Məhkəmə qərarları › İş №e-2(110)-252/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-252/2024

27.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-252/2024 27.02.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1364.31 manat əsas borc, 43.84 manat faiz borcu, 18.57 manat cərimə olmaqla, cəmi 1426.72 manatın, həmçinin 34.27 manat ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-yə ödənilməsi haqqında qətnamə edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC ilə bağlanmış 45270***-*******02L saylı xx.xx.2023-cü il tarixli Əsas Kredit razılaşmasına əsasən Cavabdeh 12 ay müddətinə illik 13.5 % ödəmək şərti ilə 1800 AZN kredit verildiyini, lakin Əsas Kredit razılaşması üzrə öhdəliklərini bank qarşısında icra etməyən Cavabdeh İddiaçıSC-yə xx.xx.2024-cü il tarixə 1364.31 AZN əsas kredit borcu, 43.84 AZN kreditdən istifadəyə görə faiz borcu, 18.57 AZN cərimə olmaqla, cəmi 1426.72 AZN borcu qalmaqda olduğunu, cavabdehə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülmədiyini, kredit müqaviləsindən irəli gələn öhdəlikləri lazımi qaydada icra edilmədiyini, bu səbəbdən məhkəməyə müraciət edilməsi zəruriyəti yarandığını bildirmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehin ünvanına göndərilsədə, cavabdeh iddiaya qarşı əsaslandırılmış etirazını məhkəməyə göndərməmişdir. İş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlirəm ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 45270***-*******02L saylı “Əsas kredit limiti razılaşması”ndan aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Naxçıvan filialı arasında Əsas Kredit Limiti Razılaşması bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqaviləsinin 1.1-ci maddəsinə əsasən bu əsas kredit limiti razılaşmasına əsasən Kreditverən Borcalana 50000 (əlli min) manat məbləğində 120 (bir yüz iyirmi) ay müddətinə, xx.xx.2033-cü il tarixinədək kredit limiti açır ve kredit limiti ilə müəyyən edilmiş şərtlər çərçivəsində kredit verməyi öhdesinə götürür. Kredit limitinin müddəti ərzində Borcalan ona kredit verilməsi barədə Kreditverənə müraciət ((Kreditverənin mobil tətbiqetməsi və www.bankrespublika.az internet səhifəsi vasitəsilə, həmçinin Kreditverənin 9144 qısa nömrəsinə va ya +**********44 mobil nömrəsinə "şəxsiyyət vəsiqəsinin FiN kodu"nu yazaraq göndərmək) etmək hüququna malikdir. Həmin Müqavilənin 1.2-ci maddəsinin bu əsas kredit limiti razılaşmasına əsasən kredit Borcalana istehlak tələbatlarının ödənilməsi məqsədlə verilir və kredit üzrə faktiki illik faiz dərəcəsi (FiFD) min. 10 (on) % - max. 29 (iyirmi doqquz) %-dir. Həmin Müqavilənin 1.3-cü maddəsinin əsas borc va faizlər, kredit məbləğinin borcalanın cari hesabına köçürüldüyü gündən hesablanmağa başlanacaq və Borcalana göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə Kreditverənə geri qaytarılacaqdır. Həmin Müqavilənin 1.4-cü maddəsinə əsasən bu əsas kredit limiti razılaşması çərçivəsində veriləcək keditlərə dair illik faiz dərəcəsi 29 (iyirmi doqquz) faizdən, kredit limiti çərçivəsində veriləcək kreditlərin son icra müddəti isə xx.xx.2033-cü il tarixdən artıq olmayacaqdır. İş materiallarına əlavə olunmuş İddiaçı ASC tərəfindən göndərilmiş SMS bildirişdən görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı ASC tərəfindən Cavabdeh 12 ay müddətinə 13.5 % dərəcəsilə 1800 AZN kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023 – xx.xx.2023-cü il tarixli hesab üzrə çıxarışlardan görünür ki, Cavabdeh 1800 manat kreditin verilməsi təmin edilmiş və o, onun adına açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda əməliyyatlar aparmışdır. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2023-cü il tarixli Maliyyə arayışından görünür ki, Borcalanın Banka 1364.31 manat əsas borc, 43.84 manat faiz borcu, 18.57 manat cərimə olmaqla, cəmi 1426.72 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş məhkəmədə iddia qaldırılması ilə əlaqədar xx.xx.2024-cü il tarixdə İddiaçı ASC tərəfindən ********** nömrəli qəbzlə dövlət büdcəsinə 34.27 (otuz dörd manat iyirmi yeddi qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli 1243 nömrəli pretenziya məktubundan görünür ki, İddiaçı ASC ilə bağladığı xx.xx.2023-cü il tarxili kredit müqavilsəinə əsasən borcalan Cavabdeh 12 ay müddətinə 13.5 % dərəcəsi olmaqla 1800 AZN (bir min səkkiz yüz) kredit verildiyini, borcalanın krediti və ondan istifadəyə görə faizləri müqavilənin tərkib hissəsi olan ödəniş cədvəlinə uyğun olaraq hər təqvim ayının müvafiq günündə hissə-hissə Banka ödəməli olduğu halda öhdəliyini pozaraq, onu vaxtında və lazımi qaydada icra etmədiyini, kredit müqaviləsi üzrə xx.xx.2023-cü il tarixə Banka olan borcun məbləğinin, əsas borc üzrə 1364.31 AZN, faizlər üzrə 43.84 AZN, cərimə üzrə 18.57 AZN, manat olmaqla cəmi 1426.72 AZN təşkil etdiyini, öhdəliyi pozduğu üçün kredit müqaviləsinin birtərəfli qaydada ləğv edildiyini, 3 gün müddətində göstərilən borcu Banka ödəməyi tələb etdiklərini, əks halda borcun qaytarılması tələbinə dair məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi İddiaçı ASC-nin Naxçıvan filialı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 45270***-*******02L saylı Əsas Kredit razılaşmasına əsasən Bank tərəfindən Cavabdeh 12 ay müddətinə illik 13.5 % ödəmək şərti ilə 1800 manat nağd pul şəklində kredit vermiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə birlikdə borcalan göndərilən SMS-də qeyd edilmiş müddətədək hər ay bərabər hissələrlə Kreditverənə geri qaytarmağı öhdəsinə götürmüşdür. Lakin “Borcalan” istifadə etdiyi krediti və həmin kreditə görə nəzərdə tutulmuş faizləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə məhkəmə hesab edir ki, iddiaçı belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” risk dairəsinə daxil olan öhdəlikləri icra etmədiyi bütün hallar üçün cavabdeh olduqlarından, o, öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, kredit borcunu kreditverənə ödəməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; - 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditverən” borcun tutulması ilə bağlı “Borcalan” Cavabdeh qarşı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, xx.xx.2023-cü il tarixli 45270***-*******02L saylı “Əsas kredit limiti razılaşması” üzrə Cavabdeh əsas borc üzrə 1364.31 (bir min üç yüz altmış dörd manat otuz bir qəpik) manat, faiz borcu üzrə 43.84 (qırx üç manat səksən dörd qəpik) manat, cərimə olaraq 18.57 (on səkkiz manat əlli yeddi qəpik) manat olmaqla, cəmi 1426.72 (bir min dörd yüz iyirmi altı manat yetmiş iki qəpik) manat məbləğində pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün iddiaçı tərəfindən məhkəməyə müraciət etməsi məqsədilə ödənilmiş 34.27 (otuz dörd manat iyirmi yeddi qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2023-cü il tarixli 45270***-*******02L saylı “Əsas kredit limiti razılaşması” üzrə əsas borc üzrə 1364.31 (bir min üç yüz altmış dörd manat otuz bir qəpik) manat, faiz borcu üzrə 43.84 (qırx üç manat səksən dörd qəpik) manat, cərimə olaraq 18.57 (on səkkiz manat əlli yeddi qəpik) manat, cəmi 1426.72 (bir min dörd yüz iyirmi altı manat yetmiş iki qəpik) manat borc və 34.27 (otuz dörd manat iyirmi yeddi qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 1460.99 (bir min dörd yüz altmış manat doxsan doqquz qəpik) manat məbləğində pul alınaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar