Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-232/2024 03.04.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “nağd pul krediti müqaviləsi üzrə tələbinə dair” mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli, 341615-CNS-43872 “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən xx.xx.2023-cü il tarixə Banka borclu olduğu 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 147.04 (bir yüz qırx yeddi manat dörd qəpik) manat məbləğində faiz borcu, 27.50 (iyirmi yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.035,18 (beş min otuz beş manat on səkkiz qəpik) manat məbləğində pulun və məhkəməyə müraciət etmək üçün ödənilmiş 70,35 (yetmiş manat otuz beş qəpik) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə Bank) ilə Cavabdeh (bundan sonra mətndə M. M. İsmayılov) arasında bağlanmış 04 aprel 2023cü il tarixli, 341615-CNS-43872 saylı “Borcun restrukturizasiyasına dair müqaviləsi”nə əsasən “kredit alan”ın “Bank”a 04 aprel 2023-cü tarixə mövcud olan borcunun kapitallaşdırılaraq xx.xx.2022-ci il tarixli, 341615-CNS-32929 saylı müqavilə üzrə borcun ödənilməsi məqsədilə illik 11 (on bir faiz) faiz hesablanması şərti ilə 59 (əlli doqquz) ay müddətinə 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) AZN məbləğində kredit verildiyini, xx.xx.2023-cü il tarixli maliyyə arayışına əsasən borclu şəxsin üzərinə götürdüyü kredit öhdəliklərini xx.xx.2023-cü il tarixdən icra etmədiyini və nəticədə cavabdehin Banka 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 147.04 (bir yüz qırx yeddi manat dörd qəpik) manat məbləğində faiz borcu, 27.50 (iyirmi yeddi manat əlli qəpik) manat məbləğində cərimə borcu, ümumilikdə isə 5.035,18 (beş min otuz beş manat on səkkiz qəpik) manat məbləğində borcu qaldığını, Borclu Cavabdeh xx.xx.2023-cü il tarixinə yaranmış borcu barədə xx.xx.2023-cü il tarixli, 6364 P saylı pretenziya məktubu göndərildiyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək, ərizəsində qeyd etmişdir: İddiaçı Bank VTB (Azərbaycan) Açıq Səhmdar Cəmiyyətinin cavabdehə qarşı olan iddia tələbinin dəqiqləşdirilməsinə ehtiyac yaranmışdır. Belə ki, cavabdeh tərəfindən müəyyən ödənişlər edilmişdir, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) AZN manat məbləğində əsas borc, ümumilikdə isə 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) AZN manat Cavabdeh Banka borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsində göstərilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələblərinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Odur ki, şərh edilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin yuxarıda göstərilən tələblərinə istinadən, Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 341615-CNS-43872 saylı kredit müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə Banka borclu olduğu 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) AZN manat məbləğində əsas borc, ümumilikdə isə 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) AZN manat məbləğində pulun, 70.35 (yetmiş manat otuz beş qəpik) AZN manat məhkəmə üçün ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edirik. Məhkəmə mülki işə dəyişdirilmiş iddia tələbi çərçivəsində baxılması barədə qərardad qəbul etmişdir. İddiaçı təşkilat İddiaçı ASC-nə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə prosesində iştirak etməmiş, lakin xx.xx.2024cü il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, ərizəsində cavabdeh X1 qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin, cərimənin ödənilməsi tələbinə dair e-2(110)-232/2024 saylı mülki iş olduğunu, həmin mülki iş üzrə məhkəmə iclası 03 aprel 2024-cü il tarixə saat 12:00-a təyin edildiyini, həmin günə Bakı şəhərində məhkəmə prosesləri təyin edildiyi üçün göstərilən tarixdə məhkəmə iclasında üzürlü səbəbdən iştiraklarının mümkün olmadığını qeyd edərək, bu səbəbdən də hazırkı işə iştirakları olmadan baxaraq iddia tələblərinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinın iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş Kredit müqaviləsindən aydın olur ki, İddiaçı ASC-nin 2 №-li “Gənclik” filialı ilə Cavabdeh arasında 04 aprel 2023-cü il tarixli 341615-CNS-43872 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə” bağlanmışdır. Kredit Müqaviləsinin 2.1, 2.2, 2.3 və 2.4-cü bəndlərinə əsasən “Bank” tərəfindən “Kredit alana” istehlak məqsədi ilə illik 11 % dərəcəsi ilə 59 ay müddətinə xx.xx.2022-ci il tarixli 341615-CNS- 32929 (istehlak krediti) Müqaviləsi üzrə “Kredit alan”ın “Bank”a xx.xx.2023-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi məqsədilə 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 04 aprel 2023-cü il tarixli 341615-CNS-43872 saylı saylı Kredit Müqaviləsinə 1 saylı Əlavəyə (ödəniş cədvəlinə) əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə müxtəlif aylarda müxtəlif məbləğlər ödəməklə, cəmi 6534.62 manat məbləğində pulu İddiaçı ASCyə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş hesabdan çıxarışın surətindən görünür ki, Bank tərəfindən Cavabdeh 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat məbləğində kreditin verilməsi təmin edilmiş, Cavabdeh tərəfindən isə onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş Maliyyə arayışından görünür ki, xx.xx.2024-cü il tarixə Cavabdeh Banka ödənilməmiş 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat əsas borcu mövcuddur. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli ********** nömrəli Mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar İddiaçı ASC vasitəsilə dövlət büdcəsinin AZ60AİİB******************** saylı xəzinə hesabina 70,35 (yetmiş manat otuz beş qəpik) manat dövlət rüsumu ödəmişdir . İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin 2 №-li “Gənclik” filialı ilə Cavabdeh arasında bağlanmış 04 aprel 2023-cü il tarixli 341615-CNS-43872 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən “Bank” tərəfindən “Kredit alana” istehlak məqsədi ilə illik 11 % dərəcəsi ilə 59 ay müddətinə xx.xx.2022-ci il tarixli 341615-CNS-32929 (istehlak krediti) Müqaviləsi üzrə “Kredit alan”ın “Bank”a xx.xx.2023-cü il tarixə mövcud olan kapitallaşdırılmış borcun ödənilməsi məqsədilə 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat məbləğində kredit vermişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə müxtəlif aylarda müxtəlif məbləğlər ödəməklə, cəmi 6534.62 manat məbləğində pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyaraq borcu yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Kredit Alan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Kredit Alan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddia tələbi təmin edilməklə Cavabdeh 04 aprel 2023-cü il tarixli 341615-CNS-43872 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən əsas borc üzrə 4.860.64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) məbləğində pul alınaraq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən iddiaçının tələb etdiyi 70.35 manat dövlət rüsumunun əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 04 aprel 2023-cü il tarixli 341615-CNS-43872 saylı “Kredit borcunun restrukturizasiyasına dair müqavilə”yə əsasən Cavabdeh əsas borc üzrə 4.860,64 (dörd min səkkiz yüz altmış manat altmış dörd qəpik) manat və ödənilmiş 70,35 (yetmiş manat otuz beş qəpik) manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4930.99 (dörd min doqquz yüz otuz manat doxsan doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-232/2024
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-232/2024
03.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver