Məhkəmə qərarları › İş №e-2(110)-242/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-242/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-242/2022 17.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Mən, Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdim: İddiaçı "xxxx" MMC məhkəməyə ərizə ilə müraciət edərək, 23.08.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 17.12.2021-ci il tarixinə yaranmış 1255 manat əsas, 188.1 manat cərimə borcu olmaqla, ümumilikdə 1443.2 manat borcun və 34.45 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsinə əsasən sonuncu aldığı 2 (iki) ədəd “Samsung A315“ markalı və 1 (bir) ədəd “Samsung A515“ markalı mobil telefonlara, 5 (beş) fərqli aksesuara və mobil nömrəyə görə 18 ay ödəniş cədvəli üzrə görə 12 ay ödəniş cədvəli üzrə hər ay 120 manat olmaqla cəmi 2155 manat ödəməyi öhdəsinə götürdüyünü, lakin cavabdehin müqavilənin şərtlərini pozduğunu 23.08.2021-ci il tarixli müqavilə üzrə heç bir ödəniş etmədiyini və qalıq qalmış 1255 manat borcu qaytarmadığını, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq borclunun borcunu ödəməkdən boyun qaçırdığını, nisyə alqı-satqı müqaviləsinin №1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablandığını və alıcı tərəfindən satıcıya ödənildiyini, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcunun 1882 manat təşkil etdiyini, cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarının 1882 manat təşkil etdiyi halda humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-nin tərəflərindən güzəşt edildiyini və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i yəni 188.2 manatın "xxxx" MMC-yə ödənilməli olduğunu qeyd edərək, 14.05.2021-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə 19.01.2022-ci il tarixinə yaranmış 611.9 manat əsas borc, 91.7 manat cərimə borcu olmaqla, ümumilikdə 703.6 manat borcun və 34.45 (otuz dörd manat qırx beş qəpik)manat ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş X1 ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 10.03.2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edərək iddia tələbi barədə məlumat vermiş və bu haqda telefonoram tərtib edilmişdir. Eyni zamanda iddiaçı "xxxx" MMC-nin nümayəndəsi 16.03.2022-ci il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ərizəsində, icraatda iddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “borc tələbinə” dair mülki iş olduğunu, sözügedən mülki işin iş materiallarına əlavə olunmuş sənədlərdə texniki səhvə yol verildiyini, Cavabdeh "xxxx" MMC-yə olan əsas borcunun 2155 (iki min yüz əlli beş) manat əvəzinə 1255 (bir min iki yüz əlli beş) manat qeyd olunduğunu, odur ki, yuxarıda qeyd olunan halı nəzərə alaraq məhkəmədən yaranmış texniki səhvin aradan qaldırılması üçün əsas borc məbləğinin 2155 (iki min yüz əlli beş) manat məbləğində müəyyən olunması barədə müvafiq qərarın qəbul edilməsini xahiş etmişdir. Şərur Rayon Məhkəməsinin 2(110)-242/2022 nömrəli, 16 mart 2022-ci il tarixli Qərardadı ilə mülki işə dəqiqləşdirilmiş iddia tələbi çərçivəsində baxılması qərara alınmışdır. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, həqiqətən də Cavabdeh ilə iddiaçı "xxxx" MMC arasında 23.08.2021-ci il tarixli Müddətli (nisyə) alqı-satqı müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Tərəflər arasında bağlanmış 23.08.2021-ci il tarixli Müddətli (nisyə) alqı-satqı Müqaviləsinin 1-ci bəndinə əsasən, “Satıcı”nın 1 saylı Əlavədə göstərilmiş məhsulu, əmlakı (məhsulları, əmlakları) “Alıcı”ya müəyyən müddətə nisyə satılaraq verməsi, “Alıcı”nın isə bu Müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmlakın qəbul edilməsi, habelə borcunu “Satıcı”ya ödənilməsinə dair öhdəlik götürmüşdür. Həmin Müqaviləsinin 4.1-ci bəndinə əsasən bu müqavilə üzrə özərinə götürdüyü öhdəliyi icra etməyən və ya lazımi qaydada icra etməyən tərəf digər tərəfə vurulan zərərə görə Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyi ilə müəyyən olunan qaydada məsuliyyət daşıyır və qarşı tərəfə vurduğu zərəri tam həcmdə ödəməlidir. İş materiallarında olan 23.08.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh Samsung A315 BLACK 128 GB (**********98772/**********98770), Samsung A315“ BLACK 128 GB (**********79494/**********79492), Samsung A515 WHİTE 64 GB (**********78277/**********78272), Samsung Galaxy A31 Hard case Araree A-Cover GP-FPA315KDABR Black (011052), X2 A31 3D Black (011062), Samsung Galaxy A31 Hard case Araree A-Cover GP-FPA315KDABR Black (011052), X2 A31 3D Black (011062), Hi- Fi Wireless Honor Choice (CE79) X4 White (**********035), AZERCELL NOMRE (5********) olmaqla həmin əşyaları ilkin ödəniş ödəmədən, onların ümumi dəyəri olan 2155 manatı 18 ay müddətinə aylıq 120 manat ödəmək şərtilə "xxxx" MMC-dən nisyə almışdır. İş materiallarında olan 23.08.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, gecikdirilən aylıq borc məbləğinə görə cərimə kimi gündəlik 1 (bir) % dərəcəsi ilə (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş materiallarında olan Ödəniş cədvəlinə əsasən “Alıcı”- Cavabdeh 2 (iki) ədəd “Samsung A315“ markalı və 1 (bir) ədəd “Samsung A515“ markalı mobil telefonlar, 5 (beş) fərqli aksesuara və mobil nömrə üçün ilkin ödəniş ödəmədən, 23.09.2021-ci il – 23.01.2023-cü il tarixlərdə hər ay 120 manat, 23.04.2023-cü il tarixdə isə 115 manat ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan 17.12.2021-ci il tarixli, Maliyyə arayışından görünür ki, Cavabdeh "xxxx" MMC-yə 1255 manat əsas, 188.1 manat cərimə borcu olmaqla, ümumilikdə 3137 manat borcu qalmışdır. İş materiallarında olan ********* nömrəli, 24.02.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, iddiaçı "xxxx" MMC tərəfindən hökumət ödəniş Portalı vasitəsi ilə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 34.15 manat rüsum ödənilmişdir. İş materiallarına əlavə olunmuş xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla Satıcı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 23.08.2021ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən alıcı Cavabdeh "xxxx" MMC-dən ümumi dəyərləri 2155 manat olan Samsung A315 BLACK 128 GB (**********98772/**********98770), Samsung A315“ BLACK 128 GB (**********79494 / **********79492), Samsung A515 WHİTE 64 GB (**********78277 / **********78272), Samsung Galaxy A31 Hard case Araree A-Cover GP-FPA315KDABR Black (011052), X2 A31 3D Black (011062), Samsung Galaxy A31 Hard case Araree A-Cover GP- FPA315KDABR Black (011052), X2 A31 3D Black (011062), Hi- Fi Wireless Honor Choice (CE79) X4 White (**********035), AZERCELL NOMRE (5********) üçün ilkin ödəniş ödəmədən həmin məbləği 18 ay müddətinə ayda 120 manat olmaqla ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh müqavilə üzrə götürdüyü öhdəliyi lazımı qaydada icra etməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən "Ödəniş cədvəli" üzrə ödənişlərdə gecikmələr aşkarlanarsa, gecikdirilən aylıq borc məbləğinə cərimə kimi gündəlik hesablanmış 1 faizi (minimum 50 qəpik) dəbbə hesablanır və alıcı tərəfindən satıcıya ödənilir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, iddiaçı cavabdehdən 23.08.2021-ci il tarixli ********* saylı Müddətli (nisyə) alqı-satqı Müqaviləsi üzrə 2155 manat əsas borc, 188.1 manat cərimə borcu olmaqla, ümumilikdə 2343.1 manat borcun tutularaq ona ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir; - 600.2-ci maddəsinə əsasən, əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur; - 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər; - 601.1-ci maddəsinə əsasən, əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun; - 601.2-ci maddəsinə əsasən, hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir; - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda, bu qayda qüvvədə olmur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz; - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış müqavilələrin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, Cavabdeh 23.08.2021-ci il tarixli Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən əsas borc üzrə 2155.0 (iki min bir yüz əlli beş) manat, cərimə olaraq 188.1 (bir yüz səksən səkkiz manat on qəpik) manat olmaqla, ümumilikdə 2343.1 (iki min üç yüz qırx üç manat on qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilməlidir. İddia təmin olunduğu üçün Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, ərizə üzrə ödənilmiş 34.45 (otuz dörd manat qırx beş qəpik) manat dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdim: İddia təmin edilsin. Cavabdeh 23.08.2021-ci il tarixli Müddətli (nisyə) alqı-satqı Müqaviləsinə əsasən əsas borc üzrə 2155.0 (iki min bir yüz əlli beş) manat, cərimə olaraq 188.1 (bir yüz səksən səkkiz manat on qəpik) manat, cəmi 2343.1 (iki min üç yüz qırx üç manat on qəpik) manat və 34.45 (otuz dörd manat qırx beş qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 2377.55 (iki min üç yüz yetmiş yeddi manat, əlli beş qəpik) manat məbləğində pul tutularaq "xxxx" MMC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar