Məhkəmə qərarları › İş №e-2(110)-291/2022

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-291/2022

06.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-291/2022 06.06.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin ödənilməsi” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********31 nömrəli 12.11.2020-ci il tarixli X7 müqaviləsinə əsasən nağd krediti ilə əlaqədar əsas borc üzrə 6697.98 AZN, faiz borcu üzrə 1027.81 AZN olmaqla, cəmi 7725.79 AZN tutulması, Tam Kart krediti ilə əlaqədar isə əsas borc üzrə 486.39 AZN, faiz borcu üzrə 69.54.AZN olmaqla, cəmi 555.93 AZN tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 127.25 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" ASC-nin Xətai filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********31 nömrəli 12.11.2020-ci il tarixli X7 müqaviləsinin 4.1.1.1-ci maddəsinə əsasən Cavabdeh illik 21 dərəcəsi ilə 48 ay müddətinə 7200 (yeddi min iki yüz) AZN nağd kredit, 4.1.1.2-ci maddəsinə əsasən isə illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 500 (beş yüz) AZN məbləğində Tam Kart krediti verildiyini, kreditin təyinatının borc alanın borc verən qarşısında mövcud olan 7200 manat məbləğində kredit borcunun və 500 manat məbləğində Tam Kart kreditinin ödənilməsi olduğunu, tərəflər arasında bağlanmış X7 müqaviləsinin şərtlərinə əsasən borcalanın müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməli olduğunu, cavabdehə kreditin vaxtında qaytarılması haqqında dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirmədiyini və borcunu ödəmədiyini, yuxarıda adı çəkilən BPM**********31 nömrəli 12.11.2020-ci il tarixli X7 müqaviləsinə əsasən 09.03.2022-ci il tarixinə cavabdehin Nağd kredit ilə əlaqədar olaraq əsas borc üzrə 6697.98 AZN, faiz borcu üzrə 1027.81 AZN olmaqla, cəmi 7725.79 AZN borcunun mövcud olduğunu, Tam Kart krediti ilə əlaqədar olaraq isə əsas borc üzrə 486.39 AZN, faiz borcu üzrə 69.54.AZN olmaqla cəmi 555.93 AZN borcunun mövcud olduğunu, eyni zamanda tərəflərindən iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 127.25 AZN dövlət rüsumu və 0.40 AZN xidmət haqqının ödənildiyini, Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin məhkəmədən kənar həll edilməsi məqsədilə Cavabdeh 22.02.2022ci il tarxində nağd kredit borcu ilə əlaqədar olaraq 22-2499/2022 saylı, Tam Kart krediti ilə əlaqədar olaraq isə 22-2500/2022 saylı xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq cavabdeh tərəfindən öhdəliyin hansı istiqamətində hər hansı tədbir görülmədiyini qeyd edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə BPM**********31 nömrəli 12.11.2020-ci il tarixli X7 müqaviləsinə əsasən nağd krediti ilə əlaqədar əsas borc üzrə 6697.98 AZN, faiz borcu üzrə 1027.81 AZN olmaqla, cəmi 7725.79 AZN tutulması, Tam Kart krediti ilə əlaqədar isə əsas borc üzrə 486.39 AZN, faiz borcu üzrə 69.54.AZN olmaqla cəmi 555.93 AZN tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 127.25 AZN dövlət rüsumu və 0.40 AZN bank xidmət haqqının tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" ASC-yə məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, iddiaçının nümayəndəsi məhkəmə baxışı iclasında iştirak etməmiş, lakin iddiaçı təşkilatın nümayəndəsi 06.06.2022-ci il tarixdə “Elektron məhkəmə” informasya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ünvanlayaraq, ərizəsində icraatda "xxxx" ASC-nin cavabdeh X1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması" tələbinə dair 2(110)-291/2022 saylı mülki iş olduğunu, müıli iş üzrə 06.06.2022-ci il tarixə məhkəmə baxışı iclası tətin edildiyini, həmin tarixə məhkəmə proseslərinin çox olması səbəbinə görə baxış iclasında iştiraklarının təmin olunmasının qeyri-mümkün olduğunu iclasın iştirakları olmadan keçirilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, о heç bir üzrlü səbəb göstərmədən keçirilən məhkəmə baxışı iclaslarında iştirak etməmişdir. Eyni zamanda 11.05.2022-ci il tarixdə hakim köməkçisi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə ona məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Xətai filialı ilə Cavabdeh arasında 12.11.2020-ci tarixli BPM**********31 saylı X7 Müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı bundan sonra – tam kart adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredeit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqına bağlı olan kart hesabı və cari hesab, bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 (on beş min) manat məbləğinədək kreditdən (Nağd kredit və/və ya Kredit xətti bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə görə illik 24% ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə tam kart eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara , o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi Bank tərəfindən ayrılmış kreditdən 2.3cü bənddə göstərilən təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizdən Banka ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndlərinə əsasən müştəriyə bu müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış Kredit xətti daxilində Tam kartdan banka məxsus POS–terminallar vasitəsilə bankın Partnyor şəbəkəsi subyektlərində (siyahısı Bankın rəsmi internet səhifəsi WWW.ibar.az-da və/və ya Tam kartın rəsmi internet səhifəsi WWW.tamkart.az-da yerləşdirilmişdir) istifadə olunan zaman məhsul və xidmətlərin dəyəri 24 (iyirmi dörd) ayadək bərabər hissələrə bölünərək faizlər hesablanmadn ödənilməsi (bundan sonra Taksit əməliyyatları adlanacaq) imkanı yaradılır. Həmin Müqavilənin 2.3-cü bəndinə əsasən kredit şəxsi ehtiyacların ödənilməsi məqsədilə verilmişdir. Həmin Müqavilənin 4.1.1.1-ci bəndlərinə əsasən Borcalan tərəfindən Nağd kredit sifariş verildikdə və Bank Borc alana Nağd kreditin verilməsinə müsbət qərar qəbul etdikdə Tərəflər arasında kreditin verilməsini təstiq edən annuitet ödəniş qrafiki imzalanır. Annuitet ödəniş qrafikində kreditin məbləği, illik faiz dərəcəsi, üddəti, aylıq ödənişin məbləği və digər zəruri məlumatları göstərilir. Həmin Müqavilənin 4.1.1.2-ci bəndlərinə əsasən Borcalan tərəfindən kredit xəttinin açılması sifariş verildikdə və Bank Borcalana kredit xəttinin açılmasına dair müsbət qərar qəbul etdikdə bu barədə Bankla Borcalan arasında Kredit xətti üzrə kredit limitinin təyin edilməsinə dair Razılaşma (bundan sonra “Razılaşma”adlanacaq) imzalanır. Razılaşmada kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatlar göstərilir və razılaşma kredit xəttinin açılmasını təstiq edən sənəd kimi çıxış edir. İş materiallarına əlavə olunmuş 12.11.2020-ci il tarixli BPM**********31 saylı Çərçivə müqaviləsinə əsasən ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Xətai filialı tərəfindən Cavabdeh illik 21 faiz dərəcəsi ilə 48 ay müddətinə 7200 (yeddi min iki yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti 12.12.2020- 12.10.2024 tarixləri ərzində ayda 222.96 manat, 12.11.2024 tarixində isə 222.3 manat olmaqla, cəmi 10701.42 (on min yeddi yüz bir manat, qırx iki qəpik) manat pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materialında olan 12.11.2020-ci il tarixli Kassa məxaric orderlərinin sürətlərindən görünür ki, Bank tərəfindən Cavabdeh 5323 (beş min üç yüz iyirmi üç) manat, 13.11.2020-ci il tarixində isə 1877 (bir min səkkiz yüz yetmiş yeddi) manat olmaqla, ümumilikdə 7200 (yeddi min iki yüz) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 12.11.2020-ci tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, Cavabdeh imza etdirilməklə 500 (beş yüz) manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş 09.03.2022-ci il tarixli Maliyyə arayışından görünür ki, 09 mart 2022-ci il tarixə Cavabdeh X7 müqaviləsinə əsasən 486.39 manat əsas borcu, 69.54 manat faiz borcu, ümumilikdə 555.93 manat borcu möcuddur İş materiallarına Bank tərəfindən əlavə olunmuş 20.10.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 09 mart 2022-ci il tarixə Cavabdeh Nağd kredit üzrə Banka əsas borcu 6697.98 manat, faiz borcu 1027.81 manat olmaqla, cəmi 7725.79 manat təşkil edir. İş materiallarına əlavə olunmuş 12.11.2020 - 30.03.2022-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən kreditin verilməsi üçün açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır İş materiallarında olan 11.03.2022-ci il tarixli ********* nömrəli, Mədaxil Qəbzindən görünür ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 127.25 AZN (bir yüz iyirmi yeddi manat, iyirmi beş qəpik) manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarında olan 22.02.2022-ci il tarixli 22-2500/2022 və 22-2499/2022 saylı bildirişlərdən aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək Cavabdeh borcunu 5 gün ərzində ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2020-ci il tarixli BPM**********31 saylı kredit müqaviləsinə əsasən Bank tərəfindən Müştəriyə illik faiz dərəcəsi 21% olmaqla 48 ay müddətinə 7200 (yeddi min iki yüz) manat məbləğində nağd kredit və illik 24 % dərəcəsi ilə 36 ay müddətinə 500 (beş yüz) manat məbləğində Tam Kart krediti verilmişdir. Müştəri isə aldığı nağd krediti 12.12.2020- 12.10.2024 tarixləri ərzində ayda 222.96 manat, 12.11.2024 tarixində isə 222.3 manat olmaqla, cəmi 10701.42 (on min yeddi yüz bir manat, qırx iki qəpik) manat pulu ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. Eyni zamanda iş materialında Tam Kart krediti üzrə hesabdan çıxarışdanda görünür ki, “Müştəri” açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparsada tam kart üzrə də “Banka” borcu yaranmışdır. “Müştəri” kreditin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, “Bank”ın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, “Bank”ın “Müştəri”dən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh Əsgərov X3 Çərçivə və Nağd kart Müqavilələrinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 12.11.2020-ci il tarixli BPM**********31 saylı X7 Müqaviləsinə əsasən Cavabdeh Tam kart krediti üzrə 486.39 manat əsas borc, 69.54 manat faiz borcu olmaqla cəmi 555.93 manat və Nağd kredit üzrə isə 6697.98 manat əsas borc, 1027.81 manat faiz borcu olmaqla, cəmi 7725.79 manat məbləğində pul tutularaq ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 127.25 (bir yüz iyirmi yeddi manat iyirmi beş qəpik) manat dövlət rüsumunun və 0.40 (qırx) manat xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. 12.11.2020-ci il tarixli BPM**********31 saylı X7 Müqaviləsinə əsasən Cavabdeh Tam kart krediti üzrə 486.39 manat əsas borc, 69.54 manat faiz borcu, cəmi 555.93 manat, Nağd kredit üzrə isə 6697.98 manat əsas borc, 1027.81 manat faiz borcu, cəmi 7725.79 manat borc və 127.25 AZN (bir yüz iyirmi yeddi manat, iyirmi beş qəpik) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 8408.97 (səkkiz min dörd yüz səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar