Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-286/2022 03.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kreditin, ona hesablanmış faiz borcunun qaytarılması barədə" barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8100.95 manat məbləğində əsas borcun, 2936.99 manat məbləğində faiz borcunun, cəmi 11037.94 manat borcun və 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh ilə İddiaçı ASC arasında bağlanmış 26.11.2019-cu il tarixli kredit müqaviləsinə əsasən bankın borcluya 36 ay müddətinə, illik 23% olmaqla 10000 manat məbləğində kredit verdiyini, cavabdehin "Ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayındığını və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmədiyini qeyd edərək, Cavabdeh ilə bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehdən İddiaçı ASC-nin xeyrinə 8100.95 manat məbləğində əsas borcun, 2936.99 manat məbləğində faiz borcunun, cəmi 11037.94 manat borcun və 124 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı təşkilat "xxxx" Açıq Səhmdar Cəmiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçı təşkilatın nümayəndəsi məhkəmə baxışına gəlməmiş, lakin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinetə” 03.06.2022-ci il tarixdə daxil olmuş ərizəsində məhkəmə proseslərinin çox olması ilə əlaqədar prosesdə iştirak edə bilməmələrini nəzərə alaraq məhkəmə iclaslarının onların iştirakları olmadan keçirilməsini və təqdim etdikləri sübutlar əsasında iddialarının təmin olunmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçı təşkilatın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışına gəlməmiş və məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materillarına əlavə olunmuş Kredit Sazişindən aydın olur ki, İddiaçı ASC-nin “Mərdəkan” filialı ilə Cavabdeh arasında 26 noyabr 2019-cu il tarixli CP/54812/72/22 nömrəli Kredit Sazişi bağlanmışdır. Həmin Sazişin 1-ci bəndinə əsasən Bank Müştəriyə 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 10000 (on min) manat ekvivalentində kredit verir. Həmin Sazişin 3.1-ci bəndinə əsasən sazişin Kredit şərtlərində tərəflərin hüquq və vəzifələri, məsuliyyəti, müqavilələrə xitam verilməsi əsasları və tərəflər arasında Müqavilədən irəli gələn münasibətlərin tənzimlənməsi ilə bağlı digər şərtlər İddiaçı ASC-nin 26 aprel 2014-cü il tarixli “Müştərilərinə Kreditləşmə və Xidmət Şərtləri” ilə müəyyən olunur və şərtlərin bu sazişin ayrılmaz tərkib hissəsi sayıldığı və ona əlavə olunduğu qeyd edilmişdir. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Müqaviləyə əsasən Bank Müştəriyə kreditlər verməyi, kredit xətləri açmağı, Müştəri isə Müqavilə ilə müəyyən olunan şərtlərlə və qaydada kreditlərdən istifadı etməyi və kreditləri qaytarmağı , habelə kreditdən istifadəyə görə Banka faizlər (komisyon haqları) ödəməyi və girov qoyan və /və ya Zamin isə Müqavilə ilə müəyyən olunan şərtlərlə qaydada öhdəliyin icrasını təmin etməyi öhdələrinə götürərlər. İş materiallarına əlavə olunmuş 26 noyabr 2019-cu il tarixli CP/54812/72/22 nömrəli Kredit Sazişinə 1 saylı Əlavəyə- ödəniş cədvəlinə əsasən, Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 26.12.2019 - 26.10.2022-ci tarixləri ərzində ayda 387.10 manat, 28.11.2022-ci il tarixdə isə 394.33 manat olmaqla, cəmi 13942.83 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 30.03.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 26.11.2019-cu il tarixli müqaviləyə əsasən Cavabdeh İddiaçı ASC-yə 8100.95 manat əsas, 2936.99 manat faiz borcu vardır. İş materiallarına əlavə olunmuş 26.11.2019-cu il tarixli, 3016 nömrəli Kassa məxaric oderinin surətindən görünür ki, "xxxx" ASC “Mərdəkan” filialı tərəfindən Cavabdeh 10000 (on min) manat kredit verməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 30.03.2022-ci il tarixli, ********* nömrəli Mədaxil qəbzinin surətindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırması ilə əlaqədar Dövlət büdcəsinin AZ21NABZ******************** saylı xəzinə hesabına 124 (bir yüz iyirmi dörd) manat rüsum ödənilmişdir. İş materiallarına əlavə olunmuş İddiaçı ASC-nin nümayəndəsi tərəfindən Borc alan Cavabdeh ünvanlanmış 23.11.2021-ci il tarixli bildirişin məzmunundan görünür ki, kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi tələb edilmiş, öhdəliklər yerinə yetirilmədiyi təqdirdə məhkəməyə müraciət olunaraq Bankın tələbləri, habelə məhkəmə xərcləri və icra hərəkətlərinə çəkilən xərclərin tutulacağı, eyni zamanda onunla bağlanmış müqavilənin ləğv ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir Məhkəmə iclasında tədqiq edilmiş yuxarıda qeyd edilən sənədlərlə müəyyən edilmişdir ki, İddiaçı ASC-nin Mərdəkan filialı ilə Cavabdeh arasında 26 noyabr 2019-cu il tarixli CP/54812/72/22 saylı Kredit Sazişi bağlanmış və həmin Sazişə əsasən Bank 36 ay müddətinə illik 23 faiz ödəmək şərti ilə ilkin olaraq istifadə edilməsi mümkün olan məbləğ 10000 (on min) manat məbləğində “Müştəri”yə kredit vermiş, müqaviləyə müvafiq olaraq Cavabdeh aldığı krediti faizləri ilə birlikdə 26.12.2019 - 26.10.2022-ci tarixləri ərzində ayda 387.10 manat, 28.11.2022-ci il tarixdə isə 394.33 manat olmaqla, cəmi 13942.83 manat məbləğində pulu Banka ödəməyi öhdəsinə götürmüşdür. Lakin Cavabdeh istifadə etdiyi məbləği və həmin məbləğə görə nəzərdə tutulmuş faiz borcunu vaxtında və lazımi qaydada icra etmədiyinə görə “Bank” qarşısında məsuliyyət daşıyaraq haliyədə “Bank”a 8100.95 manat əsas borc, 2936.99 manat faiz borcu olmaqla, cəmi 11037.94 manat borcu mövcuddur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır: - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Eyni zamanda məhkəmə iddia tələbinin müqavilənin vaxtından əvvəl ləğv edilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, “Müştəri” əsas öhdəliyini lazımi qaydada yerinə yetirməməsini məhkəmə müqavilənin əhəmiyyətli dərəcədə pozması kimi qiymətləndirərək bu qənaətə gəlir ki, iddia tələbi həmin hissədədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur; - 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürülə bilər; - 424.2-ci maddəsinə əsasən müqavilə ləğv edilərkən tərəflərin öhdəliklərinə xitam verilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh Kredit sazişinin şərtlərinə əməl etməməklə “Bank” qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” əsas borcun və ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək 26 noyabr 2019-cu il tarixli CP/54812/72/22 saylı Kredit Sazişi üzrə iddiaçı tərəfindən tələb edilən əsas və faiz borcunu ayrı-ayrılıqda nəzərdən keçirib hesab edir ki, iddia tələbi təmin edilməklə, Cavabdeh 8100.95 (səkkiz min bir yüz manat doxsan beş qəpik) manat əsas borc, 2936.99 (iki min doqquz yüz otuz altı manat doxsan doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 11037.94 (on bir min otuz yeddi manat doxsan dörd qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır; - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 124 (bir yüz iyirmi dörd) manat dövlət rüsumunun əvəzi də Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 26 noyabr 2019-cu il tarixli CP/54812/72/22 saylı Kredit Sazişi ləğv edilsin və həmin Kredit Sazişi üzrə Cavabdeh 8100.95 (səkkiz min bir yüz manat doxsan beş qəpik) manat əsas borc, 2936.99 (iki min doqquz yüz otuz altı manat doxsan doqquz qəpik) manat faiz borcu, cəmi 11037.94 (on bir min otuz yeddi manat doxsan dörd qəpik) manat borc və 124 (bir yüz iyirmi dörd) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 11161.94 (on bir min bir yüz altmış bir manat doxsan dörd qəpik) manat borc pul tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-286/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-286/2022
03.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver