Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-260/2022 18.03.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması” tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizəyə və ona əlavə edilmiş sənədlərə baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Şərur Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh 08.09.2020-ci il tarixli kredit müqaviləsi üzrə 5000 (beş min) manat məbləğində borcun və iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş materiallarını nəzərdən keçirib belə nəticəyə gəldim ki, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat haqqında ərizənin və ona əlavə edilmiş sənədlərin qəbulundan mülki prosessual qanunvericiliyə uyğun olaraq imtina olunmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 284-4.1 və 284-4.1.1-ci maddəsinə əsasən bu Məcəllənin 153.2-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmişdirsə məhkəmə kiçik iddialara dair işlərə sadələşdirilmiş qaydada baxılması ilə əlaqədar ərizənin qəbul olunmasından imtina edir; - 153.2 və 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir; - 153.5-ci maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa maneə olur. Belə ki, iddia ərizəsinə əlavə olunmuş Kredit Müqaviləsindən aydın olur ki, 28 sentyabr 2020-ci il tarixdə Bakı şəhəri, 54 saylı notariat ofisində İddiaçı ilə Cavabdeh arasında Kredit Müqavilə bağlanmışdır. Kredit Müqaviləsinin 7-ci bəndində müvafiq olaraq tərəflər qarşılıqlı razılığı gəliblər ki, ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır. Ona görə də bu qənaətə gəlirəm ki, İddiaçı Cavabdeh qarşı 5000 (beş min) manat məbləğində borcun qaytarılmasına dair iddia tələbinə məhkəmədə baxılmalı deyil. İddiaçıya izah olunmalıdır ki, Cavabdeh qarşı yuxarıda qeyd olunan müqavilənin icrası ilə bağlı icra qeyd verilməsi üçün borclunun olduğu yer üzrə notariusa müraciət etməlidir. “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinin birinci abzasına əsasən borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 284-4.2-ci maddəsinə əsasən Bu Məcəllənin 284-4.1-ci maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə ərizənin daxil olduğu gündən 5 (beş) iş günü müddətində onun qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərardad çıxarır. Məhkəmə bu müddət ərzində ərizəni qəbul etməkdən imtina etməyibsə, o, qəbul edilmiş sayılır. Ərizəni qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilməz. Beləliklə, də İddiaçı Cavabdeh qarşı “borc tələbi barədə” iddia ərizəsi iddianın yolverilməzliyinə görə icraata qəbul edilməkdən imtina olunsun və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1 və 114.1.2-ci maddələrinə uyğun olaraq iddia ərizəsindən baxılmaq üçün icraata qəbul etməkdən imtina edildiyindən, İddiaçı tərəfindən “Hökümət ödəniş portalı vasitəsilə 15.03.2022-ci il tarixdə ********* nömrəli qəbzlə dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat məbləğində dövlət rüsumu da geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-4.1.1, 284-4.2, 263 və 264-cü maddələrini rəhbər tutaraq, qərara aldı : İddiaçı Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun cavabdehdən tutulması” barədə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin. İddiaçı tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 15.03.2022-ci il tarixli, ********* №-li qəbzlə dövlət büdcəsinə ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-260/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-260/2022
18.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver