Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-296/2025 10.06.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ X4 Elmar oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə İddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı kredit müqaviləsi üzrə pul tələbinə dair mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC məhkəməyə müraciət edərək Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 7000 manat əsas, 956,02 faiz borc, 24,38 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, ümumilikdə 7980,40 manat borc və ödənilmiş 99,81 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2021-ci il tarixli ərizənianketi imzalamaqla “Ümumi Oferta” ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etmiş, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edilmişdir. Ümumi Ofertanın 5.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 35 ay müddətinə, illik 27,60% olmaqla 1000 manat məbləğində kredit xətti açılmışdır. Ümumi Ofertanın müqaviləsinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlakdır. Tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayırır və ssuda hesabı açır, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürmüşdür, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə 24 yanvar 2025, cümə tarixinə "xxxx" KB ASC-yə 7000 manat əsas, 956,02 faiz borc, 24,38 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, ümumilikdə 7980,40 manat borc borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor "xxxx" KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmi məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasında iştirak etməmişlər. İddiaçı “X3” ASC-nin nümayəndəsi elektron qaydada ərizə göndərək məhkəmə iclaslarının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh isə məhkəmə iclasına gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Cavabdeh xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə göndərərək onun ünvanına-Şərur rayonunun Kosacan göndərilən sənədi onun özünün və qohumlarının almadığını, Şərur rayon Kosacan kəndində özünün və ailəsinin yaşamadığını, həmin kəndə “ Bədələov “ adlı şəxs tərəfindən qəbul edilməsinin mümkün olmadığını, çünki həmin ünvanda heç kimin yaşamadığını, Leobanka 1000 manat pul üçün müraciət etdiyini, dostu Zaur Məmmədova 1000 azn borcunun olduğunu, bankın əməkdaşının bir neçə gün sonra ona zəng etdiyini, Nərimanov rayonunda yerləşən “ŞUŞA” parkına çağırdığını və ora getdiyini, orada ona ərizə anket və imza nümunəsinə qol çəkdiyini, kartı ona verdiyini, əməkdaşdan bu müqavilədə pulun məbləğinin göstərilmədiyini, kartı dostuna verəcəyini, O bir müddət özünün ödəyəcəyini, ona 1000 manatdan artıq pul verilməyəcəyini bildirdiyini, götürdüyü kartı dostuna verdiyini, bir müddət belə davam etdiyini, Üstündən 5-6 ay keçdiyini dostu ona bankın 7000 manat pul verdiyini, həmin məbləği dostunun xərclədiyini, sonra dostunun intihar etdiyini, həmin məbləğin onun üstünə qaldığını, həmin məbləğin verilməsi ilə bağlı mənəz qol çəkdirmədiklərini, bankın ona prentenziya məktubu göndərmədiklərini, bankın onunla əlaqə saxlamadığını, ümumiyyətlı iddianı qəbul etmədiyini bildirmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirаkı оlmаdаn baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işə sübutetmə yükünün bölüşdürülməsi ilə bağlı mülki prosessual qanunvericiliyin tələbləri nəzərə alınmaqla yalnız iddiaçının təqdim etdiyi sübutlar əsasında baxılmışdır. Yazılı sübutlar: İş materiallarında olan xx.xx.2021-ci il tarixli Ümumi Oferta müqaviləsindən görünür ki, Cavabdeh illik 27,60% dərəcəsi ilə 35 ay müddətinə 1000 manat məbləğində kredit xətti açılmışdır. Cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizə-anketərizə nümunəsi adlı sənəddə iş üçün əhəmiyyəti olan aşağıdakılar qeyd edilir: - Bu ərizəni imzalamaqla mən, Cavabdeh təsdiq edirəm ki, "xxxx" X6 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (https://www.leobank.az/) yerləşdirilmiş xx.xx.2021-ci tarixli ümumi ofertası ilə ....tanış olmuşam, elektron formada analoq imza ilə təsdiq etmişəm və razıyam. Bütün şərtləri qəbul edirəm. Bütün öhdəliklərimi vaxtlı vaxtında, düzgün, qeyd şərtsiz yerinə yetirəcəyəm (1-ci bənd); - Bu ərizənin, eləcə də hesabın açılması üçün müraciətimi də əhatə etdiyini nəzərə alaraq, xahiş edirəm mənə Azərbaycan manatında cari və depozit hesabının açılmasını təmin edəsiniz. Mənə məlumdur ki, həmin hesablardan sahibkarlıq fəaliyyəti məqsədilə istifadə edə bilmərəm (2-ci bənd); - Xahiş edirəm ki, mənə 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətdə kredit xətti ayırasınız. Kredit xətti üzrə digər şərtləri ümumi ofertada qeyd edildiyi kimi qəbul edirəm. Bankın mülahizəsinə görə mənə ayrılmış kredit xətti limitinin azaldılması və artırılmasına razılıq verirəm. Bütün bu məlumatlandırmaların mənə mobil əlavə vasitəsilə göndərilməsinə razıyam. Tələb edildiyi kimi münasibət bildirəcəyəm (3-cü bənd); - Təsdiq edirəm ki, banka təqdim etdiyim məlumat - sənədlər hər cəhətdən tam və düzgündür. Bu sənədlərdəki baş verəcək hər hansı dəyişikliklər barədə banka dəyişikliklər barədə Banka dəyişikliklər baş verdikdən sonra 3 gündən gec olmayaraq məlumat verməyi öhdəmə götürürəm (4-cü bənd); - Xahiş edirəm ki, mənim əlyazma/fiziki imzamı və onun analoqlarını hazırda mövcud olan və ya gələcəkdə bankda açılacaq hesablar üzrə əməliyyatlar apararkən tərəfimdən həqiqi /fiziki imza kimi hesab edəsiniz. Bu məqsədlə, mən 9d1cfbo9b0256c35efaae65a93d62c16d6a7d0fdbf2ce5e2d5f33159794d4d137 nömrəli elektron/analoq imzanın yaradılmasını təsdiq edirəm. Bu elektron imza mobil əlavədə mənim əməliyyatlarımı təsdiq etmək üçün isifadə ediləcək. Mən qəbul edirəm ki, elektron imza birdəfəlik açarın (OTP), PİN-kodun, mobil əlavəyə daxil olmaq üçün istifadə olunan açar sözünün, barmaq izlərinin daxil edilməsi mənim əlyazma imzamın analoqu sayılır və eyni hüquqi qüvvəyə malikdir. Mən təsdiq edirəm ki, bundan sonrakı bütün razılaşmalar elektron imzadan istifadə edilməklə təsdiq edilə bilər (6-cı bənd); -Mənim ödəniş kartı ilə aparacağım əməliyyatlar nəticəsində baş verə biləcək silinmələr zamanı overdraft (hesabda vəsait olmadıqda silinmenin baş verməsi) baş verərsə, oferta şərtlərinə uyğun öhdəliyimi qəbul edirəm (8-ci bənd); xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın 5.1-ci bəndinə əsasən Bank borcalana mobil əlavə ilə ilk dəfəsində razılaşdırılmış, daha sonra bankın apardığı təhlil ilə müəyyən etdiyi məbləğlərdə, razılaşdırılmış müddətə, illik 30 faizə dərəcəsinədək bir neçə dəfə 10 000 manatadək və 60 ayadək kredit limiti ayırır, ona bank hesabı açır və ödəniş kartı təqdim edir, Borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olunmuş müddətdə onu faiz ilə birlikdə Banka qaytarmağı öhdəsinə götürür. xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın 5.5.1-ci bəndinə əsasən ərizə anket imzalanmaqla bu oferta aksept olunmuş sayılır. xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın 5.5.3-cü bəndinə əsasən bu müqavilə üzrə kreditdən faktiki istifadə dedikdə, Borcalan tərəfindən ödəniş kartından istifadə edilməklə kredit xətti üzrə nəğd pul vəsaitinin çıxarılması və (və ya) nağdsız ödənişlərin, eləcə də pul köçürmələrinin aparılması başa düşülür. xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın 5.9.1.9-cu bəndinə əsasən Bank bu müqavilə üzrə kredit limitini heç bir əlavə sənədləşmə aparılmadan birtərəfli qaydada artırmaq hüququna malikdir. xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın 5.7.10-cu bəndinə əsasən “Bank” “Borcalan”ın bu müqavilə üzrə öhdəliyini vaxtında və lazımi qaydada icra etməməsi ilə nəticələnə bilən bank qarşısında digər öhdəliklərinin gecikdirildiyi tarixdən ən geci 5 (beş) təqvim günü ərzində bu müqavilə üzrə öhdəliyini tam icra etmədikdə borclunun bütün bank hesablarından və ya digər əsaslarla ona çatası vəsaitlərdən akseptsiz qaydada borcun silinməsini həyata keçirə bilər, bu müqaviləyə birtərəfli qaydada vaxtından əvvəl xitam verə, kartı bloklaşdıra bilər və kreditin qalıq məbləğini bütün dövr üçün hesablanmış kredit faizinin qalıq məbləği ilə birlikdə qaytarılmasını “Borcalan”dan tələb edə bilər. xx.xx.2021-ci il tarixli Ümumi Ofertanın 5.7.4-cü bəndinə əsasən əgər borcalan ödəmə müddətinin sonunadək ən azı öhdəliyini minimal ödənişlə icra etməsə, növbəti gündən etibarən öhdəlik gecikdirilmiş hesab edilir və öhdəliyin icra edilməməsinə görə tariflərdə nəzərdə tutulmuş birdəfəlik dəbbə pulu və minimal ödəniş məbləğinin gecikdirilmiş hissəsinə illik 18 % -lə cərimə tətbiq edilir. İş materiallarında olan “Cavabdeh göndərilmiş elektron bildirişlərin tarixçəsi”ndən görünür ki, Bank tərəfindən xx.xx.2021-ci il tarixdə Cavabdeh 1000 manat məbləğində kredit xətti açılmış, xx.xx.20222-ci il tarixdə isə onun kredit limiti 7000 manat qədər artırılmışıdr. İş materiallarında olan xx.xx.2025-ci il tarixli UB-BANK/PİKMD/1254595 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh ARGİD********** saylı kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə 7000 manat əsas, 956,02 faiz, 24,38 manat cərimə borcu olmaqla, cəmi 7980,40 manat borcu vardır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş məktubundan görünür ki, həmin tarixdə borclu Cavabdeh borcun ödənilməsi ilə bağlı "xxxx" ASC tərəfindən bildiriş məktubu göndərilmişdir. İş materiallarında olan "xxxx" MMC-in məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən borclu Cavabdeh göndərilmiş bildiriş məktubu xx.xx.2024-cü il tarixdə ünvanda qəbul edilmişdir. Məhkəmənin əsaslandırması Məhkəmə hesab edir ki, iddianın əsaslı olub-olmamasının müəyyən edilməsi üçün ilk növbədə tərəflər arasında öhdəlik münasibətlərinin yaranıb-yaranmaması, o cümlədən tərəflər arasında öhdəlik münasibətləri mövcud olduğu təqdirdə bu öhdəliklərin pozulubpozulmamasına qiymət verilməlidir. Məhkəmə ərizə və ona əlavə edilmiş sənədləri, həmçinin maddi və prosessual hüquq normalarını nəzərdən keçirərək belə nəticəyə gəlir ki, iddiaçının tələbi əsaslıdır. Çünki tərəflər arasında kredit münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinə əsasən iddiaçının cavabdehə qarşı borcun (kreditin) geri qaytarılması ilə bağlı tələb hüququ vardır. Belə ki, iş materiallarından belə müəyyən olunur ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında elektron formada analoq imza ilə təsdiq edilmiş etibarlı kredit müqaviləsi bağlanılmış, beləliklə də tərəflər arasında bu müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır. Tərəflər arasındakı etibarlı kredit müqaviləsinin tələblərinə əsasən Bank (iddiaçı) öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, 7000 manat pul vəsaitini borcalan (cavabdeh) Cavabdeh hesabına köçürmüş, borcalan (cavabdeh) pul vəsaitini qəbul etmiş və iddiaçıya kreditin bütün məbləğini, əsas borcu, kreditdən istifadəyə görə bu müqaviləyə əsasən hesablanmış faizləri, dəbbə pulunu, borcların yığılması ilə əlaqədar digər xərcləri ödənilməsini öhdəsinə götürmüş, lakin sonradan borcalan - Cavabdeh müqavilə üzrə üzərinə düşən öhdəliklərini icra etməmiş, Bank tərəfindən rəsmi bildiriş göndərilməsinə baxmayaraq borcun qaytarılması borcalan - Cavabdeh tərəfindən təmin edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Qeyd etmək lazımdır ki, müqavilədən yaranan öhdəliklərin növlərindən biri kredit müqaviləsindən əmələ gələn öhdəliklərdir. Məhkəmə hesab edir ki, tərəflər arasında borc (kredit) münasibətləri xx.xx.2021-ci il tarixdə yarandığından, bu münasibətlərə həmin dövrdə qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739 və 742.1-ci maddələrinin əvvəlki redaksiyası tətbiq edilməlidir. Belə ki, həmin maddələr 31 mart 2023-cü il tarixdən etibarən yeni redaksiyada verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsinin əvvəlki redaksiyasına əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 742.1-ci maddəsinin əvvəlki redaksiyasına əsasən əgər borcun qaytarılması üçün müddət qoyulmayıbsa, o, borc verən və ya borc alan tərəfindən borc müqaviləsi ləğv edilərkən qaytarılmalıdır. Mülki Məcəllənin müqavilənin forması ilə bağlı qaydaları müəyyən edən 406-cı maddəsinə əsasən, müqavilə əqdlərin bağlanması üçün nəzərdə tutulan hər hansı formada bağlana bilər, bu şərtlə ki, bu Məcəllədə həmin növ müqavilə üçün müəyyən forma təyin edilməsin. Əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barədə şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır. Yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə, habelə poçt, teleqraf, teletayp, telefon, elektron rabitəsi və ya sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən digər rabitə vasitəsilə sənədlər mübadiləsi yolu ilə bağlana bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” 12 avqust 2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Mülki Məcəllənin 406.3-cü maddəsinin “sənədin müqavilə üzrə tərəfdən gəldiyini dürüst müəyyənləşdirməyə imkan verən” müddəası müqavilə tərəfinə (xüsusilə də bankdan kredit alan və ya istehlakçı sayılan şəxslərə) razılaşmanın bütün mühüm şərtləri barədə ətraflı və aydın şəkildə məlumat verilməsini, həmin şəxsin bunlarla sərbəst tanış olmasını, razıdırsa, bu şərtləri qəbul etməsini bildirmək imkanını ehtiva edir. Təhlil edilən normaların məzmunundan göründüyü kimi, qanunvericilikdə əqdin tərəflərin imzaladığı bir sənədin tərtibi ilə, yəni şəxsən, bilavasitə imzalanması ilə yanaşı onun poçt, elektron və digər rabitə vasitələri ilə sənədlər mübadiləsi yolu ilə bağlanması imkanları təsbit edilmişdir. Müqavilənin elektron vasitələrlə sənədlər mübadiləsi yolu ilə bağlanması, bir sənədin tərtib edilməsi ilə bağlanan əqdlə eyni hüquqi qüvvəyə malikdir. Eyni zamanda, qeyd edilməlidir ki, Mülki Məcəllənin 331.3-cü maddəsi ilə müəyyən edilmiş "Əqdlərin bağlanması zamanı ... şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir" müddəası həm bağlanması nəzərdə tutulan əqdlərin, həm də belə əqdlərin bağlanması üçün nəzərdə tutulan digər sənədlərin (əqdlərin) imzalanmasını ehtiva edə bilər. Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, bu Qərarda əks olunmuş hüquqi mövqelər müqavilələrin bağlanması üçün qanunvericiliklə tələb olunan əlaqəli sənədlərin imzalanması ilə bağlı münasibətlərə də şamil edilir. Həmin sənədlərin imzalanması zamanı tərəflərin iradəsi dəqiq, birmənalı, aydın və sui-istifadəni istisna edən şəkildə ifadə olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə Cavabdeh iddia tələbinə dair etirazları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdeh özünün bankdan yalnız 1000 manat kredit götürdüyünü, qalan məbləğin isə onun öz kartını verdiyi Aşur adlı dostu tərəfindən çəkildiyini, bun səbəbdən də onun götürmədiyi kredit üçün məsuliyyət daşımalı olmadığını, o cümlədən tərəflər arasındakı mübahisənin məhkəmədən kənar həlli ilə bağlı Bank tərəfindən ona göndərilən müvafiq məktubu almadığını bildirsə də, o, bununla bağlı hər hansı tutarlı sənədi məhkəməyə təqdim etməmişdir. Məhkəmə cavabdehin etirazları ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, cavabdehin imzalayaraq iddiaçıya təqdim etdiyi xx.xx.2021-ci il tarixli ərizə-anket-ərizə nümunəsindən görünür ki, Cavabdeh "xxxx" X6 Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsində (https://www.leobank.az/) yerləşdirilmiş xx.xx.2021-ci tarixli ümumi ofertası ilə tanış olmuş və elektron formada analoq imza ilə təsdiq edərək onun bütün şərtləri ilə razılaşmış, ona 62 təqvim gününədək güzəşt müddəti olan və mobil tətbiqində göstərilən məbləğdə və müddətdə kredit xətti ayrılmasını Bankdan xahiş etmiş, Bankın mülahizəsinə görə ona ayrılmış kredit xətti limitinin azaldılması və artırılmasına, bütün bu məlumatlandırmaların ona mobil əlavə vasitəsilə göndərilməsinə razılıq verdiyini bildirmiş, bundan sonra ona bankda olan hesablar üzrə əməliyyatlar apararkən istifadə edilməsi üçün 9d1cfbo9b0256c35efaae65a93d62c16d6a7d0fdbf2ce5e2d5f33159794d4d137 nömrəli elektron/analoq imza yaradılmış, borclu bu elektron imzadan mobil əlavədə onun əməliyyatlarını təsdiq etmək üçün isifadə ediləcəyini, bundan sonrakı bütün razılaşmaların elektron imzadan istifadə edilməklə təsdiq ediləcəyini öhdəsinə götürərək, bankın bu barədə şərtlərini qeyd şərtsiz qəbul etmişdir. Tərəflər arasında elektron formada analoq imza ilə bağlanılmış etibarlı kredit müqaviləsinin yuxarıda qeyd olunan müddəalarından da göründüyü kimi, tərəflər arasında bütün razılaşmaların elektron imzadan və mobil tətbiqdən istifadə edilmədən bağlanılması mümkün deyil. Məhkəmə borclunun etirazlarında bildirdiklərinə nəzərən qeyd etmək istəyir ki, borclu kartın istifadəsi üzərində məsuliyyət daşıyan şəxs olmaqla, həmin kart vasitəsilə həyata keçirilən əməliyyatların hüquqi nəticələrinə görə də məsuliyyət daşıyır. Mülki hüquq münasibətlərində şəxsin öz borc öhdəliyini üçüncü şəxsə ötürməsi və ya onun vasitəsilə yerinə yetirməsi, öhdəliyin mövcudluğunu aradan qaldırmır və borcalanın məsuliyyətini istisna etmir. Bu səbəbdən də məhkəmə hesab edir ki, istər qanunvericiliyin istinad edildiyi maddələrinin tələbləri, istərsə də tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından, müvafiq müqavilə imzalandığı andan və müqavilə üzrə müvafiq kredit məbləği borcverən tərəfindən borcalana verildiyi və borcalanın həmin məbləğə dair sərəncam hüququnun yarandığı andan, borcalan- Cavabdeh kredit müqaviləsinin predmeti olan pul vəsaitini müqavilədə qeyd olunan şərtlərlə borcverən- "xxxx" X6 Səhmdar Cəmiyyətinə ödəmək öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin qeyd etmək zəruridir ki, "xxxx" MMC-in məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, "xxxx" ASC tərəfindən borclu Cavabdeh göndərilmiş bildiriş məktubu xx.xx.2024-cü il tarixdə ünvanda qəbul edilmişdir. Məhkəmə hesab edir ki, hazırki vəziyyətdə cavabdehin öz etirazlarında bildirdiyi faktlar onun üçün əlverişli olduğundan, o, bu faktları təsdiq edən halları sübut etməli idi. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə də, məhəkəmə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək yekunda aşağıdakı nəticəyə gəlir: - İddia təmin edilməli; - xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat əsas borc, 956,02 manat faiz borcu, 24,38 manat cərimə borcu olmaqla, cəmi 7980,40 (yeddi min doqquz yüz səksən manat qırx qəpik) manat məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilməli; -tələb əsaslı sayıldığından Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə uyğun olaraq (məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir) iddiaçı tərəfindən iddia qaldırılan zaman ödənilmiş 99,81 manat (doxsan doqquz manat səksən bir qəpik) manat məbləğində dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Məhkəmə yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 227, 358.0.3, 360 və 362-ci maddələrini rəhbər tutaraq qətеtdi: İddia təmin edilsin. xx.xx.2021-ci il tarixli kredit müqaviləsi üzrə 7000 manat əsas, 956,02 manat faiz borcu, 24,38 manat cərimə borcu olmaqla, cəmi 7980,40 manat (yeddi min doqquz yüz səksən manat qırx qəpik) məbləğində pul Cavabdeh tutularaq iddiaçı “X3” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdeh 99,81 manat (doxsan doqquz manat səksən bir qəpik) miqdarında dövlət rüsumu tutularaq iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Hakim: Abil Orucəliyev
Məhkəmə qərarları › İş №e-2(110)-296/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-296/2025
10.06.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver