Məhkəmə qərarları › İş №e-2(110)-281/2025

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-281/2025

29.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-281/2025 29.05.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X2 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı Cavabdeh qarşı alqı-satqı müqavilələri üzrə borc tələbinə dair mülki işə məhkəmənin inzibati binasında baxaraq müəyyənetdi: İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, xx.xx.2024-cü il tarixli, 77 nömrəlialqısatqı müqaviləsi üzrə5000 manat əsas borc,500 manatgecikdirilmiş peniya pulu,xx.xx.2024-cü il tarixli, 87 nömrəlialqı-satqı müqaviləsi üzrə3500 manatəsas borc,350 manatgecikdirilmiş peniya pulu olmaqla ümumilikdə hər iki müqavilə üzrə yaranan 8500 manat əsas borcun, gecikdirilmiş peniya pulu olan 850 manatın, nəticə etibarilə ümummilikdə 9350 manat pulun və bundan əlavə ödənilmiş 113,50 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq onun xeyrinə ödənilməsini xahiş etmişdir. İddiaçı ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında 03 sentyabr 2024-cü il tarixdə 77 nömrəli, 09 noyabr 2024-cü il tarixdə 87 nömrəli kredit-satış müqavilələri bağlanılmış, 03 sentyabr 2024-cü il tarixli, 77 nömrəli kredit-satış müqaviləsinə əsasən İphone 15 PRO MAX markalı telefon 4 aylıq kreditlə 8200 manata, 09 noyabr 2024-cü il tarixli, 87 nömrəli kredit-satış müqaviləsinə əsasən isə İphone 16 pro max markalı telefon 5 aylıq kreditlə 7500 manata cavabdehə verilmiş, hazırkı vaxtadək cavabdeh tərəfindən 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə 3200 manat, 09 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə ilkin ödəniş də daxil olmaqla 4000 manat ödəniş edilmiş,lakin hazırda cavabdeh iki müqavilə üzrə qalan toplam 8500 manat borcunu ödməkdən imtina etmişdir. Həmçinin iddaçı iddia ərizəsində bütün müqavilə şərtlərində gecikdirilmiş hər gün üçün 10 manat peniya (cərimə) pulunun ödənilməsinin nəzərdə tutulduğunu, buna görə də həmin məbləğlərin də cavabdehin borcu hesab olunduğunu, telefon satışı ilə məşğul olaraq özü üçün maddi qazanc əldə etdiyini, qanuni formada sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, vaxtında ödənilməyən ödənişlərin onun üçün maddi zərərlərə gətirib çıxardığını, həmçinin borcun ödənilməsi ilə bağlı cavabdehə tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunduğunu, borc pulun ödənilməsinin ondan tələb edildiyini, lakin o borcun ödənilməsindən imtina etdiyini, cavabdehin yuxarıda qeyd olunan 03 sentyabr 2024-cü il tarixdə 77 nömrəli, kredit-satış müqaviləsinə əsasən İ phone 15 PRO MAX markalı telefonudan yaranan borc 5000 (beş min) manat, 09 noyabr 2024-cü il tarixdə 87 nömrəli kredit-satış müqaviləsinə əsasən İphone 16 pro markalı telefonundan yaranan borcun 3500 (üç min beç yüz) manat olduğunu, ümumilikdə müqavilələrdən yaranan 8500 manat əsas borcu olduğunu, bundan əlavə müqavilədə gösərilən 3.3 bəndinə əsasən müqavilə üzrə aylıq ödənişin 2%-i hər gecikdirilmiş gün üçün ödənilməli olan cərimə yəni, ümumilikdə olan dəbbə pulu olaraq 850 manat peniya və 113.50 manat dövlət rüsumunun da cavabdehdən alınıb ona qaytarılmasını istədiyini bildirmişdir. Məhkəmə tərəfindən işə baxılmasının vaxtı və yeri barədə tərəflərə rəsmi məlumat verilməsinə baxmayaraq, yalnız iddiaçının nümayəndəsi məhkəmə iclaslarında iştirak etmişdir. Cavabdeh məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. xx.xx.2025-ci il və xx.xx.2025-ci il tarixlərdə keçirilən məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə izahatında və ona verilən sualları cavablandırarkən iddianı müdafiə etdiyini, cavabdehlə əvvəlcə də aralarında nisyə alqısatqı müqaviləsi bağladıqlarını, ondan aldığı telefonları başqa mağazalara satdığını öyrəndiyini, buna görə də onun mağazalara borcu olduğunu, sadəcə cavabdehin əvvəlcədən qaldığı borcları yeni müqavilə üzrə borcuna hesablandığını, sonuncu telefonları götürəndən sonra salon açdığını, telefonları satdığını bildirdiyini, aralarındakı mübahisədən sonra polisə düşdüklərini, sonra anasının qızının borcunu ödəyəcəyini bildirdiyini, lakin borcunu ödəmədikdən sonra məhkəməyə müraciət etdiyini, cavabdehin telefonları aldığı mağazanın Naxçıvan şəhəri, H.Əliyev prospekti 16 A ünvanında fəaliyyət göstərdiyini, cavabdehlə müqaviləni Naxçıvan şəhərində bağladıqlarını, cavabdehlə əvvəllər 7-8 dəfə müqavilə bağladıqlarını, düzgün müştəri olduğunu, qanuni fəaliyyət ilə məşğul olduğunu, müqaviləni hər iki tərəfin imzaladığını, xx.xx.2024-cü ildə bağladıqları müqavilə üzrə İphone 15 pro max telefonun nağd satış qiymətinin 4850 manat olduğunu, lakin nisyə-alqı satqı müqaviləsi bağlananda üzərinə faiz gəldiyini, cavabdehin həmin məbləğlə razılaşaraq müqaviləni imzaladığını, ikinci müqaviləni isə xx.xx.2024-cü ildə bağladıqlarını, həmin müqavilə üzrə İphone 16 pro max telefonu cavabdehə verdiklərini, həmin vaxtı onun real qiymətinin 7500 manat olduğunu, həmin telefonu sonradan cavabdehin 5000 manata başqa mağazaya satdığını öyrəndiklərini bildirərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh məhkəmə iclasında verdiyi izahatında pula ehtiyacı olduğundan 2024-cü ilin mart ayında iddiaçının nümayəndəsindən faizə pul götürdüyünü, bunu belə bir müqavilə ilə rəsmiləşdirdiklərini, ona 16-17 min manat məbləğində faizi ilə pul qaytardığını, ondan birinci dəfə 1900 manat, sonra 1000 manat pul götürdüyünü, noyabr ayında ona 8000 manat borcu olduğunu, bu halları təsdiq edəcək sübutlarının məhkəməyə təqdim edəcəyini bildirmişdir. Cavabdehin etirazları ilə əlaqədar olaraq iddiaçının nümayəndəsi bildirmişdir ki, cavabdehin bildirdikləri doğru deyil, onlar müqavilə azadlığı prinsipi çərçivəsində etibarı alqı-satqı müqavilələri bağlamışlar, satılan əmlaklar onlar tərəfindən cavabdehə verilmiş, cavabdeh onlardan aldığı telefonları aparıb digər dükkanlara ucuz qiymətə satmışdır. Bu səbəbdən də, cavabdehin etirazları həqiqəti əks etdirmir. bura əlavə et.... Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iddia tələbinə dair öz etirazları ilə bağlı sübutlarını məhkəməyə təqdim edəcəyini bildirsə də, o, məhkmə iclaslarında iştirak etməmiş, öz etitazlarını əsaslandıracaq sübutlarını məhkəmə baxışının sonrakı dövürlərində məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında işə baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 77 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 8200 manat dəyərində mal satılmış, alıcı hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği İddiaçınə qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli malın və məlumatın təsdiq edilməsi protokolundan görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 8200 manat olan (seriya nömrəsi **********95728, **********26176 olan, İphone 15 Pro Max markalı) mobil telefonu razılaşaraq 4 ay müddətinə kreditlə alır, alınan malın 0 manatını nağd qaydada, qalan 8200 manat borcu göstərilən cədvəl əsasında müntəzəm olaraq aylıq ödəməyi (İ ay- 3450 manat, İİ ay- 400 manat, İİİ ay - 40 0manat və İV ay -3950 manat olmaqla) öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 87 nömrəli nisyə alqı-satqı müqaviləsindən görünür ki, Cavabdeh 7500 manat dəyərində mal satılmış, müştəri hər ay alqı-satqı müqaviləsi üzrə ödənilməli olan məbləği qaytarmağı öz üzərinə götürmüşdür. İş materiallarında olan xx.xx.2024-cü il tarixli malın və məlumatın təsdiq edilməsi protokolundan görünür ki, alıcı İddiaçı MMC-dən dəyəri 7500 manat olan (seriya nömrəsi **********95728, **********26176 olan, İphone 16 Pro markalı) mobil telefonu razılaşaraq 5 ay müddətinə kreditlə alır, alınan malın 0 manatını nağd qaydada, qalan 7500 manat borcu göstərilən cədvəl əsasında müntəzəm olaraq aylıq ödəməyi (İ ay- 500 manat, İİ ay- 500 manat, İİİ ay - 500 manat və İV ay -500 manat, V ay – 5500 manat olmaqla) öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2024-cü il tarixli, 77 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İphone 15 Pro Max markalı telefondan yaranan borc 5000 manat, xx.xx.2024-cü il tarixli, 87 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən İphone 16 Pro Max markalı telefondan yaranan borc 3500 manat olmuşdur. Ümumilikdə müqavilələrdən yaranan borc 8500 manatdır. xx.xx.2024-cü il tarixli, 77 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranan borc 5000 manat və buna hesablanmış peniya pulu 500 manat, xx.xx.2024-cü il tarixli, 87 nömrəli nisyə alqı-satqı müqaviləsinə əsasən yaranan borc 3500 manat və buna hesablanmış peniya pulu 350 manat olmaqla, ümumlikdə 9350 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, Cavabdeh müqavilədən irəli gələn öhdəliyini lazımi qaydada icra etməmədiyindən bununla bağlı İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq göndərilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567 və 597.1-ci maddələrinə əsasən iddiaçının cavabdehə qarşı pul məbləğinin ödənilməsi ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixlərdə tərəflər arasında müqavilə azadlığı prinsipi çərçivəsində əşyaların alqı-satqı müqavilələri bağlanılmış, tərəflər öz iradələrinə uyğun olaraq bağlanan müqavilələrin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmiş, beləliklə də tərəflər arasında bu müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Tərəflər arasında bağlanılmış etibarlı alqı-satqı müqavilələrinin tələblərinə əsasən satıcı (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə dəyəri 8200 manat olan İphone 15 PRO MAX markalı telefonu 4 aylıq kreditlə, 09 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə dəyəri 7500 manat olan İphone 16 pro max markalı telefonu 5 aylıq kreditlə cavabdehin istifadəsinə vermiş, alıcı (cavabdeh) isə iddiaçıdan (satıcıdan) aldığı əşyaların əvəzində müəyyənləşdirilmiş pul məbləğlərini (qiyməti) əşyaların cavabdehə (alıcıya) verilməsindən müəyyən müddət sonra hissə-hissə ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan cavabdeh 03 sentyabr 2024-cü il tarixli müqavilə üzrə cəmi 3200 manat, 09 noyabr 2024-cü il tarixli müqavilə üzrə isə ilkin ödəniş də daxil olmaqla cəmi 4000 manat hissə-hissə ödəniş etmiş, müqavilələr üzrə qalan borcunu ödəməmiş, beləliklə də tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələri üzrə cavabdehüzərinə düşən öhdəliklərini tam icra etməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd etmək lazımdır ki, öhdəlik hüquq münasibətləri əmlak xarakterlidir və səlahiyyətli şəxsin mənafeyi bilavasitə borclu şəxsin üzərinə düşən vəzifələri yerinə yetirməsi ilə təmin olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri alqı-satqı müqaviləsindən əmələ gələn öhdəliklərdir. Mülki Məcəllənin 567-ci maddəsinə müvafiq olaraq, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 597.1-ci maddəsinə əsasən isə alıcı əşyanı alqı-satqı müqaviləsində nəzərdə tutulan qiymətlə və ya əgər müqavilədə qiymət nəzərdə tutulmayıbsa və müqavilənin şərtləri əsas götürülməklə müəyyənləşdirilə bilmirsə, bu Məcəllənin 398.3-cü maddəsinə uyğun müəyyənləşdirilmiş qiymətlə ödəməyə, habelə müqaviləyə və ya adətən irəli sürülən tələblərə müvafiq surətdə ödəniş üçün zəruri olan hərəkətləri öz hesabına yerinə yetirməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.2-ci maddəsinə görə əşyaların nisyə satışı satış günü qüvvədə olmuş qiymətlər üzrə həyata keçirilir. Nisyə satılmış əşyaların qiymətinin sonradan dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, yenidən hesablaşmaya səbəb olmur. Həmin Məcəllənin 600.3-cü maddəsinə görə satıcı əşyanı vermək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 600.5-ci maddəsinə görə alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Həmin Məcəllənin 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 601.2-ci maddəsinə görə hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya ohdəliyin məzmunu ilə muəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış alqı-satqı müqavilələrinin şərtləri baxımından, müvafiq müqavilələr imzalandığı andan və müqavilələr üzrə satılan əşyalar satıcı tərəfindən alıcıya verildiyi andan, alıcı-Cavabdeh alqı-satqı predmeti olan əşyaların qiymətini müqavilələrdə qeyd olunan şərtlərlə satıcı-İddiaçı MMC-yə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçının cərimənin ödənilməsi tələbinə dair məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü və xx.xx.2024-cü il tarixli müqavillərin 4.4cü bəndlərində qeyd olunmuşdur ki, “Alıcı” tərəfindən bu müqavilənin ayrılmaz tərkib hissəsi sayılan “Əlavə-2-ödəniş cədvəl”ində müəyyən olunmuş qaydada ödəniş həyata keçirilməzsə, “Alıcı” müvafiq olaraq hər ay üçün gecikdirilmiş məbləğdən “Müqaviləyə” görə ödənilməli olduğu gündən ödənildiyi günədək 5 % məbləğində ödənişi “Satıcı”ya ödəməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd edilənlərdən iddiaçının cavabdehə qarşı olan cərimə borcunun ödənilməsi tələbinin də əsaslı olmasına baxmayaraq, iddiaçı tərəfindən cavabdehin xx.xx.2024-cü il tarixli müqavilə üzrə öhdəliklərini yerinə yetirməməsinə görə tələb olunan 500 manat məbləğində cərimə 5000manat məbləğində əsas borca münasibətdə, o cümlədən xx.xx.2024-cü il tarixlimüqavilə üzrə isə tələb olunan350 manat məbləğində cərimə 3500 manat məbləğində əsas borca münasibətdəkifayət qədər yüksək və tənasübsüzdür. Bu səbəbdəb də, məhkəmə tərəflərin əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə tutulacaq cərimənin miqdarı azaldılaraq xx.xx.2024-cü il tarixli müqavilə üzrə 250 manat, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 175 manat məbləğində, ümumilikdə hər iki müqavilə üzrə 425 manat məbləğində müəyyən edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 15 iyul 2014-cü il tarixli qərarında da Mülki Məcəllənin 467-ci maddəsində mülki hüquq subyektlərinin iradə azadlığı prinsipinə uyğun olaraq, həmin subyektlər arasında öhdəlik münasibətləri pozulduqda bir tərəfin digər tərəfə dəbbə pulu (peniya) ödəyəcəyi barədə razılaşdırılmış məbləğin tam həcmdə ödənilməsi ədalətsizliyə səbəb olarsa, məhkəmə tərəfindən bu məbləğin azaldılmasının mümkün olduğu müəyyən edilmişdir. Məhkəmə xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair etirazları ilə bağlı (pula ehtiyacı olduğundan 2024-cü ilin mart ayında iddiaçının nümayəndəsindən faizə pul götürməsi, bunu belə bir müqavilə ilə rəsmiləşdirdikləri, ona 16-17 min manat məbləğində faizi ilə pul qaytarması, ondan birinci dəfə 1900 manat, sonra 1000 manat pul götürməsi, noyabr ayında ona 8000 manat borcunun olaması barədə)qeyd etməyi zəruri hesab edir ki, cavabdeh iş materiallarında olan alqı-satqı müqavilələrinin tərəflər arasında olan münasibətlərin əsl məzmununu əks etdirmədiklərini bildirsə də, o, bununla bağlı hər hansı tutarlı sənədi məhkəməyə təqdim etməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinəhər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdehin öz etirazlarında bildirdiyi faktlar onun üçün əlverişli olduğundan, o, bu faktları təsdiq edən halları sübut etməli idi. Həmçinin məhkəmə tərəflər arasında bağlanılmış alqı-satqı müqavilələrinin məzmununa uyğun olaraq olaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində öz əksini tapmış müqavilə azadlığı prinsipinə dair qısa şərh verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390-cı maddəsində qeyd olunmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Məhkəmə hesab edir ki, bu prinsipin əsas məzmunu aşağıdakılardan ibarətdir:

1. Müqavilə bağlama azadlığı – şəxslər istədikləri şəxslə müqavilə bağlamaqda sərbəstdirlər.

2. Müqavilənin məzmununu müəyyən etmə azadlığı – tərəflər müqavilənin şərtlərini (məzmununu) sərbəst şəkildə müəyyən edə bilərlər (məsələn, öhdəliklər, qiymət, müddət və s.).

3. Müqavilə formasını seçmə azadlığı – qanunla müəyyən edilmiş hallar istisna olmaqla, tərəflər müqavilənin yazılı və ya şifahi formada bağlanmasını özləri seçə bilərlər.

4. Müqavilə bağlamamaq hüququ – heç bir şəxs müqavilə bağlamağa məcbur edilə bilməz, əgər bu, qanunla birbaşa nəzərdə tutulmayıbsa. Qanunvericiliyin yuxarıda qeyd olunan tələblərindən də göründüyü kimi fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər və heç kəs istəmədiyi hər hansı bir müqaviləni bağlamağa məcbur edilə bilməz. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: -İddia qismən təmin edilməli; -xx.xx.2024-cü il tarixli, 77 nömrəli və xx.xx.2024-cü il tarixli, 87 nömrəli alqı-satqı müqavilələri üzrə ümumilikdə 8500 (səkkiz min beş yüz) manat əsas borc (xx.xx.2024cü il tarixli müqavilə üzrə 5000 (beş min) manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 3500 (üç min beş yüz) manat məbləğində), 425 (dörd yüz iyirmi beş) manat cərimə borcu (xx.xx.2024-cü il tarixli müqavilə üzrə 250 (iki yüz əlli) manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 175 (bir yüz yetmiş beş) manat məbləğində) olmaqla, ümumilikdə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməli; - iddia qalan hissədə əsaslı olmadığından rədd edilməli; -tələb qismən əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 113.50 manat (bir yüz on üç manat əlli qəpik) məbləğində dövlət rüsumunun 108.34 manat (bir yüz səkkiz manat otuz dörd qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 284-6.2, 284-6.3, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq q ə t e t d i:

İddia qismən təmin edilsin. xx.xx.2024-cü il tarixli, 77 nömrəli və xx.xx.2024-cü il tarixli, 87 nömrəli alqı-satqı müqavilələri üzrə ümumilikdə 8500 (səkkiz min beş yüz) manat əsas borc (xx.xx.2024-cü il tarixli müqavilə üzrə 5000 (beş min) manat məbləğində, xx.xx.2024-cü il tarixli müqavilə üzrə isə 3500 (üç min beş yüz) manat məbləğində), 425 (dörd yüz iyirmi beş) manat cərimə borcu (xx.xx.2024-cü il tarixli müqavilə üzrə 250 (iki yüz əlli) manat məbləğində, xx.xx.2024cü il tarixli müqavilə üzrə isə 175 (bir yüz yetmiş beş) manat məbləğində) olmaqla, ümumilikdə 8925 (səkkiz min doqquz yüz iyirmi beş) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə rədd edilsin. İddia qismən təmin edilməli olduğundan iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş113.50 manat (bir yüz on üç manat əlli qəpik) məbləğində dövlət rüsumunun 108.34 manat (bir yüz səkkiz manat otuz dörd qəpik) hissəsi cavabdehdən alınaraq iddiaçıya ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Abil Orucəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar