Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-285/2022 03.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin ona hesablanmış faiz borcunun qaytarılması" tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 393.91 manat məbləğində əsas borcun, 1.94 manat məbləğində faiz borcunun, cəmi 395.85 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10.09.2019-cu il tarixli kredit müqaviləsinə əsasən Bankın borcluya 60 ay müddətinə illik 1% olmaqla 417.81 manat kredit verdiyini, hazırda cavabdehin "Ödəniş cədvəlinə” əsasən ödəməli olduğu krediti və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin şərtlərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini, kredit müqaviləsinə əsasən kredit alanın pul öhdəliklərinin icrasını gecikdirdikdə bankın pul öhdəliyinin vaxtından əvvəl icrasını tələb edə biləcəyini qeyd edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 393.91 manat məbləğində əsas borcun, 1.94 manat məbləğində faiz borcunun, cəmi 395.85 manat borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” 05.05.2022-ci il tarixdə daxil olmuş ərizəsində məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməyəcəklərini nəzərə alaraq məhkəmə iclaslarını iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə olunmuş 10.09.2019-cu il tarixli, FR/22249/71 nömrəli əsas kredit borcunun restrukturizasiyası üzrə "Güzəştli Kredit Müqaviləsi”ndən aydın olur ki, İddiaçı ASC-nin mərkəz filialı ilə Cavabdeh arasında Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli Fərmanının və həmin Fərmanın icrası məqsədi ilə hazırlanmış “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nticəsində manata artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, peniya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restruktrizasiyasına dair müvafiq tələblərini müəyyən etmək məqsədi ilə müqavilə bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən “Bank” “Kredit alan”a resturukturizasiya olunanan əsas kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədi ilə, 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 417.81 (dörd yüz on yeddi manat, səksən bir qəpik) manat məbləğində krediti “Kredit alan”nın mülkiyyətinə vermişdir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən “Kredit alan” bu müqavilə üzrə verilmiş krediti və hesablanmış faizləri Müqavilənin ayrılmaz hissəsi olan "Ödəniş cədvəli”nə (Əlavə nömrə 1) əsasən nağd və ya köçürmə yolu ilə Banka ödəməyi öhdəsinə götürür... Həmin Müqavilənin 5.1.1-ci bəndinə əsasən “Kredit alan” aylıq ödənişləri "Ödəniş cədvəli”nə (Əlavə nömrə 1) uyğun olaraq vaxtında və lazımınca icra etmədikdə, müqavilə ilə müəyyən edilmiş vəzifələrdən bir və ya bir neçəsini icra etmədikdə və ya lazımınca icra etmədikdə, kreditin ümidsiz kreditə çevrilməsi riski ilə bağlı “bankın” başqa ehtimalları yarandıqda, qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda “Bank” kreditin qalıq məbləğinin və digər xərclərin vaxtından əvvəl qaytarılmasını tələb edə bilər. İş materiallarına əlavə olunmuş 10.09.2019-cu il tarixli Kredit Müqaviləsinə 1 saylı Əlavəyəödəniş cədvəlinə əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 10.10.2019 - 10.09.2020-ci tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla 12.10.2020 – 12.08.2024 tarixləri ərzində ayda 8.88 manat, 10.09.2024-cü il tarixdə isə 9.26 manat olmaqla, cəmi 430.82 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 05.01.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 10.09.2019-cu il tarixli müqaviləyə əsasən onun İddiaçı ASC-yə 393.91 manat əsas, 1.94 manat faiz borcu vardır. İş materiallarına tərəfindən əlavə olunmuş 21.11.2019-cu il tarixli MXD-FR22249A71C-1 nömrəli Ödəniş tapşırılarından görünür ki, İddiaçı ASC tərəfindən kredit borcunun restruktrizasiyası məqsədi ilə Cavabdeh hesabına 417.81 (dörd yüz on yeddi manat, səksən bir qəpik) manat məbləğində pul köçürülmüşdür. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat İddiaçı ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə 30.03.2022-ci il tarixdə ********* nömrəli qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövət büdcədinə 30.0 manat dövlət rüsumu ödəmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin nümayəndəsi tərəfindən Borc alan Cavabdeh ünvanlanmış 23.11.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunaraq Bankın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərclərin tutulacağı, eyni zamanda onunla bağlanmış müqavilənin ləğv ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, FR/22249/71 saylı əsas kredit borcunun restrukturizasiyası üzrə “Güzəştli Kredit müqaviləsi”nə əsasən “Bank” tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə 1 il güzəşt müddəti tətbiq edilməklə 5 il müddətinə illik 1 faiz dərəcəsi ilə 417.81 manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 10.10.2019 - 10.09.2020-ci tarixləri ərzində 1 il güzəşt müddəti tətbiq olunmaqla 12.10.2020 - 12.08.2024 tarixləri ərzində ayda 8.88 manat, 10.09.2024-cü il tarixdə isə 9.26 manat olmaqla cəmi 430.82 manat məbləğində pulu “Bank”a ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Kredit alan” müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə haliyədə “Bank”a 393.91 manat əsas borc, 1.94 manat faiz borcu olmaqla, cəmi 395.85 manat borcu mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, “Kredit alan” əsas öhdəliyini lazımi qaydada yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. Beləliklə, məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh yazılı formada bağlanmış əsas kredit borcunun restrukturizasiyası üzrə "Güzəştli Kredit müqaviləsi”nin şərtlərinə əməl etməməklə Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” borcun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlıdır. Ona görə də məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək 10.09.2019-cu il tarixli, FR/22249/71 nömrəli əsas kredit borcunun restrukturizasiyası üzrə "Güzəştli Kredit müqaviləsi" üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə, İddiaçı ASC-nin mərkəz filialı ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, FR/22249/71 nömrəli əsas kredit borcunun restrukturizasiyası üzrə "Güzəştli Kredit müqaviləsi” ləğv edilməli və həmin müqavilə üzrə Cavabdeh 393.91 (üç yüz doxsan üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 1.94 (bir manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, cəmi 2310.88 manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 10.09.2019-cu il tarixli, FR/22249/71 nömrəli əsas kredit borcunun restrukturizasiyası üzrə Güzəştli kredit Müqaviləsi” ləğv edilsin və həmin müqavilə üzrə Cavabdeh 393.91 (üç yüz doxsan üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 1.94 (bir manat doxsan dörd qəpik) manat məbləğində faiz borcu, cəmi 395.85 (üç yüz doxsan beş manat, səksən beş qəpik) manat borc və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 425.85 (dörd yüz iyirmi beş manat səksən beş qəpik) manat məbləğində pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-285/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-285/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver