Məhkəmə qərarları › İş №e-2(110)-297/2024

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qərardad — İş №e-2(110)-297/2024

05.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şərur şəhəri İş № e-2(110)-297/2024 05.03.2024 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi üzrə tələbin girova yönəldilməsi, girovun açıq hərracda satılaraq kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin nümayəndəsinin iddia ərizəsinə xitam verilməsi barədə ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında baxaraq müəyyən etdi: İddiaçının nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələblətini təmin edərək, Cavabdeh "xxxx" ASC-yə olan xx.xx.2023-cü il tarixli, PKLMB-1021 Kredit müqaviləsi üzrə 909 (doqquz yüz doqquz) manat məbləğində əsas borcu, 114 (bir yüz on dörd) manat faiz borcu, 121 (bir yüz iyirmi bir) manat cərimə borcu olmaqla, cəmi 1144 (bir min bir yüz qırx dörd) manat pul vəsaitinin və iş üzrə ödənilmiş 36.89 (otuz altı manat 89 qəpik) manat dövlət rüsumunun tutulması, tutmanın həmin kreditin təminatı kimi "xxxx" ASC-yə girov qoyulan 1:dəst 585 əyarlı 15 qram çəkili (komplekt - 1 ədəd üzük, 2 ədəd sırğa) qızıl-zinyət əşyasına yönəldilməsi, həmin qızıl-zinət əşyasının açıq hərracda satılmaqla əldə olunan vəsait hesabına götürülmüş kreditlərin əsas, faiz və cərimə borclarının ödənilməsinə, həmin qızıl-zinyət əşyalarının satışından əldə edilən vəsaitin kreditlətin əsas, faiz və cərimə borclarının ödənilməsinə kifayət etmədikdə qalan borcun cavabdehdən tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə xx.xx.2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə Şərur Rayon Məhkəməsinə ərizə ünvanlayaraq, ərizəsində, icraatda olan e-2(110)-297/2024 saylı iş üzrə Cavabdeh BOKT qarşısında olan öhdəliklərini xx.xx.2024-cü il tarixində tam yerinə yetirdiyini, bu səbəbdən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin xahişini nəzərə alaraq qeyd edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: -13.4-cü maddəsinə əsasən, mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir; - 52.1-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir; - 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi, mübahisənin mediasiya vasitəsilə həllinə dair tərəflərin razılığı və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər; - 191.2-ci maddəsinə əsasən, hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir; - 261.0.4-cü maddəsinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa, iş üzrə icraata xitam verilməlidir; - 262.2-ci maddəsinə əsasən, məhkəmənin qərardadında işdə iştrak edən şəxslər arasında məhkəmə xərclərinin bölüşdürülməsi, büdcədən dövlət rüsumunun qaytarilması haqqında məsələlərdə həll oluna bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 114.1.4 maddəsində iş üzrə icraata xitam verildikdə ödənilmiş dövlət rüsumunun qaytarılması nəzərdə tutulduğundan, iddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 36.89 (otuz altı manat səksən doqquz qəpik) manat dövlət rüsumu geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 262-264, 267, 268-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “kredit borcunun ödənilməsi üzrə tələbin girova yönəldilməsi, girovun açıq hərracda satılaraq kredit borcunun ödənilməsi tələbinə dair” mülki iş üzrə icraata xitam verilsin. İddiaçı "xxxx" ASC tərəfindən xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbzlə Hökümət ödəniş portalı vasitəsilə dövlət büdcəsinə ödənilmiş 36.89 (otuz altı manat səksən doqquz qəpik) manat dövlət rüsumu ona qaytarılsın. Qərardaddan, o, tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Şərur Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar