Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-308/2023 28.03.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlu, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit üzrə borcun qaytarılması” tələbi barədə iddia ərizəsinə Şərur Rayon Məhkəməsinin inzibati binasında kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxaraq müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə ilə müraciət edərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 03 mart 2021-ci il tarixli, İK1002755 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 4148.94 (dörd min bir yüz qırx səkkiz manat 94 qəpik) manat əsas borcu, 164.51 (bir yüz altmış dörd manat 51 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 4313.45 (dörd min üç yüz on üç manat 45 qəpik) manat kredit borcunun və iddia ərizənin verilməsi üçün ödənilmiş 63.13 (altmış üç manat, 13 qəpik) manat dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq, "xxxx" ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh2 tərəflər arasında bağlanmış 03 mart 2021-ci il tarixli, İK1002755 saylı kredit müqaviləsinə əsasən illik 17% dərəcəsi ilə 36 ay müddətinə 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verildiyini, verilmiş kredit üzrə öhdəliyin icrasının təminatı olaraq Cavabdeh1 zamin qismində iştirak etdiyi üçtərəfli 03 mart 2021-ci il tarixli, 1002755/21807 saylı Zaminlik müqaviləsi müqaviləsi bağlandığını, borcalan Bank tərəfindən verilmiş kreditin müqavilə şərtləri ilə - müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılmasını və ondan istifadəyə görə faizlərin ödənilməsini müqavilənin 1.1 bəndinə əsasən öhdəsinə götürməsinə baxmayaraq, bu öhdəliyi lazımınca icra etməyərək müqavilənin şərtlərini pozduğunu, dəfələrlə telefon əlaqəsi saxlanıldığını və borcalan və zaminə xəbərdarlıq məktublarının ünvanlandığını, borc məbləği dəqiq göstərilməklə borcun icrasının tələb olunduğunu, Cavabdeh2 tərəflər arasında bağlanmış 03 mart 2021-ci il tarixli, İK1002755 saylı kredit müqaviləsinə əsasən xx.xx.2023-cü il tarixə 4148.94 (dörd min bir yüz qırx səkkiz manat 94 qəpik) manat əsas borcu, 164.51 (bir yüz altmış dörd manat 51 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 4313.45 (dörd min üç yüz on üç manat 45 qəpik) manat kredit borcu öhdəliyinin olduğunu bildirmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən cavabdehin iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində məhkəməyə göndərə biləcəyinin izah edilməsinə dair bildiriş cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ünvanına göndərilmişdir. Məhkəmə iş materiallarında olan sübutlara qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin edilməlidir. Məhkəmə bu nəticəyə gəlməsini aşağıda qeyd edilənlərə müvafiq olaraq əsaslandırır. Belə ki, iş materillarına əlavə olunmuş 03 mart 2021-ci il tarixli, İK1002755 saylı Kredit müaviləsinin təsdiqlənmiş surətindən aydın olur ki, "xxxx" ASC ilə borcalan Cavabdeh2 arasında müqavilə bağlanmış, tərəflər üzərlərinə müqavilədən irəli gələn bir sıra öhdəliklər götürmüşlər. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən Bank Borcalana istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verilməsini, Borcalan isə Bank tərəfindən verilmiş kreditin bu müqavilənin şərtləri ilə müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini öz öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 1.2-ci bəndinə əsasən Öhdəliyin icrasının Borcalanın aylıq gəliri hesabına həyata keçiriləcəkdir. Öhdəliyin icrası təminatı Zamin, Borcalan və Bank arasında bağlanan Zaminlik müqaviləsi olacaqdır. Həmin Müqavilənin 2.4-cü bəndinə əsasən müqavilə üzrə verilmiş kredit və ona hesablanmış faizlər müqaviləyə əlavə edilmiş ödəniş qrafikinə uyğun olaraq Borcalan tərəfindən Banka nağd və ya köçürmə yolu ilə kredit müddətində tamamən qaytarılır. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən Borcalan tərəfindən bank hesabının açılması üzrə xidmət haqqı olaraq 5 manat, kreditin nağdılaşdırılması üzrə xidmət haqqı olaraq kreditin 1 % həcmində ödəniş etməlidir. İş materiallarına əlavə olunmuş 03 mart 2021-ci il tarixli, İK1002755 saylı nömrəli Kredit Müqaviləsinə Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh2 illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 4400 manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2021 – xx.xx.2024 tarixləri ərzində 156.87 manat, xx.xx.2024-cü il tarixdə isə 156.93 manat pul olmaqla, cəmi 5647.38 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Məxaric Orderindən görünür ki, müvafiq xidmət haqqılar tutulduqdan sonra Cavabdeh2 4360 manat kreditin verilməsi təmin edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-xx.xx.2023-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh2 banka olan kredit borcu ilə əlaqədar onun adına aşılmış hesab vasitəsi ilə müxtəlif vaxtlarda müxtəlif əməliyyatlar həyata keçirmişdir. İş materiallarına əlavə olunmuş 03 mart 2021-ci il tarixli, 1002755/21807 nömrəli Zaminlik müqaviləsinin surətindən məlum olur ki, həqiqətən qeyd olunan tarixdə "xxxx" ASC ilə Cavabdeh1 arasında qeyd olunan Zaminlik müqaviləsi bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinin şərtinə əsasən Zamin 03 mart 2021-ci il tarixli, İK1002755 saylı nömrəli kredit müqaviləsi əsasında Borcalana veriləcək 4400 (dörd min dörd yüz) manat məbləğində kreditlə əlaqədar olaraq Borcalan Bank qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək Zamin Borcalan ilə birlikdə Bank qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarına əlavə olunmuş eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli RK1703/11 nömrəli kredit borcunun restrukturizasiyasına dair müqavilənin 1.1-ci bəndindən görünür ki, bu müqavilə Borcalana verilmiş kreditin qalıq məbləğinin Borcalanın ərizəsinə əsasən restruktrizasiya olunması və Borcalan tərəfindən kredit borcunu müqaviləyə uyğun olaraq müəyyən edilmiş müddətdə və məbləğdə qaytarılması və ondan istifadəyə görə faizlərin ödənilməsini tənzimləyir. Həmin müqavilənin 1.2-ci bəndinə görə bu müqavilə xx.xx.2021-ci il tarixli, İK1002755 saylı Kredit müqaviləsinə Əlavədir və hər bir halda ilkin kredit müqaviləsi hüquqi qüvvəyə malikdir. Həmin müqavilənin 2-ci bəndindən görünür ki, 18. xx.xx.2021-ci il tarixli, İK1002755 saylı Kredit müaviləsi üzrə 4148.94 manat qalıq məbləğinin illik 17 % dərəcəsi ilə xx.xx.2025-ci il tarixədək kredit müqaviləsi üzrə müəyyən edilmiş ödəniş qrafikinə uyğun olaraq ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş kredit borcunun restrukturizasiyasına dair xx.xx.2022-ci il tarixli RK0104/12 nömrəli Əlavədən görünür ki, "xxxx" ASC Borcalan Cavabdeh2 4148.94 manat məbləğində kredit borcunu illik 17 % dərəcəsi ilə 35.58 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 147.92 manat, xx.xx.2025-ci il tarixdə isə 147.94 manat olmaqla, cəmi 5319.17 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Maliyyə arayışdan məlum olur ki, 03 mart 2021-ci il tarixli, İK1002755 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 həmin tarixə Banka 4148.94 (dörd min bir yüz qırx səkkiz manat 94 qəpik) manat əsas borcu, 164.51 (bir yüz altmış dörd manat 51 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 4313.45 (dörd min üç yüz on üç manat 45 qəpik) manat kredit borcu mövcuddur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ********* nömrəli, Mədaxil Qəbzindən görünür ki, "xxxx" ASC tərəfindən məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövlət büdcəsinin AZ60AİİB******************** xəzinə hesabına 63.13 (altmış üç manat, 13 qəpik) manat dövlət rüsumu ödənilmişdir. İş materiallarında olan poçt qəbzi və xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubundan aydın olur ki, iddiaçı mübahisənin məhkəmədən kənar həlli qaydasına riayət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 5 gün müddətində Banka olan əsas borcun və ona hesablanmış faiz borcunun ödənilməsi ilə bağlı xəbərdarlıq etmiş, qeyd olunan müddət ərzində kredit borcunu ödəmədikdə verilmiş kreditin məhkəmə qaydasında tələb olunacağı barədə xəbərləq edilmiş, lakin cavabdehlər bu xəbərdarlıqla iddiaçı bank qarşısında olan öhdəliyinin icrası istiqamətində heç bir addım atmamışlar. İş materiallarına əlavə edilmiş sənədlərdən görünür ki, verilmiş tələb Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə uyğun olmaqla yanaşı, tələbi təsdiq edən sənədlər təqdim olunmuşdur və ərizənin əsaslandığı tələbetmə hüququ barədə mübahisə mövcud deyildir. Çünki qeyd olunan sənədlərdən də göründüyü kimi tərəflər arasında bağlanmış 25 avqust 2021-ci il tarixli, İK1006043 saylı nömrəli Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən “Bank” “Borcalan”a istehlak məqsədilə illik 17 % dərəcəsi ilə 36 ay müddətinə 4400 (dörd min dörd yüz) manat məbləğində kredit verilmiş, Cavabdeh2 isə aldığı krediti faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 147.92 manat, xx.xx.2025-ci il tarixdə isə 147.94 manat pul olmaqla, cəmi 5319.17 manat pulu "xxxx" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Həmçinin Cavabdeh1 "xxxx" ASC ilə Zaminlik müqaviləsi bağlayaraq “Borcalan”ın kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün “Borcalan” ilə birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyacağı barədə öhdəlik götürmüşdür. Eyni zamanda müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etmədiyindən Borcalanın Banka olan 4148.94 manat məbləğində kredit borcu restrukturizasiya olunaraq illik 17 % dərəcəsi ilə 35.58 ay müddətinə faizləri ilə birlikdə xx.xx.2022 – xx.xx.2025 tarixləri ərzində 147.92 manat, xx.xx.2025-ci il tarixdə isə 147.94 manat olmaqla, cəmi 5319.17 manat məbləğndə Banka ödənilməsinə dair xx.xx.2022-ci il tarixli RK1703/11 nömrəli müqavilə bağlanmışdır. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan” və Zaminə qarşı birgə borclular kimi məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 385.1-ci maddəsində deyilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır; - 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; -448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmçinin Kredit müqaviləsinin təminatı kimi Zamin Cavabdeh1 “Borcalan” Cavabdeh2 Bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüş və onunla birgə məsuliyyət daşımasını yazılı şəkildə tərtib edilmiş Zaminlik müqaviləsini imzalamaqla təsdiq etmişdir. Lakin Cavabdeh2 müqavilədən irəli gələn öhdəlikləri vaxtında və lazımi qaydada icra etmədiyinə görə zamin Cavabdeh1da onunla birlikdə Bank qarşısında birgə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür; - 470.2-ci maddəsinə əsasən zaminlik müqaviləsi gələcəkdə yaranacaq öhdəliyin təmin edilməsi üçün də bağlana bilər; - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir; - 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır; - 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Beləliklə də, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, “Borcalan” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Kreditor” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyindən “Kreditor” “Borcalan” və “Zamin”ə qarşı borcu alınması ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlı olmuşdur. Bu səbəbdən də mülki iş materiallarinda olan sübutlara qiymət verərək məhkəmə bu qənaətə gəlir ki, iddiaçının tələbi haqlıdır və buna görə də təmin edilməli, 03 mart 2021-ci il tarixli, İK1002755 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4148.94 (dörd min bir yüz qırx səkkiz manat 94 qəpik) manat əsas borcu, 164.51 (bir yüz altmış dörd manat 51 qəpik) manat faiz borc olmaqla, ümumilikdə 4313.45 (dörd min üç yüz on üç manat 45 qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 63.13 (altmış üç manat, 13 qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-5, 284-6, 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. 03 mart 2021-ci il tarixli, İK1002755 saylı Kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 4148.94 (dörd min bir yüz qırx səkkiz manat 94 qəpik) manat əsas borcu, 164.51 (bir yüz altmış dörd manat 51 qəpik) manat faiz borcu, cəmi 4313.45 (dörd min üç yüz on üç manat 45 qəpik) manat borc və 63.13 (altmış üç manat, 13 qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 4376.58 (dörd min üç yüz yetmiş altı manat əlli səkkiz qəpik) manat məbləğində pul alınaraq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti vermək olar. Sədrlik edən: Seymur Qarayev
Məhkəmə qərarları › İş №e-2(110)-308/2023
Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-308/2023
28.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver