Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-300/2022 05.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakim Qarayev Seymur Əlfəddin oğlu İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi" iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.95 (otuz iki manat doxsan beş qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində iddiaçı "xxxx" ASC-nin Sabunçu filialı ilə Cavabdeh arasında bağlanmış BPM**********57 nömrəli, 12.11.2020-ci il tarixli X3 müqaviləsinin 4.1.1.2-ci bəndinə əsasən şərtlər Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşma ilə müəyyən olunmaqla cavabdehə 36 ay müddətinə illik 24 faiz olmaqla 1000 manat məbləğində kredit xətti açıldığını və istifadəsinə plastik kart təqdim edildiyini, verildiyini, borcalanın kredit xəttindən istifadə etdiyini, lakin müqavilə üzrə müəyyən edilmiş öhdəlikləri vaxtında yerinə yetirmədiyindən müqavilənin şərtlərini pozduğunu, cavabdehə kreditin qaytarılması haqqında tərəflərindən 19.01.2022-ci il tarixli bildiriş göndərilməsinə, dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə baxmayaraq öhdəliklərini yerinə yetirmədiyini, hazırda iddia ərizəsinə əlavə edilmiş maliyyə arayışından göründüyü kimi 29.03.2022-ci il tarixə cavabdehin Banka 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcunun mövcud olduğunu, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurətinin yarandığını, müqavilə üzrə öhdəliklər razılaşdırılmış qaydada icra edilmədiyi üçün hesablanmış kredit borcunun məhkəmə qaydasında tam tələb edilməsi zərurətinin yarandığını, Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS Şöbəsindən alınan arayışa əsasən Cavabdeh Naxçıvan Muxtar Respublikası Şərur rayonu Xətai kəndində qeydiyyatda olduğunu, hazırki mübahisə üzrə iddia qiyməti ümumilikdə 1294.28 manat olduğundan., tərəflərindən 32.95 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı ödənildiyini qeyd edərək, Cavabdeh "xxxx" ASC-nin xeyrinə 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcunun, həmçinin iddia ərizəsinin verilməsi üçün ödənilmiş 32.95 (otuz iki manat doxsan beş qəpik) dövlət rüsumunun və 0.40 (qırx qəpik) manat bank xidmət haqının tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş onun yaşadığı ünvana göndərilmişdir. Eyni zamanda 19.04.2022-ci il tarixdə məhkəmə iclas katibi tərəfindən Cavabdeh iş materiallarında olan mobil nömrəsinə zəng edilərək bu barədə onun arvadına məlumat verilmiş və telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarına əlavə olunmuş müqavilədən aydın olur ki, ”Azərbaycan Beynəlxalq Bankı” ASCnin Sənaye filialı ilə Cavabdeh arasında 12.11.2020-ci tarixli BPM**********57 saylı X3 Müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən Bank Müştərinin adına ikitərəfli ödəniş kartını (ön tərəfi kredit kartı, arxa tərəfi debet və ya əmək haqqı kartı bundan sonra – tam kart adlanacaq) buraxmağı, müştərinin adına bank hesablarını (kredeit kartına bağlı olan kart hesabı, debet və ya əmək haqqına bağlı olan kart hesabı və cari hesab, bundan sonra birlikdə “Hesab” və ya “Hesablar” adlanacaq) açmağı, müştəriyə tam kartın qüvvədə olduğu müddətdə istifadə imkanı təqdim edilməklə 15 000 (on beş min) manat məbləğinədək kreditdən (Nağd kredit və/və ya Kredit xətti bundan sonra birlikdə - “Kredit” adlanacaq) istifadəyə görə illik 245 ödəmək şərtilə kredit limitini ayırmağı, Müştəri isə tam kart eləcə də hesablar vasitəsilə aparılmış əməliyyatlara , o cümlədən tam kartdan istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi Bank tərəfindən ayrılmış kreditdən 2.3-cü bənddə göstərilən təyinatı üzrə istifadə etməyi, bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizdən Banka ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.2-ci bəndlərinə əsasən müştəriyə bu müqavilənin 4.3-cü bəndinə müvafiq olaraq ayrılmış Kredit xətti daxilində Tam kartdan banka məxsus POS–terminallar vasitəsilə bankın Partnyor şəbəkəsi subyektlərində (siyahısı Bankın rəsmi internet səhifəsi WWW.ibar.az-da və/və ya Tam kartın rəsmi internet səhifəsi WWW.tamkart.az-da yerləşdirilmişdir) istifadə olunan zaman məhsul və xidmətlərin dəyəri 24 (iyirmi dörd) ayadək bərabər hissələrə bölünərək faizlər hesablanmadn ödənilməsi (bundan sonra Taksit əməliyyatları adlanacaq) imkanı yaradılır. Həmin Müqavilənin 4.1.1.2-ci bəndlərinə əsasən Borcalan tərəfindən kredit xəttinin açılması sifariş verildikdə və Bank Borcalana kredit xəttinin açılmasına dair müsbət qərar qəbul etdikdə bu barədə Bankla Borcalan arasında Kredit xətti üzrə kredit limitinin təyin edilməsinə dair Razılaşma (bundan sonra “Razılaşma”adlanacaq) imzalanır. Razılaşmada kreditin məbləği, illik faiz dərəcəsi və digər zəruri məlumatlar göstərilir və razılaşma kredit xəttinin açılmasını təstiq edən sənəd kimi çıxış edir. İş materiallarına əlavə olunmuş 12.11.2020 - 30.03.2022-ci il dövrü əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən kreditin verilməsi üçün açılmış hesab vasitəsilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar aparılmışdır İş materiallarına Bank tərəfindən əlavə olunmuş 05.04.2021-ci il tarixli Maliyyə arayışından görünür ki, 29.03.2022-ci il tarixə Cavabdeh Banka 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcu mövcuddur. İş materiallarına əlavə olunmuş 12.11.2020-ci tarixli Bank kartına kredit limitinin təyin olunmasına dair razılaşmadan görünür ki, Cavabdeh imza etdirilməklə 1000 (bir min) manat kredit verilmişdir. İş materiallarına əlavə olunmuş 30.03.2022-ci il tarixli, ********* nömrəli Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən Dövlət büdcəsinin AZ21NABZ******************** nömrəli xəzinə hesabına məhkəmədə iddia qaldırılması ilə əlaqədar 32.95 (otuz iki manat doxsan beş qəpik) manat məbləğində dövlət rüsumu və 0.40 manat xidmət haqqı ödənilmişdir. İş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin 19.01.2022-ci il tarixli, 22-658/2022 nömrəli bildirişindən və poçt göndərişinin verilməsi haqqında xəbərdarlıqdan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehə borcunun ödənilməsi ilə bağlı xəbərdar etmiş, lakin cavabdeh bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışdır. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. İş materialında olan sənədlərdən də göründüyü kimi "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 12.11.2020-ci tarixli BPM**********57 nömrəli X3 Müqaviləsinə əsasən bank tərəfindən şəxsi istehlak məqsədilə cavabdehə 36 ay müddətinə illik 24 faiz ödəmək şərtilə 1000 (bir min) manat məbləğində kredit verilmişdir. Eyni zamanda Müştəri kreditdən istifadəyə görə bank xidmətlərinin haqlarını ödəməyi, krediti tətinatı üzrə istifadə etməyi və bu müqavilə üzrə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri banka ödəməyi öhdəsinə öhdəsinə götürmüşdür. Lakin Müştəri müqavilədən irəli gələn öhdəliyini vaxtında və lazımi qaydada icra etmədiyinə görə Bank qarşısında məsuliyyət daşıyararaq Banka 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat məbləğində kredit borcu yaranmışdır. Lakin Müştəri kreditlərin və onlara hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmişdir. İş üzrə tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə müvafiq olaraq da, Bankın Müştəridən ümumilikdə borcun ödənilməsini tələb etmək hüququ yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 427.3-cü maddəsinə görə əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İşin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, cavabdeh Şəmilov X1 Çərçivə Müqaviləsinə şərtlərinə əməl etməməklə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən iddiaçı əsas borcun, ona hesablanmış faiz borcunun tutulması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Beləliklə də, hesab edirəm ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 12.11.2020-ci tarixli BPM**********57 saylı X3 Müqaviləsinə əsasən Cavabdeh 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu olmaqla, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat borc tutularaq ”Azərbaycan Beynəlxalq Bankı” ASC-nin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, ziyan və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tələb etdiyindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş 32.95 (otuz iki manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi də cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284- 6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. 12.11.2020-ci tarixli BPM**********57 saylı X3 Müqaviləsinə əsasən Cavabdeh 999.49 (doqquz yüz doxsan doqquz manat qırx doqquz qəpik) manat əsas borc, 294.79 (iki yüz doxsan dörd manat, yetmiş doqquz qəpik) manat faiz borcu, cəmi 1294.28 (bir min iki yüz doxsan dörd manat, iyirmi səkkiz qəpik) manat borc və 32.95 (otuz iki manat doxsan beş qəpik) manat dövlət rüsumunun və 0.40 manat ödənilmiş xidmət haqqının əvəzi olmaqla, ümumilikdə 1327.63 (bir min üç yüz iyirmi yeddi manat altmış üç qəpik) manat pul tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-300/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-300/2022
05.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver