Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-308/2022 10.05.2022 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı kredit müqaviləsinə əsasən 14.04.2022-ci il tarixə olan 611.78 (altı yüz on bir manat 78 qəpik) manat gecikdirilmiş faiz borcu, 2273.70 (iki min iki yüz yetmiş üç manat 70 qəpik) manat gecikdirilmiş əsas borc, 6.47 (altı manat 47 qəpik) manat faiz borcu, 1222.06 ( bir min iki yüz iyirmi iki manat 06 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4114.01 (dörd min bir yüz on dörd manat 01 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 61.14 (altmış bir manat 14 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh1 tərəflər arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı kredit müqaviləsinə əsasən illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində istehlak krediti verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh2 zamin qismində iştirak etdiyi üçtərəfli 03 oktyabr 2019-cu il tarixli, ZM0310/03 zaminlik müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, nəticədə 14 aprel 2022-ci il tarixinə kredit reyestrində Cavabdeh1nn adına ümumilikdə 431 gecikmə gününün qeydə alındığını, bu səbəbdən borcalanla, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalan və zaminə xəbərdarlıq məktublarının ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu, iddiaçının tələbinin əsaslandığı sənədlərin tərəflər arasında bağlanmış kredit müqaviləsi, zaminlik müqaviləsi kredit borcuna dair maliyyə arayışının və kredit ödənişləri cədvəlinin olduğunu, kredit müqaviləsinin 6.1-ci maddəsinə əsasən tərəflərin bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməməsi və lazımi qaydada yerinə yetirilməməsinə görə qarşı tərəfə vurduğu ziyana görə qanunvericiliyə uyğun olaraq məsuliyyət daşımalarının müəyyənləşdirildiyini, kredit müqaviləsinin 2.10-cu maddəsinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə 10% əlavə cərimənin hesablandığını, kredit müqaviləsinin 8.2 maddəsinə əsasən müqavilənin imzalandığı tarixdən qüvvəyə mindiyini və tərəflərin müqavilə üzrə öhdəliklərini tam yerinə yetirənədək qüvvədə qaldığını, zaminlik müqaviləsinin 1-ci bəndinə əsasən Zaminin kredit müqaviləsi üzrə borcalanın kreditor qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin kreditora tam ödənilməsini öhdəsinə götürdüyünü, zaminlik müqaviləsinin 2.2-ci bəndinə əsasən Zamin borcalanın kreditor qarşısında kredit müqaviləsinin yerinə yetirilməsinə, kredit və ona hesablanmış faizlərin və cərimələrin ödənilməsinə, borcalan kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklərin icrası üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin ödənilməsi də daxil olmaqla borcalanla birlikdə eyni həcmdə məsuliyyətin müəyyənləşdirildiyini, Cavabdeh1 tərəflər arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı kredit müqaviləsinə əsasən 14.04.2022-ci il tarixə 611.78 ( altı yüz on bir manat 78 qəpik) manat gecikdirilmiş faiz borcu, 2273.70 (iki min iki yüz yetmiş üç manat 70 qəpik) manat gecikdirilmiş əsas borc, 6.47 (altı manat 47 qəpik) manat faiz borcu, 1222.06 (bir min iki yüz iyirmi iki manat 06 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4114.01 (dörd min bir yüz on dörd manat 01 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu qeyd edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı kredit müqaviləsinə əsasən 14.04.2022-ci il tarixə olan 611.78 (altı yüz on bir manat 78 qəpik) manat gecikdirilmiş faiz borcu, 2273.70 (iki min iki yüz yetmiş üç manat 70 qəpik) manat gecikdirilmiş əsas borc, 6.47 (altı manat 47 qəpik) manat faiz borcu, 1222.06 ( bir min iki yüz iyirmi iki manat 06 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4114.01 (dörd min bir yüz on dörd manat 01 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 61.14 (altmış bir manat 14 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanına göndərilmişdir. Eyni zamanda məhkəmə iclas katibi tərəfindən 25 aprel 202-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 mobil nömrələrinə zəng edilərək bu barədə məlumat verməsinə dair telefonoqram tərtib edilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materillarına əlavə olunmuş 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh1 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 1 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə olunmuş 03.10.2019-cu il tarixdə bağlanmış ZM0310/01 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh2 Məhəmməd oğlu qızı arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinin şərtinə əsasən Zamin 03.10.2019-cu il tarixdə bağlanmış İK0310/03 nömrəli İstehlak krediti müqaviləsi üzrə Borcalanın Bank qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda kredit məbləğinin və ona hesablanmış faizlərin Banka tam ödənilməsini öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı nömrəli Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh1 illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min ) manat məbləğində kredit verilmiş, Cavabdeh1 isə aldığı krediti faizləri ilə birlikdə 03.11.2019 – 03.09.2022 tarixləri ərzində 213.92 manat, 03.10.2022-ci il tarixində isə 213.76 manat pul olmaqla, cəmi 7700.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş 08.12.2021-ci il tarixli Maliyyə arayışdan məlum olur ki, 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 həmin tarixə Banka 611.78 ( altı yüz on bir manat 78 qəpik) manat gecikdirilmiş faiz borcu, 2273.70 (iki min iki yüz yetmiş üç manat 70 qəpik) manat gecikdirilmiş əsas borc, 6.47 (altı manat 47 qəpik) manat faiz borcu, 1222.06 ( bir min iki yüz iyirmi iki manat 06 qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4114.01 (dörd min bir yüz on dörd manat 01 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarına əlavə edilmiş 03.10.2019-cu il tarixli Məxaric Orderindən görünür ki, Cavabdeh1 5946 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş 03.10.2019-14.04.2022-ci il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 banka olan kredit borcu ilə əlaqədar onun adına aşılmış hesab vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarında olan 14.04.2022-ci il tarixli ********* nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ21NABZ******************** xəzinə hesabına 61.14 (altmış bir manat 14 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və 04/52 nömrəli, 19.01.2022-ci il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 6000 (altı min) manat məbləğində krediti “Borcalanın” mülkiyyətinə verir, “Borcalan” isə aldığı krediti faizləri ilə birlikdə 03.11.2019 – 03.09.2022 tarixləri ərzində 213.92 manat , 03.10.2022-ci il tarixində isə 213.76 manat pul olmaqla, cəmi 7700.96 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh2 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Zamin Cavabdeh2 “Borcalan” Cavabdeh1 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh1 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh2da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə, işin faktiki hallarına və mülki qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsaslanaraq bu qənaətə gəlirəm ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 611.78 (altı yüz on bir manat, yetmiş səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2273.70 (iki min iki yüz yetmiş üç manat yetmiş qəpik) manat gecikdirilmiş əsas borc, 6.47 (altı manat qırx yeddi qəpik) manat faiz borcu, 1222.06 (bir min iki yüz iyirmi iki manat altı qəpik) manat əsas borc olmaqla, ümumilikdə 4114.01 (dörd min bir yüz on dörd manat bir qəpik) manat kredit borcunun tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 61.14 (altmış bir manat on dörd qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, qət etdi: İddia təmin edilsin. 03 oktyabr 2019-cu il tarixli, İK0310/03 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 611.78 (altı yüz on bir manat yetmiş səkkiz qəpik) manat gecikdirilmiş faiz borcu, 2273.70 (iki min iki yüz yetmiş üç manat yetmiş qəpik) manat gecikdirilmiş əsas borc, 6.47 (altı manat qırx yeddi qəpik) manat faiz borcu, 1222.06 (bir min iki yüz iyirmi iki manat altı qəpik) manat əsas borc olmaqla, cəmi 4114.01 (dörd min bir yüz on dörd manat bir qəpik) manat kredit borcunun və 61.14 (altmış bir manat on dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4175.15 (dörd min bir yüz yetmiş beş manat on beş qəpik) manat tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-308/2022
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-308/2022
10.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver