Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-298/2022 05.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 217.92 manat məbləğində əsas borc və 2.67 manat faiz borcu olmaqla, cəmi 220.59 (iki yüz iyirmi manat əlli doqquz qəpik) manat borcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli fərmanına uyğun olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, 100821-182467/10 nömrəli güzəştli kredit müqaviləsinə əsasən borcluya 60 ay müddətinə, illik 1% dərəcəsi ilə 220.54 (iki yüz iyirmi manat əlli dörd qəpik) manat məbləğində kredit verildiyini, borcalanın əsas öhdəliyi lazımınca icra etmədiyini və kreditin təstiq olunmuş hissəhissə ödəmə qrafikini pozduğunu, cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da onun, Banka olan borcunu ödəmədiyini, 28 mart 2022-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 217.92 manat məbləğində əsas borcu və 2.67 manat faiz borcu olmaqla, ümumilikdə 220.59 (iki yüz iyirmi (.59)) manat məbləğində kredit borcu yarandığını güzəştli kredit müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının banka ödənilməsini öhdəsinə götürdüyünü, eyni zamanda həmin müqaviləyə əsasən 19.08.2019-cu il tarixli ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yarandığını, belə ki, borcalanın krediti vaxtında ödəmədiyini və nəticədə gecikdirilmiş kredit yarandığını qeyd edərək, İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh 217.92 manat məbləğində əsas borc və 2.67 manat faiz borcu olmaqla, cəmi 220.59 (iki yüz iyirmi manat əlli doqquz qəpik) manat borcun və 30.4 (otuz manat qırx qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 20 aprel 2022-ci il tarixdə Cavabdeh mobil nömrəsinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 19 avqust 2019-cu il tarixli, 100821-182467/10 nömrəli saylı Güzəştli Kredit Müqaviləsindən aydın olur ki, həqiqətən Cavabdeh ilə İddiaçı ASC arasında kredit müqaviləsi bağlanmış və tərəflər üzərlərinə bir sıra öhdəliklər götürmüşlər. Güzəştli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Müştəriyə” “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanına (bundan sonra Fərman) və Maliyyə Bazarına Nəzarət Palatasının 02 aprel 2019-cu il tarixli qərarı ilə qüvvəyə minmiş “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası” na uyğun resturuktrizasiya olunan kredit kart borcunun qalıq məbləğinin ödənilməsi üçün kredit verməyi, Müştəri isə Kredit müqaviləsi ilə müəyyən olunan şərtlərlə və qaydada kreditləri qaytarmağı öhdəsinə götürür. Həmin Müqavilənin 2.1, 2.2, 2.3, 2.4, 2.5-ci bəndlərinə əsasən “Bank” “Müştəriyə” restrukturizasiya olunan kredit borcunun ödənilməsi məqsədi ilə 12 ay güzəşt olunmaqla illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 220.54 (iki yüz iyirmi manat əlli dörd qəpik) manat məbləğində kredit vermişdir. Həmin Müqavilənin 2.7-ci bəndinə əsasən ödəniş şərti müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəli ilə müəyyən edilir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Kreditin istifadə təyinatı müştərinin vaxtı keçmiş kredit borclarının restrukturizasiyasıdır. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən Krediin verilməsi ilə Müştərinin restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki Kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağrılmasını təmin edən tədbirlər görülür. Həmin Müqavilənin 3.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə verilmiş kredit və ona hesablanmış faizlər ödəniş cədvəlinə və kredit müqaviləsinə əsasən, Banka nağd qaydada və ya köçürmə yolu ilə qaytarılır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən kreditlər tam həcmdə tam həcmdə qaytarılan günədək Müqavilə ilə müəyyənləşdirilən ssuda hesabı üzrə borc məbləğinə aylıq 30, illik 360 gün hesabı ilə gündəlik olaraq hesablanır. Həmin Müqavilənin 3.4-cü bəndinə əsasən faizlər kreditin verilmə tarixindən etibarən kredit banka tam məbləğdə faktiki qaytarılan günədək hesablanır. Kreditin verildiyi tarixdən sonrakı 1 il güzəşt müddəti hesab olunur. Güzəşt müddəti ərzində borcalan tərəfindən əsas kredit borcunun ödənilməsi tələbi nəzərdə tutulmur. İş materiallarına əlavə olunmuş 19.08.2019-cu il tarixli ödəniş cədvəlinə əsasən, İddiaçı ASC tərəfindən oğluna aylıq 1 faiz dərəcəsi ilə 60 ay müddətinə 220.54 manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə1 il güzəşt müddəti tətbiq olunmaqla 25.09.2019 - 19.08.2024-cü il tarixləri ərzində hər ay 4.69 manat, 19.08.2024-cü il tarixdə isə 4.63 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş ərizənin surətindən görünür ki, 19 avqust 2019-cu il tarixdə Cavabdeh ona restrukturizasiya olunan kredit borcunun qalıq məbləğinin ödənilməsi məqsədilə illik 1 (bir) faizlə 60 (altmış) ay müddətinə 220.54 (iki yüz iyirmi manat əlli dörd qəpik) manat məbləğində güzəştli kreditin verilməsini xahiş etmişdir. İş materiallarına əlavə olunmuş 28 mart 2022-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh 28 mart 2022-ci il tarixə Banka 217.92 manat əsas borc, 2.67 manat faiz borcu olmaqla cəmi 220.59 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan İddiaçı ASC-nin Cavabdeh ünvanladığı 04.11.2021-ci il tarixli xəbərdarlıq məktubundan müəyyən olur ki, öhdəliklərinin dərhal yerinə yetirilməsi tələb olunmuş, əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin ödənilməsi məqsədi ilə məhkəməyə müraciət olunacağı, qanunvericiliyə uyğun olaraq barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdarlıq edilmişdir. İş materiallarına əlavə olunmuş ********* nömrəli, 01.04.2022-ci il tarixli Mədaxil Qəbzindən görünür ki, "Expressbank” ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 30 manat dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 19 avqust 2019-cu il tarixli, 100821-182467/10 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən Cavabdeh vaxtı keçmiş kredit borclarının restrukturizasiya məqsədi ilə illik faiz dərəcəsi 1% olmaqla 60 (altmış) ay müddətinə 220.54 (iki yüz iyirmi manat əlli dörd qəpik) manat məbləğində kredit verilmişdir. Müqaviləyə müvafiq olaraq Cavabdeh isə aldığı krediti faizləri ilə birlikdə1 il güzəşt müddəti tətbiq olunmaqla 25.09.2019 - 19.08.2024-cü il tarixləri ərzində hər ay 4.69 manat, 19.08.2024-cü il tarixdə isə 4.63 manat olmaqla İddiaçı ASC-nə ödəməyi öhdəsinə götürmüşdür. Lakin Müştəri kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, Cavabdeh 19 avqust 2019-cu il tarixli, 100821-182467/10 saylı Güzəştli Kredit Müqaviləsinin şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Ona görə də hesab edirəm ki, iddia tələbi təmin edilməklə 19 avqust 2019-cu il tarixli, 100821-182467/10 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh 217.92 (iki yüz on yeddi manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 2.67 (iki manat altmış yeddi qəpik) manat faiz borcu olmaqla, cəmi 220.54 (iki yüz iyirmi manat əlli doqquz qəpik) manat pul alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, peniya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. 19 avqust 2019-cu il tarixli, 100821-182467/10 saylı Güzəştli Kredit Müqaviləsinə əsasən Cavabdeh 217.92 (iki yüz on yeddi manat doxsan iki qəpik) manat məbləğində əsas borc, 2.67 (iki manat altmış yeddi qəpik) manat faiz borcu, cəmi 220.59 (iki yüz iyirmi manat əlli doqquz qəpik) manat borc və 30 (otuz) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 250.99 (iki yüz əlli manat doxsan doqquz qəpik) manat pul tutularaq İddiaçı ASC-nin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-298/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-298/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver