Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-209/2022 10.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Mehdi Ədalət oğlu İddiaçı Məhdud Məsuluyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 09.02.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 26.01.2022-ci il tarixə yaranmış 799,5 manat əsas, 119,9 manat cərimə borcu olmaqla, cəmi 919,4 manat, 23.03.2021-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsi üzrə 353 manat əsas, 52,9 manat cərimə, cəmi 405,9 manat, ümumilikdə 1325,3 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 33,25 manat məbləğində vəsaitin tutularaq iddiaçının xeyrinə ödənilməsini xahiş etmişdir. 09.03.2022-ci il tarixdə iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək mülki işin baxılmamış saxlanılmasını, iddia ərizəsini və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə iddiaçının ərizəsini və cavabdehin işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyini nəzərə alaraq iş üzrə ərizənin baxılmamış saxlanılmasını məqsədə müvafiq hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə ərizə baxılmamış saxlanılmalıdır. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ərizənin baxılmamış saxlanılması iddiaçı tərəfindən eyni məsələ ilə bağlı yenidən məhkəmədə iddia qaldırılmasına mane olmur. Məhkəmə ərizəni baxılmamış saxlayarkən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun qaytarılması məsələsini də müzakirə edərək belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə əsasən, iddiaçı tərəfindən 10.02.2022 tarixli ********* nömrəli qəbzə əsasən Azərbaycan Respublikası Mərkəzi Bankı Hökumət ödəniş portalı vasitəsi ilə X1 ödədiyi 33,25 manat (otuz üç manat iyirmi beş qəpik) dövlət rüsumu özünə qaytarılmalıdır. Göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11, 263-264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərar verdi: İddiaçı Məhdud Məsuluyyətli Cəmiyyətinin Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı tərəfindən 10.02.2022 tarixli ********* nömrəli qəbzə əsasən Kapital bankın Şərur filialı vasitəsilə X1 ödədiyi 33,25 manat (otuz üç manat iyirmi beş qəpik) dövlət rüsumu geri qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Şərur Rayon məhkəməsinə şikayət vermək olar. Hakim: Mehdi Əliyev
Məhkəmə qərarları › İş №e-2(110)-209/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-209/2022
10.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver