Məhkəmə qərarları › İş №e-2(110)-208/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-208/2023

01.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-208/2023 01.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 3428.23 (üç min dörd yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat əsas borc və 90.92 (doxsan manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3519.15 (üç min beş yüz on doqquz manat on beş qəpik) manat borcun və 55.6 (əlli beş manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-140534/10 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 3499.53 manat (üç min dörd yüz doxsan doqquz manat əlli üç qəpik) məbləğində kredit verildiyini borcalanın əsas öhdəliyi lazımınca icra etmədiyini, və kreditin təstiq olunmuş hissə-hissə ödəmə qrafikini pozduğunu, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da onun, Banka olan borcunu ödəmədiyini, xx.xx.2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 3428.23 manat (üç min dörd yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) əsas borc və 90.92 manat (doxsan manat doxsan iki qəpik) faiz borcu olmaqla, cəmi 3519.15 manat (üç min beş yüz on doqquz manat on beş qəpik) məbləğində kredit borcu yarandığını, istehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yarandığını, belə ki, borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kredit yarandığını bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş ərizənin surətindən görünür ki, xx.xx.2019-cu il tarixdə Cavabdeh ona restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə 3499.53 manat (üç min dörd yüz doxsan doqquz manat əlli üç qəpik) məbləğində güzəştli kreditin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, 100821-140534/10 nömrəli saylı Güzəştli Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Güzəştli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Müştəriyə” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına (bundan sonra Fərman) və Maliyyə Bazarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” na uyğun resturuktrizasiya olunan kredit kart borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4, 2.5-ci bəndlərinə əsasən “Bank” “Müştəriyə” restrukturizasiya olunan kredit borcunun ödənilməsi məqsədi ilə 12 ay güzəşt olunmaqla illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 3499.53 (üç min dörd yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən ödəniş şərti müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Krediin verilməsi ilə Müştərinin restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki Kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülür. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən kreditlər tam həcmdə tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit banka tam məbləğdə faktiki qaytarılan günədək hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, İddiaçı ASC tərəfindən oğluna aylıq 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 3499.53 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2019 – xx.xx.2021 il tarixləri ərzində hər ay 2.92 manat, xx.xx.2021 – xx.xx.2021 tarixləri ərzində hər ay 74.41 manat, xx.xx.2024-cü il tarixdə isə 74.21 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə Banka 3428.23 (üç min dörd yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat əsas borc və 90.92 (doxsan manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3519.15 (üç min beş yüz on doqquz manat on beş qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olur ki, 5 gün müddətində öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı, qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2023-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, "Expressbank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 55.20 manat dövlət rüsumu 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, 100821-140534/10 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borclarının restrukturizasiya məqsədi ilə 1 il güzəşt müddəti tətbiq olunmaqla illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 3499.53 (üç min dörd yüz doxsan doqquz manat əlli üç qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2019 – xx.xx.2021 il tarixləri ərzində hər ay 2.92 manat, xx.xx.2021 – xx.xx.2021 tarixləri ərzində hər ay 74.41 manat, xx.xx.2024-cü il tarixdə isə 74.21 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Müştəri kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixli, 100821-140534/10 saylı Güzəştli Kredit Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə xx.xx.2019-cu il tarixli, 100821-140534/10 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh 3428.23 (üç min dörd yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat əsas borc və 90.92 (doxsan manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3519.15 (üç min beş yüz on doqquz manat on beş qəpik) manat pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 55.6 (əlli beş manat altmış qəpik) manatın əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, 100821-140534/10 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh 3428.23 (üç min dörd yüz iyirmi səkkiz manat iyirmi üç qəpik) manat əsas borc və 90.92 (doxsan manat doxsan iki qəpik) manat faiz borcu olmaqla, cəmi 3519.15 (üç min beş yüz on doqquz manat on beş qəpik) manat borc və məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 55.6 (əlli beş manat altmış qəpik) manatın əvəzi olmaqla, ümumilikdə 3574.75 (üç min beş yüz yetmiş dörd manat yetmiş beş qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASCyə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar