Məhkəmə qərarları › İş №e-2(110)-219/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-219/2022

09.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-219/2022 09.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc tələbi” barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdim: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh “Kapital Bank“ ASC-nin xeyrinə 10.07.2020-ci il tarixli GTKR**********1 saylı kredit müqaviləsinə əsasən 1421.85 AZN əsas, 316.67 AZN faiz, cəmi 1738.52 AZN məbləğində borcun, 11.07.2019-cu il tarixli BRED0265394A108 saylı kredit xətti müqaviləsinə əsasən 231.59 AZN əsas, 48.90 AZN faiz, cəmi 280.49 AZN borcun və ödənilmiş 40.19 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsində iddiaçının nümayəndəsi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.07.2020-ci il tarixli GTKR**********1 saylı kredit müqaviləsinə əsasən ona 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 1630 AZN kredit verildiyini, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 11.07.2019-cu il tarixli BRED0265394A108 saylı kredit xətti müqaviləsinə əsasən ona 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 AZN kredit verildiyini, kredit müqaviləsinə əsasən cavabdehin müəyyən olunmuş müddətdə kredit və və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyini, nəticədə cavabdehin 04.02.2022-ci il tarixə İddiaçı ASC-yə 10.07.2020-ci il tarixli GTKR**********1 saylı kredit müqaviləsinə əsasən 1421.85 AZN əsas, 316.67 AZN faiz, cəmi 1738.52 AZN borcu, 11.07.2019cu il tarixli BRED0265394A108 saylı kredit xətti müqaviləsinə əsasən 231.59 AZN əsas, 48.90 AZN faiz, cəmi 280.49 AZN yarandığını, Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq, (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılmasının təmin edilmədiyini qeyd edərək, Cavabdeh “Kapital Bank“ ASCnin xeyrinə 10.07.2020-ci il tarixli GTKR**********1 saylı kredit müqaviləsinə əsasən 1421.85 AZN əsas, 316.67 AZN faiz, cəmi 1738.52 AZN məbləğində borcun, 11.07.2019-cu il tarixli BRED0265394A108 saylı kredit xətti müqaviləsinə əsasən 231.59 AZN əsas, 48.90 AZN faiz, cəmi 280.49 AZN borcun və ödənilmiş 40.19 AZN dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 24.02.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 07.11.2019-cu il tarixli BRED0265394A108 saylı kredit kartına dair müqavilədən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-in Həzi Aslanov filialı arasında kredit kartına dair müqavilə imzalanmış və Müqavilənin 11, 11.2, 11.5 və 11.7-ci bəndlərinə müvafiq olaraq Bank tərəfindən Müştəriyə 59 ay müddətinə taksit əməliyyatları üzrə illik 0%, qeyri-taksit əməliyyatları üzrə illik 25 faiz dərəcəsi ilə 300 manat məbləğində kredit xətti ayrılmışdır. İş materiallarına əlavə olunmuş 07.11.2019-cu il tarixli TT**********508300 nömrəli Balansdankənar Məxaric orderinin surətindən görünür ki, Cavabdeh PAN nömrəsi **********735357 olan bir ədəd plastik kart təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Hesab üzrə çıxarışdan görünür ki, Cavabdeh tərəfindən kredit kartı üzrə açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. Eyni zamanda iş materiallarına əlavə olunmuş 10.07.2020-ci il tarixli GTKR2460483A121 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə "xxxx" ASC-in Bakıxanov filialı arasında kredit müqavilələri imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən bu Müqaviləyə görə Bank Müştəriyə istehlak məqsədi ilə kredit verir, kreditin istifadəsilə bağlı müvafiq hesablar açır, Müştəri isə həmin kreditdən istifadə edir və yaranmış borclarını (əsas, faiz borcu, xidmət haqqı, dəbbə pulu və.s) Müqavilə ilə müəyyən edilmiş qaydada geri ödəyir; Həmin Müqavilənin 1.1.1, 1.1.2., 1.1.3 və 1.1.4 bəndlərinə əsasən “Bank” “Müştəriyə”gündəlik tələbat məqsədilə 48 ay müddətinə illik 27.84 faiz dərəcəsi ilə 1630 manat məbləğində kredit vermişdir; Həmin Müqavilənin 1.1.5-ci bəndinə əsasən “Müştəri” əsas və faiz borcunu bu müqavilənin ayrılmaz hissəsi olan ödəniş qrafiki əsasında ödəyir; Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit üzrə faizlər ildə 360, ayda 30 təqvim günü götürülməklə kreditin verildiyi gündən qaytarıldığı günədək, istifadə edilmiş günlərin faktiki sayına görə əsas borcun qalıq məbləğinə hesablanır. Kredit üzrə əsas və faiz borcu kreditin verildiyi valyutada ödənilir. İş materiallarına əlavə olunmuş 10.07.2020-ci il tarixli GTKR**********1 saylı kredit müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, "xxxx" ASC tərəfindən Cavabdeh illik 27.84 faiz dərəcəsi ilə 48 ay müddətinə 1630 (bir min altı yüz otuz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 10.08.2020 – 10.06.2024 tarixləri ərzində ayda 56.66 manat, 10.07.2024 tarixində isə 58.40 manat olmaqla, cəmi 2721.42 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 10.07.2020-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, Bank tərəfindən 10.07.2020-ci il tarixdə Cavabdeh imza etdirilməklə 1630 (bir min altı yüz otuz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 14.02.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 10.07.2020-ci il tarixli GTKR**********1 saylı kredit müqaviləsinə əsasən 1421.85 AZN əsas, 316.67 AZN faiz, cəmi 1738.52 AZN məbləğində borcun, 11.07.2019-cu il tarixli BRED0265394A108 saylı kredit xətti müqaviləsinə əsasən 231.59 AZN əsas, 48.90 AZN faiz, cəmi 280.49 AZN borcu mövcuddur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanladığı 08.10.2021ci il tarixli axırıncı bildirişdən müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə "xxxx" ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikası qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" ASC Şərur filialı ilə Cavabdeh arasında 11.07.2019-cu il tarixli BRED0265394A108 saylı kredit kartına dair müqavilə üzrə Bank tərəfindən Müştəriyə 59 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 300 (üç yüz) manat məbləğində kredit kartı verilmişdir. İş materialına əlavə edilmiş hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən həmin kreditin verilməsinə görə bankda açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparmışdır. Eyni zamanda "xxxx" ASC Bakıxanov filialı ilə Cavabdeh arasında bağlanmış 10.07.2020-ci il tarixli GTKR**********1 saylı Kredit müqaviləsinə əsasən Kreditor tərəfindən Borcalana 48 ay müddətinə illik 27.84 faiz ödəmək şərtilə 1630 mnanat məbləğində kredit verilmişdir. 10.07.2020-ci il tarixli GTKR**********1 saylı Kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 10.08.2020 – 10.06.2024 tarixləri ərzində ayda 56.66 manat, 10.07.2024 tarixində isə 58.40 manat olmaqla, cəmi 2721.42 manat pulu “Kapital Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilələrin şərtlərinə müvafiq olaraq da, iddiaçının cavabdehdən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan,”kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və yuxarıda qeyd olunan mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında hər iki müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, Cavabdeh 07.11.2019-cu il tarixli BRED0265394A108 saylı kredit kartına dair müqaviləyə əsasən əsas borc üzrə 231.59 manat, faiz borcu üzrə 48.90 manat, cəmi 280.49 manat, 10.07.2020-ci il tarixli GTKR2460483A121 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1421.85 manat, faiz borcu üzrə 316.67 manat, cəmi 1738.52 manat olmaqla, ümumilikdə hər iki müqavilə üzrə 2019.01 (iki min on doqquz manat bir qəpik) manat məbləğində borc pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi təmin etdiyindən iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 40.19 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdim: İddia təmin edilsin. Cavabdeh oğlundan 07.11.2019-cu il tarixli BRED0265394A108 saylı kredit kartına dair müqaviləyə əsasən əsas borc üzrə 231.59 manat, faiz borcu üzrə 48.90 manat, cəmi 280.49 manat, 10.07.2020-ci il tarixli GTKR2460483A121 saylı kredit müqaviləsinə əsasən əsas borc üzrə 1421.85 manat, faiz borcu üzrə 316.67 manat, cəmi 1738.52 manat, ümumilikdə hər iki müqavilə üzrə 2019.01 (iki min on doqquz manat bir qəpik) manat məbləğində borc və 40.19 manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 2059.2 (iki min əlli doqquz manat, iyirmi qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, tərəfə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar