Məhkəmə qərarları › İş №e-2(110)-263/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-263/2024

01.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-263/2024 01.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: Bank Olmayan Kredit Təşkilatı “İnkişaf üçün Maliyyə” MMC-nin nümayəndəsi iddia ərizsəi ilə məhkəməyə müraciət edərək, Cavabdehlərlə BOKT "xxxx" MMC arasında bağlanmış L-BK- 0050422-F saylı Kredit və KN-00003082 saylı Zaminlik müqavilələrinə əsasən Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas məbləğ üzrə 1543,44 (bir min beş yüz qırx üç manat 44 qəpik) manat, faiz borcu üzrə 45,79 (qırx beş manat 79 qəpik) manat olmaqla, cəmi 1589,23 (bir min beş yüz səksən doqquz manat 23 qəpik) manat məbləğində kredit borcunun və ödənilmiş 36 (otuz altı) manat dövlət rüsumunun alınaraq BOKT “İnkişaf üçün Maliyyə “ MMCnə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq Cavabdeh1 ilə BOKT "xxxx" MMC-nin Bakı Filialı (bundan sonra təşkilat) arasında xx.xx.2019-cu il tarixli, L- BK-0046840-F saylı Kredit müqaviləsi bağlandığını, həmin müqavilənin 1.2 və 1.3-cü bəndlərinə əsasən, borcluya 60 ay (12 ay möhlətlə) müddətinə, illik 1% olmaqla 1861,81 (bir min səkkiz yüz altmış bir manat 81 qəpik) manat məbləğində güzəştli kredit verildiyini, həmin tarixdə kreditin ödənilməsinin təminatı olaraq cavabdehin zamini Cavabdeh2 ilə KN-00003082 saylı Zaminlik müqaviləsi bağlandığını, kredit müqaviləsinin bağlandığı müddətdən bu günə qədər borclu tərəfindən təşkilata əsas məbləğ üzrə 318,37 (üç yüz on səkkiz manat 37 qəpik) manat, faiz borcu üzrə 32,09 (otuz iki manat 9 qəpik) manat olmaqla cəmi 350,46 (üç yüz əlli manat 46 qəpik) manat məbləğində pul ödənildiyini, hal-hazırda cavabdehin təşkilata əsas məbləğ üzrə 1543,44 (bir min beş yüz qırx üç manat 44 qəpik) manat, faiz borcu üzrə 45,79 (qırx beş manat 79 qəpik) manat olmaqla cəmi 1589,23 (bir min beş yüz səksən doqquz manat 23 qəpik) manat məbləğində kredit borcu olduğu qeyd edilmişdir. Məhkəmə iddia ərizəsinə dair mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, iqtisadi mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli, L-BK-0046840-F saylı Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh1 ilə BOKT "xxxx" MMC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən bu Müqavilə Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədi ilə bağlanılır. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Bu müqaviləyə əsasən, Kreditor Borclunun vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə qalıq məbləğini ödəməsi məqsədi ilə 1861.81 (bir min səkkiz yüz altmış bir manat 81 qəpik) manat məbləğində güzəştli krediti (bundan sonra “Kredit”) verməyi öhdəsinə götürür. Həmin Müqavilənin 1.3-cü bəndinə əsasən Kredit illik faiz dərəcəsi 1% olmaqla 60 ay (12 ay möhlətlə) müddətinə verilir. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli KN-00003082 saylı Zaminlik müqaviləsindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə Cavabdeh2 ilə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik Müqaviləsinin 1-ci bəndinə əsasən, Bu müqaviləyə əsasən zaminliklə təmin olunan öhdəlik Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC Bakı filialı tərəfindən xx.xx.2019-cu tarixli L- BK-0046840-F saylı kredit müqaviləsi (bundan sonra “müvafiq kredit müqaviləsi”) ilə Borclu Cavabdeh1 (ŞV: AZE00******) 60 ay (12 ay möhlətlə) müddətinə verilən 1861,81 (bir min səkkiz yüz altmış bir manat 81 qəpik) məbləğində kreditdir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən verilən kreditlə bağlı Borclu müvafiq kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirənədək Zamin Kreditor qarşısında Borclu ilə birlikdə eyni həcmdə məsuliyyət daşıdığını bilir və öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən oğluna aylıq 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 1861.81 manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla xx.xx.2020 – xx.xx.2024 il tarixləri ərzində hər ay 40 manat, xx.xx.2024 tarixdə 20.24 manat olmaqla Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2024-cü il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2024-cü il tarixə Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə 1543.44 (bir min beş yüz qırx üç manat 44 qəpik) manat əsas borc, 45,79 (qırx beş manat 79 qəpik) manat faiz borcu olmaqla, cəmi 1589,23 (bir min beş yüz səksən doqquz manat 23 qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş ********** nömrəli, xx.xx.2024-cü il tarixli Mədaxil Qəbzindən görünür ki, Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 36 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, L-BK-0046840-F nömrəli Kredit müqaviləsinə əsasən Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC tərəfindən Cavabdeh1 vaxtı keçmiş kredit borclarının qalıq məbləğini ödəməsi məqsədi ilə 12 ay möhlətlə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 1861.81 (bir min səkkiz yüz altmış bir manat 81 qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 1 il güzəşt müddəti tətbiq olunmaqla olunmaqla xx.xx.2020 – xx.xx.2024 il tarixləri ərzində hər ay 40 manat, xx.xx.2024 tarixdə 20.24 manat olmaqla Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Müştəri kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin verilmiş kreditin təminatı kimi zamin Cavabdeh2 Borclunun götürdüyü krediti tamamilə və vaxtında icra etməsi üçün “Kredit alan”nın bütün öhdəlikləri üçün tam şəkildə məsuliyyəti üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Borclu müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə, “Zamin”də onunla birlikdə “Kreditor” qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; -470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Borclu və Zamin xx.xx.2019-cu il tarixli, L-BK-0046840-F saylı Kredit Müqaviləsinin şərtlərinə əməl etməməklə Kreditor qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən Kreditor əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməklə xx.xx.2019-cu il tarixli, L-BK-0046840-F saylı Kredit Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1543.44 (bir min beş yüz qırx üç manat qırx dörd qəpik) manat əsas borc, 45.79 (qırx beş manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1589.23 (bir min beş yüz səksən doqquz manat iyirmi üç qəpik) manat pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 36 (otuz altı) manatın əvəzi də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. xx.xx.2019-cu il tarixli, L-BK-0046840-F saylı Kredit Müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1543.44 (bir min beş yüz qırx üç manat qırx dörd qəpik) manat əsas borc, 45.79 (qırx beş manat yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1589.23 (bir min beş yüz səksən doqquz manat iyirmi üç qəpik) manat borc və məhkəməyə müraciət etmək üçün dövlət büdcəsinə ödənilmiş 36 (otuz altı) manatın əvəzi olmaqla, ümumilikdə 1625.23 (bir min altı yüz iyirmi beş manat iyirmi üç qəpik) manat məbləğində pul alınaraq Bank Olmayan Kredit Təşkilatı "xxxx" MMC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar