Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-307/2025 04.04.2025 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi X1 iştirakı ilə, İddiaçı "xxxx" X4 Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" KB ASC-nin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" KB ASC-nin xeyrinə 5669.85 AZN əsas, 1133.34 AZN faiz, 49.45 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6852.64 AZN borcun və dövlət rüsumu olaraq ödənilmiş 88.53 AZN məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində İddiaçı "xxxx" KB ASC Cavabdeh xx.xx.2022-ci il tarixli ərizəni-anketi imzalamaqla Ümumi Oferta ilə tanış olduğunu və onun bütün şərtləri ilə razı olduğunu təsdiq (aksept) etdiyini, bununla da həmin şərtlərlə müqavilə bağlanmış hesab edildiyini, Ümumi Ofertanın 16.1-ci bəndinə uyğun olaraq SMS vasitəsi ilə cavabdehə 60 ay müddətinə, illik 27,50% olmaqla 5900 manat məbləğində kredit xətti açıldığını, Ümumi Ofertanın 16.1 və 19.1-ci bəndlərinə əsasən kredit və ya kredit xəttinin məqsədli təyinatı istehlak olduğunu, tərəflər arasında bağlanmış Ümumi Ofertaya əsasən borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə borcalana kredit xətti ayıraraq ssuda hesabı açdığını, borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürdüyünü, lakin cavabdeh мüqavilə şərtlərini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etmədiyini, nəticədə cavabdehin kredit müqaviləsi üzrə 5 fevral 2025, çərşənbə tarixinə "xxxx" KB ASC-yə 5669,85 AZN əsas, 1133,34 AZN faiz, 49,45 AZN cərimə, 0 AZN komisyon haqqı borcu olmaqla, cəmi 6852,64 AZN borcu yarandığını, tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparıldığını, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda vermədiyini və kreditor Unibank KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəldiyini bildirmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin xx.xx.2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış şəxsi kabinet vasitəsilə məhkəməyə ərizə göndərərək, ərizəsində iddia ərizəmizə bizim iştirakımız olmadan baxaraq tələbimizin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən mülki işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclaslarının yeri və vaxtı barədə əvvəlcədən dəfələrlə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclaslarına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci tarixli 01U/21 saylı bank xidmətlərinə dair X2 18.1-ci bəndinə əsasən “Müştəri” kreditdən məqsədli təyinatına uyğun istifadə etmədikdə və ya “Müştəri” tərəfindən “Bank”ı aldatmağa yönəlmiş hər hansı bir hərəkətin edildiyi, o cümlədən “Müştəri özünün fəaliyyəti, iqtisadi maliyyə imkanları və bu müqavilə üzrə öhdəliyin vaxtında və lazımi qaydada icrası üçün əhəmiyyətli olan digər faktlar (dövlət büdcəsinə, digər hüquqi və fiziki şəxslərə olan borclar, kreditorlar qarşısında icra edilməmiş mülki-hüquqi öhdəliklər və s.) haqqında verdiyi məlumatların və təqdim etdiyi sənədlərin həqiqətə uyğun olmadığı aşkar olunduqda Bank kreditin, o cümlədən faizlərin və hesablanmış cərimənin dərhal qaytarılmasını tələb etməklə yanaşı, “Müştəri”yə qarşı kreditin ümumi məbləğinin 1 (bir) faizi miqdarında cərimə tətbiq edə bilər. X2 19.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən, “Borcverən” SMS və ya mobil əlavə vasitəsilə kreditin razılaşdırılmış verilmə müddəti, faktiki illik faiz dərəcəsi və məbləğdə “Müştəri”yə kredit verir. Bu Müqavilə üzrə kreditin faktiki illik faiz dərəcəsi minimum 16 % – maksimum 40% faiz təşkil edir. Bank bu müqavilə müddətinin sonunadək Müqavilədə nəzərdə tutulmuş şərt və qaydalarla “Müştəri”yə kredit rəsmiləşdirə bilər. Bu halda “Müştəri” hər ay kredit üzrə ödənilməli olan məbləği Banka qaytarmasını öz öhdəsinə götürür. Kreditin ayrılması şərtləri və qaydaları, kredit üzrə ödənişin hesablanmasına əsaslar bu Bölmənin müddəaları ilə müəyyən edilir. Bu Müqavilə heç bir halda Bank tərəfindən “Müştəri”yə kreditin verilməsi vədi kimi təfsir oluna bilməz. Kredit və ya kredit xəttinin məqsədli təyinatı: istehlakdır. “Müştəri”yə kreditin verilməsi aşağıdakı qaydada həyata keçirilir: bu Müqavilə imzalandıqdan sonra “Müştəri”yə cari hesab açılır və həmin cari hesaba bağlı olan ödəniş kartı təqdim edilir. “Müştəri” aşağıdakı üsullardan biri vasitəsilə krediti əldə edə bilər: a) “Müştəri, Bankda qeydiyyatda olan mobil telefon nömrəsindən (bundan sonra “Müştərinin mobil telefon nömrəsi”) ona təqdim edilmiş ödəniş kartının son 6 rəqəmini SMS vasitəsilə “Borcverən”in elan edilmiş əlaqə vasitələrinə yazıb göndərir. Bundan sonra “Borcverən”, “Müştərinin mobil telefon nömrəsinə təklif edilən kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, əlavə kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği, həmçinin “Müştəri”nin razılığını ifadə etməsi üçün hansı sözdən istifadə etməsi göstərilməklə təklif SMS-i göndərir. “Müştəri”nin həmin SMS-ə cavab olaraq, öz mobil telefon nömrəsindən “Borcverən”in qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda SMS yazıb göndərməsi (“Müştəri” razılığını ifadə etmək üçün məhz təklif SMS-ində bu məqsəd üçün müəyyən edilmiş sözü yazıb göndərməlidir) kredit məbləğinin “Müştəri”nin cari hesabına köçürülməsi üçün onun tapşırığı kimi qəbul olunur və “Borcverən” həmin SMSi qəbul etdiyi andan 1 (bir) iş günü ərzində kredit məbləğini “Müştəri”nin cari hesabına köçürür. Kredit məbləği “Müştəri”nin həmin məbləğdən tam və ya qismən istifadə edib-etməməsindən asılı olmayaraq cari hesabına köçürüldüyü andan verilmiş sayılır və həmin andan etibarən kreditin tam məbləğinə bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanmağa başlayır. b) Bank “Müştəri”yə təklif SMS-i göndərir və bu bildirişə cavab almadan “Müştəri”nin cari hesabına (ödəniş kartına bağlı hesab) kredit vəsaitini köçürür və bu barədə SMS bildiriş göndərir. SMS bildirişdə kreditin dəqiq məbləği, faktiki illik faiz dərəcəsi, müddəti və aylıq ödənişin məbləği, kreditin verilməsi ilə əlaqədar kredit prosedurlarına və nağd pulun çıxarılmasına görə komisyon haqların məbləği əks olunur. Bu SMS müştəriyə göndərildiyi tarixdən 10 (on) təqvim günü ərzində kredit vəsaiti hesabdan tam və ya qismən istifadə edilmədikdə kredit ləğv olunur. Bu müddət ərzində kredit vəsaiti tam və ya qismən istifadə olunarsa, bu, müştərinin kreditə razılığı hesab olunur. Vəsaitin hesaba köçürüldüyü tarixdən kredit rəsmiləşdirilmiş hesab olunur və kreditin tam və ya qismən istifadə edilməsindən asılı olmayaraq bu Müqavilə ilə müəyyən edilmiş faizlər hesablanır. X2 20.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən verilmiş kredit üzrə ödənilməli olan aylıq annuitet məbləği bu müqavilənin 19.1-ci bəndində nəzərdə tutulmuş qaydada “Bank” tərəfindən onun qısa telefon nömrəsindən “Müştərinin Banka bildirdiyi mobil telefon nömrəsinə göndərilən təklif SMS-ində bildirilir və “Müştəri”nin həmin SMS-ə cavab olaraq öz mobil telefon nömrəsindən “Bank”ın qısa telefon nömrəsinə onun razılığını bildirən məzmunda SMS göndərməsi həmin aylıq annuitet məbləğinin ödənilməsi barədə öz üzərinə öhdəlik götürməsi kimi qəbul olunur. Bundan sonra “Müştəri” həmin təklif SMS-ində göstərilən kredit müddətində (məsələn, 12 ay ərzində) aylıq annuitet məbləğini hər təqvim ayının kreditin onun cari hesabına köçürüldüyü günə uyğun gələn müvafiq təqvim günündə “Borcverən”ə ödəməlidir. Ödəniş günü qeyri-iş gününə təsadüf etdikdə, kredit və onun faizi həmin gündən sonrakı iş gününün sonunadək ödənilməlidir. X2 20.9-cu bəndinə əsasən Müştəri kreditin və ona hesablanmış faizlərin ödənilməsini gecikdirdikdə “Bank” borcun gecikdirildiyi hər təqvim günü üçün əsas borc məbləğinin illik 40%-i miqdarında cərimə tətbiq edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ərizə-anket və imza nümunəsindən, həmçinin razılıq ərizəsindən görünür ki, iş üzrə Cavabdeh tərəfindən iddiaçı tərəfindən edilmiş ofertaya razılıq vermişdir, yəni aksept edilmişdir. İş materiallarına əlavə olunmuş kredit sms-dən görünür ki, Cavabdeh bankda qeydiyyatda olan mobil nömrəsinə xx.xx.2023-cü il tarixdə Bank tərəfindən xx.xx.2028-ci il tarixinədək, illik 27.5 %lə 5900 manat kredit xətti açmağı təklif edilmişdir. Bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. Müştəri SMS-i təsdiq etmiş və Bank tərəfindən xx.xx.2028-ci il tarixdə isə onun həmin nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. İş materiallarına Bank tərəfindən əlavə olunmuş xx.xx.2025-ci il tarixli Maliyyə arayışından görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə xx.xx.2025-ci il tarixə Banka 5669.85 manat əsas borcu, 1133.34 manat məbləğində faiz, 49.45 manat cərimə borcu olmaqla, cəmi 6852.64 manat məbləğində kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2025-cü il tarixli, ********** nömrəli, Mədaxil Qəbzindən görünür ki, Unibank KB ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 88.53 manat rüsum ödənilmişdir. Məhkəmə tədqiqatı zamanı iş materialında olan sənədlərlə müəyyən edilmişdir ki, Bank tərəfindən kreditin verilməsi ilə bağlı göndərilmiş oferta şərtlərinə uyğun qaydada borcalan tərəfindən verilmiş razılıq əsasında onlar arasında kredit limitinin ayrılmasına dair müqavilə bağlanmış və Cavabdeh bankda qeydiyyatda olan mobil nömrəsinə kredit SMS-i göndərərək illik 27.5 %-lə 5900 manat kredit təklif edilmişdir. Bu şərtləri qəbul etdiyi təqdirdə 8117 nömrəsinə SMS göndərilməsi bildirilmişdir. Müştəri SMS-i təsdiq etmiş və Bank tərəfindən xx.xx.2028-ci il tarixdə isə onun həmin nömrəsinə həmin kreditin onun kartına köçürüldüyü barədə SMS vasitəsilə məlumat verilmişdir. Lakin “Borcalan” müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu pul məbləğini vaxtında və lazımi qaydada icra etməmiş, nəticədə onun “Bank”a borcu yaranmışdır. Ona görə də məhkəmə hesab edir ki, "xxxx" KB ASC belə bir tələb irəli sürməkdə haqlı olmuş və “Borcalan” Cavabdeh öz öhdəliklərinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq "xxxx" KB ASC-yə olan borcunu ödəməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 405.1-ci maddəsinə əsasən tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Müqavilə tərəflərdən birinin oferta (müqavilə bağlamaq təklifi) göndərməsi və digər tərəfin onu aksept etməsi (təklifin qəbulu) vasitəsi ilə bağlanır. - 408.1 və 408.2-ci maddələrinə əsasən müqavilə bağlanması haqqında təklif (oferta) o zaman verilmiş sayılır ki, bir və ya bir neçə şəxsə ünvanlanmış bu təklifdə onu vermiş şəxsin (oferentin) razılıq (aksept) olduqda, öz təklifinin icrasına hazır olduğu ifadə edilsin. Ofertada müqavilənin mühüm şərtləri əks olunmalıdır. Şəxslərin qeyri-müəyyən dairəsinə ünvanlanmış təklifdə (o cümlədən reklamda) bilavasitə ayrı qayda göstərilməyibsə, bu təklif ofertaya dəvət sayılır. - 409.1-ci maddəsinə əsasən ofertanın ünvanlandığı şəxsin ofertanı qəbul etməsi haqqında cavabı aksept sayılır. Aksept tam və qeyd-şərtsiz olmalıdır. - əvvəlki redaksiyada olan 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - əvvəlki redaksiyada olan 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilmiş qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə əsas borcun tutulması tələbi əsaslıdır. Ona görə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermiş, borclu isə bu kredit müqaviləsi üzrə üzərin götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Ona görə də, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcu tələb etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: -462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; -465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödəniməsini və öhdəliyin icrasını tələb edə bilər. Eyni zamanda Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin edildiyindən ödənilmiş 88.53 manat dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Bank” “Borcalan”a qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, Cavabdeh xx.xx.2021-ci tarixli 01U/21 Bank xidmətlərinə dair X3 əsasən 5669.85 manat əsas borc, 1133.34 manat faiz borcu, 49.45 manat cərimə, cəmi 6852.64 manat borc və 88.53 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6941.17 manat məbləğində pul alınaraq "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilməli, iddia digər hissədə rədd edilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki- Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh xx.xx.2021-ci tarixli 01U/21 Bank xidmətlərinə dair X3 əsasən 5669.85 (beş min altı yüz altmış doqquz manat səksən beş qəpik) manat əsas borc, 1133.34 (bir min yüz otuz üç manat otuz dörd qəpik) manat faiz borcu, 49.45 (qırx doqquz manat qırx beş qəpik) manat cərimə, cəmi 6852.64 (altı min səkkiz yüz əlli iki manat altmış dörd qəpik) manat borc, 88.53 manat dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 6941.17 (altı min doqquz yüz qırx bir manat on yeddi qəpik) manat məbləğində pul alınaraq "xxxx" X4 Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Hakim: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-307/2025
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-307/2025
04.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver