmuş kreditin və ona hesablanmış faizlərin ödənilməsinə dair üzərinə götürdüyü öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Eyni zamanda məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, cavabdehin vəsatəti əsasında iddiaçı tərəfindən tələb olunan əsas borc, faiz borcu və cərimə borcunun məbləğinin nə qədər olmasının müəyyən edilməsi məqsədilə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023cü il tarixli 366 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı kredit müqaviləsinin şərtlərinə əsasən Cavabdeh İddiaçı ASC-yə kredit üzrə xx.xx.2023-cü il tarixə (maliyyə arayışında gösətərilən tarix) olan əsas borcu 5555.91 (beş min beş yüz əlli beş manat, doxsan bir qəpik) manat, faiz borcu 38.57 (otuz səkkiz manat əlli yeddi qəpik) manat olması qənatinə gəlmişdir. Məhkəmə ekspert rəyi ilə eyni mövqedən çıxış edərək iddia tələbi üzrə əsas borcunun 5555.91 (beş min beş yüz əlli beş manat, doxsan bir qəpik) manat, faiz borcunun 38.57 (otuz səkkiz manat əlli yeddi qəpik) manat məbləğində müəyyən olunması qənaətinə gəlir Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin yuxarıda sadalanan normalarının tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən məhkəmə hesab edir ki, xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5555.91 (beş min beş yüz əlli beş manat, doxsan bir qəpik) manat, faiz borcuna görə 38.57 (otuz səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 5594.48 (beş min beş yüz doxsan dörd manat qırx səkkiz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 76.47 (yetmiş altı manat qırx yeddi qəpik) manat dövlət rüsumunun 0.71 manatı iddiaçıya aid edilməli, 75.76 manatı isə cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixli RGTK5121863A114 saylı kredit müqaviləsi üzrə Cavabdeh əsas borca görə 5555.91 (beş min beş yüz əlli beş manat, doxsan bir qəpik) manat, faiz borcuna görə 38.57 (otuz səkkiz manat əlli yeddi qəpik) manat, cəmi 5594.48 (beş min beş yüz doxsan dörd manat qırx səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 76.47 (yetmiş altı manat qırx yeddi qəpik) manat dövlət rüsumunun 75.76 (yetmiş beş manat yetmiş altı qəpik) manatı olmaqla, ümumilikdə 5670.24 (beş min altı yüz otuz yetmiş manat, iyirmi dörd qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən, o tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar