Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-305/2023 19.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Hakim Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 məhkəmə iclas katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər – Cavabdeh2 və Cavabdeh1 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 5114.24 (beş min bir yüz on dörd manat 24 qəpik) manat əsas borc, 284.09 (iki yüz səksən dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5398.33 (beş min üç yüz doxsan səkkiz manat 33 qəpik) manat kredit borcunun və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 73.98 (yetmiş üç manat 98 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq Borcalanın "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Şərur filialı tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı Zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1-ci bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilə şərtlərini pozduğunu, bu səbəbdən tərəfimizdən Borcalanla dəfələrlə telefonla əlaqə saxlanıldığını, Borcalan və Zaminə xəbərdarlıq məktubları ünvanlanaraq borc məbləği dəqiq göstərilməklə borcun icrasını tələb edildiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun qaytarılması” tələbinə dair 2(110)-305/2023 saylı mülki işə məhkəmə tərəfindən baxıldığını, iş üzrə məhkəmə baxışı iclasının xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edildiyini, iddia tələblərini müdafiə etdiklərini, işlərinin çoxluğunu nəzərə alaraq xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilmiş məhkəmə baxışı iclasının iştirakları olmadan keçirilməsini və müvafiq qərarın çıxarılmasını nəhkəmədən xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq onlar, məhkəmə baxışı iclasına gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərinə, eyni zamanda iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materillarına əlavə olunmuş 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı Kredit müaviləsinin surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17% dərəcəsi ilə 36 ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır.... Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 1 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli məxaric orderinin surətindən görünür ki, müvafiq xidmət haqqları tutulduqdan sonra Cavabdeh2 8225 manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə olunmuş 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Cavabdeh2 illik 17% dərəcəsi ilə 36 ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2023 tarixləri ərzində ayda 295.92 manat, xx.xx.2024 tarixində isə 295.81 manat olmaqla, cəmi 10653.01 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş 26 yanvar 2021-ci il tarixli, 1007521/20999 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən Naxçıvanbank” ASC ilə Cavabdeh2 arasında bağlanmış 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı Kredit müaviləsi Kredit müaviləsi əsasında “Borcalan”a veriləcək illik 17% dərəcəsi ilə 36 ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kreditlə əlaqədar “Borcalan” “Bank” qarşısında öz öhdəlilərini tam yerinə yetirilənədək “Zamin” “Borcalan” ilə birlikdə “Bank” qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RK2502/05 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilə Borcalana verilmiş kreditin qalıq məbləğinin Borcalanın ərizəsinə əsasən restruktrizasiya olunması və Borcalan tərəfindən kredit borcunu müqaviləyə uyğun olaraq müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı Kredit müqaviləsinə Əlavədir və hər bir halda ilkin kredit müqaviləsi hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, 26 yanvar 2021-ci il tarixli, İK1001862 Kredit müaviləsi üzrə 5985.09 manat qalıq məbləğinin illik 17 % dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş kredit borcunun restrukturizasiyasına dair xx.xx.2022-ci il tarixli RK2502/05 nömrəli Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh2 5989.78 manat məbləğində kredit borcunu illik 17 % dərəcəsi ilə 35.03 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində 213.38 manat, xx.xx.2025-ci il tarixdə isə 213.60 manat olmaqla, cəmi 7680.33 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə olunmuş xx.xx.2023-cü il tarixli arayışdan məlum olur ki, 26 yanvar 2021ci il tarixli, İK1001862 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə Banka 5114.24 (beş min bir yüz on dörd manat 24 qəpik) manat əsas borc, 284.09 (iki yüz səksən dörd manat 09 qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5398.33 (beş min üç yüz doxsan səkkiz manat 33 qəpik) manat məbləğində borcu mövcuddur. İş materiallarına əlavə edilmiş xx.xx.2021 - xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 kreditin verilməsi təmin edilmiş və o, banka olan kredit borcu ilə əlaqədar müxtəlif vaxtlarda ödəmələr həyata keçirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 73.98 (yetmiş üç manat 98 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli 04/466 saylı xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 3 iş günü müddətində Banka olan əsas və ona hesablanmış faiz borcunun ödənilməsi ödəmədiyi təqdirdə məhkəmə qaydasında tələb ediləcəyi barədə xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, "xxxx" ASC ilə Cavabdeh2 illik 17% dərəcəsi ilə 36 ay müddətinə 8300 (səkkiz min üç yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 - xx.xx.2023 tarixləri ərzində ayda 295.92 manat, xx.xx.2024 tarixində isə 295.81 manat olmaqla, cəmi 10653.01 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyindən Borcalanın Banka olan 5989.78 manat məbləğində kredit borcu restrukturizasiya olunaraq illik 17 % dərəcəsi ilə 35.03 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2024 tarixləri ərzində 213.38 manat, xx.xx.2025-ci il tarixdə isə 213.60 manat olmaqla, cəmi 7680.33 manat məbləğndə Banka ödənilməsinə dair xx.xx.2022-ci il tarixli RK2405/19 nömrəli müqavilə bağlanmışdır. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və “Zamin”ə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; Həmçinin Kredit müqaviləsinin təminatı kimi zamin Cavabdeh1 “Borcalan” Cavabdeh2 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1 da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və Zaminə qarşı qarşı borcun alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5114.24 (beş min bir yüz on dörd manat iyirmi dörd qəpik) manat əsas borc, 284.09 (iki yüz səksən dörd manat doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5398.33 (beş min üç yüz doxsan səkkiz manat otuz üç qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 73.98 (yetmiş üç manat doxsan səkkiz qəpik) manat dövlət rüsumu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216- 220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. 26 yanvar 2021-ci il tarixli, İK1001862 saylı Kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 5114.24 (beş min bir yüz on dörd manat iyirmi dörd qəpik) manat əsas borc, 284.09 (iki yüz səksən dörd manat doqquz qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 5398.33 (beş min üç yüz doxsan səkkiz manat otuz üç qəpik) manat borc və 73.98 (yetmiş üç manat doxsan səkkiz qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 5472.31 (beş min dörd yüz yetmiş iki manat otuz bir qəpik) manat məbləğində pul alınaraq "xxxx" ASC-yə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-305/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-305/2023
19.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver