Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-263/2022 13.04.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 17 mart 2021ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1796,72 (bir min yeddi yüz doxsan altı manat yetmiş iki qəpik) manat, faiz borcuna görə 135.16 (bir yüz otuz beş manat 16 qəpik) manat, dəbbə borcuna görə 222.09 (iki yüz iyirmi iki manat 09 qəpik ) manat, cəmi 2153,97 (iki min bir yüz əlli üç manat 97 qəpik) manat məbləğində pulun və 41.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı ASC-nin Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsinə əsasən illi 23 faiz olmaqla 24 ay müddətinə 2510 (iki min beş yüz on) manat məbləğində cavabdehə kredit verildiyini,(kredit müqaviləsinin 2.1; 2.3; 2.4 bəndləri 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsinin şərtlərinə görə borcalan Cavabdeh kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tam və vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbədar edilməsinə baxmayaraq cavabdeh öhdəliyin icra edilməsindən qərəzli olaraq yayındığını, tərəflər arasında bağlanmış 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında , hər ayın 17-dən gec olmayaraq hər ay 131,46 (bir yüz otuz bir manat 46 qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımi qaydada icra etmədiyini, təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsi üzrə borcunun məbləği əsas borcuna görə 1796,72 (bir min yeddi yüz doxsan altı manat yetmiş iki qəpik) manat, faiz borcuna görə 135.16 (bir yüz otuz beş manat 16 qəpik) manat, dəbbə borcuna görə 222.09 (iki yüz iyirmi iki manat 09 qəpik) manat, borcun cəmi 2153,97 (iki min bir yüz əlli üç manat 97 qəpik) manat pul tutulmalı olduğunu qeyd edərək, Cavabdeh 17 mart 2021ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsi üzrə əsas borcuna görə 1796,72 (bir min yeddi yüz doxsan altı manat yetmiş iki qəpik) manat, faiz borcuna görə 135.16 (bir yüz otuz beş manat 16 qəpik) manat, dəbbə borcuna görə 222.09 (iki yüz iyirmi iki manat 09 qəpik) manat cəmi 2153,97 (iki min bir yüz əlli üç manat 97 qəpik) manat məbləğində pulun və 41.54 manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş Cavabdeh qeydiyyatda olduğu və yaşadığı ünvanlara göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 29 mart 2022-ci il tarixdə onun mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı kredit müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC-nin Nizami filialı arasında kredit müqaviləsi imzalanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən “borc verən” bu müqavilənin şərtləri daxilində borc alana istehlak məqsədilə 2510 (iki min beş yüz on) AZN məbləğdə kredit verməyi Borc alan isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan "Kreditin ödəniş cədvəli”nə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağıvə kreditdən istifadəyə görə hesablanmış faizləri ödəməyi öhdəsinə götürür; Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən kredit 24 ay müddətinə verilir.borcalana kredit bir dəfə və ya hissə-hissə verilir. Kreditin ilk dəfə verilən məbləği 2510 (iki min beş yüz on manat 00 qəpik) AZN-dən çox olmamalıdır. Kredit borcalan tərəfindən bir dəfəyə və ya hissə-hissə istifadə oluna bilər. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kreditə görə illik 23 faiz hesablanır. Həmin Müqavilənin 2.5-ci bəndinə əsasən kredit faizləri hesablanarkən hər ayda 30 günün, ildə 360 günün olduğu qəbul edilir. Həmin Müqavilənin 2.14.2-ci bəndinə əsasən müqavilənin müddəti ərzində “Kreditin ödəniş cədvəli” üzrə ödənişlərin gecikməsi zamanı vaxtında ödənilməmiş məbləğin 1 (bir) faizi (gecikmənin birinci günündən başlayaraq gündəlik olaraq) miqdarında cərimə hesblanır. İş materiallarına əlavə olunmuş 17 mart 2021-ci il tarixli Ödəniş cədvəlinə əsasən, İddiaçı ASC tərəfindən Cavabdeh illik 23 faiz dərəcəsi ilə 24 ay müddətinə 2510 (iki min beş yüz on) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 17.04.2021 - 17.02.2023 tarixləri ərzində ayda 131.46 manat, 17.03.2023 tarixində isə 131.72 manat olmaqla, cəmi 3155.30 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 17.03.2021-ci il tarixli kassa məxaric orderinin surətindən görünür ki, 17.03.2021-ci il tarixdə Cavabdeh imza etdirilməklə Bankdan 2510 (iki min beş yüz on) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 16.03.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 16 mart 2021-ci il tarixə Cavabdeh Banka 1796,72 (bir min yeddi yüz doxsan altı manat yetmiş iki qəpik) manat əsas borc, 135.16 (bir yüz otuz beş manat 16 qəpik) manat məbləğində faiz borcu, 222.09 (iki yüz iyirmi iki manat 09 qəpik) dəbbə borcu olmaqla, cəmi 2153,97 (iki min bir yüz əlli üç manat 97 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş bildirişdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü "Rabitəbank” ASC Nizami filialı ilə Cavabdeh arasında bağlanmış 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı Kredit müqaviləsinə əsasən Borc verən tərəfindən Borc alana 24 ay müddətinə illik 23 faiz ödəmək şərtilə 2510 manat məbləğində kredit verilmişdir. 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı Kredit müqaviləsinə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə 17.04.2021 - 17.02.2023 tarixləri ərzində ayda 131.46 manat, 17.03.2023 tarixində isə 131.72 manat olmaqla, cəmi 3155.30 manat pulu İddiaçı ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Borc alana kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilələr ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Borc verənin bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Borc verənin Borc alandan ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Hesab edirəm ki, cavabdeh Borc alan Cavabdeh yazılı formada bağlanmış kredit müqaviləsinin şərtlərinə əməl etməməklə Borc verən qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. İddia tələbinin müqavilə üzrə hesablanmış 222.09 (iki yüz iyirmi iki manat 09 qəpik) manat dəbbə pulunun tutulması hissəsinə gəldikdə hesab edirəm ki, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir...; - 465.2-ci maddəsinə əsasən, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər... ; - 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır... Müqavilə üzrə ödənilməmiş pulun miqdarını, iddiaçının həm əmlak mənafelərini, həm də bütün əsaslı mənafelərini nəzərə alaraq, Müqavilə üzrə hesablanmış 222.09 (iki yüz iyirmi iki manat doqquz qəpik) manat dəbbə pulu məbləğinin əsas məbləğə münasibətdə tənasübsüz surətdə yüksək olması qənaətinə gələrək, tələb olunan dəbbə pulunun 22 (iyirmi iki) manat həcmində müəyyənləşdirilməsini tərəflərin əmlak mənafeləri baxımından ədalətli hesab edirəm. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, mülki iş materiallarinda olan sübutlara qiymət verərək bu qənaətə gəlirəm ki, iddia qismən təmin edilərək, Cavabdeh əsas borc üzrə 1796.72 (bir min yeddi yüz doxsan altı manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 135.16 (bir yüz otuz beş manat 16 qəpik) manat, dəbbə pulu 22 (iyirmi iki) manat olmaqla, cəmi 1953.88 (bir min doqquz yüz əlli üç manat səksən səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməli, iddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbi qismən təmin edildiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 41.54 manat dövlət rüsumunun 2.85 manatı iddiaçıya aid edilməli, 37.69 manatı isə Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia qismən təmin edilsin. 17 mart 2021-ci il tarixli NZNPU-05452 saylı Kredit Müqaviləsi üzrə Cavabdeh əsas borc üzrə 1796.72 (bir min yeddi yüz doxsan altı manat yetmiş iki qəpik) manat, faiz borcu üzrə 135.16 (bir yüz otuz beş manat 16 qəpik) manat, dəbbə pulu 22 (iyirmi iki) manat, cəmi 1953.88 (bir min doqquz yüz əlli üç manat səksən səkkiz qəpik) manat borc və 41.54 (qırx bir manat əlli dörd qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun 37.69 manatı olmaqla, ümumilikdə 1991.57 (bir min doqquz yüz doxsan bir manat, əlli yeddi qəpik) manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. İddia digər hissədə rədd edilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-263/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-263/2022
13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver