Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-202/2025 05.03.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı QSC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ərizəsində Cavabdeh İddiaçı QSC-nin xeyrinə 35009.33 manat məbləğində kredit bоrcu, 1956.23 manat məbləğində faiz bоrcu və 475.03 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 37440 (otuz yeddi min dörd yüz qırx) manat 59 (əlli doqquz) qəpik məbləğində bоrcun və tərəfimizdən ödənilmiş 202.32 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2023-cü il tarixdə bağladığı 030A********** saylı ərizəyə əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyniməna daşıdığını özimzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən, Cavabdeh aylıq faiz dərəcəsi 1.3333% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində kredit götürmüşdür. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit bоrcu və faiz bоrcundan ibarət vəsaiti qaytarmamışdır. Dövlət rüsumunun ödənilməsi haqqında məlumat Ərizəni imzalayan şəxs haqqında məlumat: O, götürdüyü kredit bоrcundan 4990.67 manat ödəniş etmiş və оnun iddiaçıya 35009.33 manat məbləğində kredit bоrcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanmasımüqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cımaddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirik ki, o, kredit bоrcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 101 gün üçün hesablanmış faiz borcu 1956.23 manat təşkiledir. Müqavilənin 7.20-ci bəndinə uyğun оlaraq bоrclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 101 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 475.03 manat təşkiledir. İddiaçı QSC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə İddiaçı QSC-nin nümayəndəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində İddiaçı QSC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borc tələbinə dair” e-2(110)-202/2025 saylı mülki iş üzrə iddia tələbini iddia etdiklərini, iş üzrə zəruri sübutları iddia ərizəsinə əlavə etdiklərini, xx.xx.2025-ci il tarixi saat 15:00-a təyin edilmiş məhkəmə baxış iclasının iştirakımız olmadan keçirilərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul etməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə baxışı iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçiriliməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 030A********** saylı Kredit razılaşmasından görünür ki, həqiqətən Cavabdeh (Kredit alan) ilə İddiaçı QSC-nin Binəqədi filialı (Kredit verən) arasında kredit müqaviləsi imzalanmış və “Kredit verən” “Kredit alana” illik faiz dərəcəsi 16% olmaqla 48 (qırx səkkiz) ay müddətinə 40000.00 (qırx min) manat məbləğində kredit xətti açmışdır. Həmin Müqavilənin 7.6-ci bəndinə əsasən kreditin Ərizədə razılaşdırılmış Kart Hesabına və ya Cari Hesaba köçürüldüyü tarix Nağd kredit barədə Müqavilə üzrə Kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu Şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada Kredit Faizlərinin hesablanması başlayır. Həmin Müqavilənin 7.20-ci bəndinə əsasən müştəri Krediti və Kredit Faizini vaxtında Banka qaytarmadıqda, har gecikdirilən gün üçün Kredit qalığının 0.1 (sıfır tam onda bir) faizi məbləğində cərimə ödəyir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ödəniş planına əsasən, İddiaçı QSC-nin Binəqədi filialı tərəfindən Cavabdeh aylıq 1.3333% faiz dərəcəsi ilə 48 ay müddətinə 40000.00 (qırx min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023xx.xx.2027-ci il tarixləri ərzində ayda 1139 manat, xx.xx.2027-ci il tarixində isə 1114.82 manat olmaqla, cəmi 54647.82 manat pulu İddiaçı QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş Hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə Cavabdeh 40000.0 (qırx min) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh xx.xx.2023-cü il tarixli, 030A**********saylı kredit razılaşması üzrə Banka əsas borcu 35009.33 manat, faiz borcu 1956.23 manat, cərimə borcu 475.03 manat, cəmi 37440.59 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, AccessBank QSC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 202.32 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilmişdir ki, "AccessBank” QSC-nin Binəqədi filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixdə bağladığı 030A********** saylı Kredit razılaşmasına əsasən, Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri”, Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin razılaşmaya əsasən, Cavabdeh illik 16% оlmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi оlan 1 saylıəlavədə müəyyən оlunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 40000 (qırx min) manat məbləğində kredit götürmüş, müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2023-xx.xx.2027-ci il tarixləri ərzində ayda 1139 manat, xx.xx.2027-ci il tarixində isə 1114.82 manat olmaqla, cəmi 54647.82 manat pulu "AccessBank” QSC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Kredit alan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə Kredit razılaşmasına ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Kredit verən”in bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Kredit verən” qarşısında məsuliyyət daşıyararaq nəticədə borcu yaranmışdır. Həmçinin “Kredit alan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "AccessBank” QSC “Kredit alan”a məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; -442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 202.32 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kredit verən” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kredit verən” “Kredit alan” qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, xx.xx.2023-cü il tarixli 030A********** saylı kredit razılaşması üzrə Cavabdeh 35009.33 manat əsas borc, 1956.23 manat faiz borcu, 475.03 manat cərimə, cəmi 37440.59 manat borc və ödənilmiş 202.32 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 37642.91 (otuz yeddi min altı yüz qırx iki manat, doxsan bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2023-cü il tarixli 030A********** saylı Kredit razılaşması üzrə Cavabdeh 35009.33 (otuz beş min doqquz manat, otuz üç qəpik) manat əsas borc, 1956.23 (bir min doqquz yüz əlli altı manat iyirmi üç qəpik) manat faiz borcu, 475.03 (dörd yüz yetmiş beş manat üç qəpik) manat cərimə, cəmi 37440.59 (otuz yeddi min dörd yüz qırx manat, əlli doqquz qəpik) manat borc və 202.32 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 37642.91 (otuz yeddi min altı yüz qırx iki manat, doxsan bir qəpik) manat məbləğində pul alınaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-202/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-202/2025
05.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver