Məhkəmə qərarları › İş №e-2(110)-320/2023

Naxçıvan MR Şərur Rayon Məhkəməsi Qətnamə — İş №e-2(110)-320/2023

28.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şərur şəhəri İş № e-2(110)-320/2023 28.04.2023 NAXÇIVAN MR ŞƏRUR RAYON MƏHKƏMƏSİ Şərur Rayon Məhkəməsinin hakimi Qarayev Seymur Əlfəddin oğlunun sədrliyi, X1 oğlunun katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “borcun alınması” tələbinə dair mülki işə Şərur Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsinə vaxtından əvvəl ləğv etməklə Cavabdeh İddiaçı ASC-nin xeyrinə 14477.07 (on dörd min dörd yüz yetmiş yeddi manat yeddi qəpik) manat əsas, 1237.53 (bir min iki yüz otuz yeddi manat əlli üç qəpik) manat faiz, cəmi 15714.60 ( on beş min yeddi yüz on dörd manat altmış qəpik) manat borcun həmçinin ərizəyə görə ödənilmiş 137.54 (yüz otuz yeddi manat əlli dörd qəpik) manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul xahiş etmişdir. İddiaçının nümayəndəsi iddia ərizəsində Cavabdeh şəxsi (istehlak) məqsədləri üçün 24 (iyirmi dörd) ay müdddətinə nağd şəkildə istifadə olunmaqla 15000 (on beş min) manat məbləğində kredit verildiyini və bununla bağlı “Azər-Türk Bank" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli ******* saylı Kredit Müqaviləsi bağlandığını, Krеdit Müqaviləsinin şərtlərinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixinə 14477.07 (on dörd min dörd yüz yetmiş yeddi manat yeddi qəpik) manat əsas, 1237.53 (bir min iki yüz otuz yeddi manat əlli üç qəpik) manat faiz, cəmi 15714.60 (on beş min yeddi yüz on dörd manat altmış qəpik) manat təşkil etdiyini, borcun ödənilməsi tələbi ilə cavabdehə dəfələrlə müraciət olunmasına, tərəflərindən məsələnin məhkəmədən kənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq Cavabdeh götürdüyü borcun qaytarılması üçün heç bir təşəbbüs göstərmədiyini, cavabdehə göndərilmiş preytenziya (xəbərdarlıq) məktublarının da cavabsız qaldığını, eyni zamanda qeyd etmək istəyirik ki, xx.xx.2022-ci il tarixli ******* saylı kredit müqaviləsi üzrə borcalanın pul məbləğinin ödənilməsini gecikdirmiş və gecikdirmə nəticəsində banka zərər vurduğunu, bununla da cavabdehin kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərini lazimi qaydada yerinə yetirmədiyindən kredit müqaviləsi üzrə yaranmış borcun tələb edilməsi zərurəti yarandığını, hal-hazırda cavabdehin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə əsas və ona hesablanmış faiz borcunun 15714.60 (on beş min yeddi yüz on dörd manat altmış qəpik) manat təşkil etdiyini, bu borcun da cavabdeh tərəfindən təmin edilməli olduğunu bildirmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə 29 mart 2023-cü tarixdə "Elektron məhkəmə" informasiya sistemi vasitəsilə Şərur Rayon Məhkəməsinə müraciət edərək “Azər-Türk Bank" ASC-nin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə bütün məhkəmə iclaslarını bankın nümayəndəsinin iştirakı olmadan keçirilməklə və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsaslanmaqla məhkəmə iclasını iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə əvvəlcədən rəsmi qaydada məlumat verilmiş, о, məhkəmə baxışı iclaslarına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə hər hansı bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin iddia ərizəsində qeyd etdiklərini, iş materialında olan sənədlərlə birlikdə tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" ASC ilə Cavabdeh arasında xx.xx.2022-ci tarixli, ******* nömrəli Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsi bağlanmışdır. Kredit Müqaviləsinin 1.1-ci bəndinə əsasən, Bank Müştəriyə istehlak məqsədləri üçün 24 (iyirmi dörd) ay müddətinə, illik 14 % dərəcəsi ilə, 15000 (on beş min) manat məbləğində istehlak kredit vermişdir. Həmin Müqavilənin 1.1.3-cü bəndinin 10-cu abzasına əsasən Müştəri kreditin rəsmiləşdirilməsi üçün Banka xidmət üzrə 2 % (minumum 50 manat) miqdarında birdəfəlik bank komissiyası ödəyir. İş materialında olan xx.xx.2022-ci il tarixli Kassa məxaric orderinin sürətindən görünür ki, Bank tərəfindən birdəfəlik bank komissiyası tutulduqdan sonra Cavabdeh 14887 (on dörd min səkkiz yüz səksən yeddi) manat məbləğində kreditin verilməsi təmin edilmişdir. İş materialında olan xx.xx.2022-ci il tarixli ******* nömrəli Kredit müqaviləsinə Əlavəyə- Ödəniş cədvəlinə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh illik 14 faiz dərəcəsi ilə 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti xx.xx.2022 - xx.xx.2024 tarixləri ərzində ayda 721.26 manat, xx.xx.2024 tarixində isə 721.27 manat olmaqla, cəmi 17310.25 manat pulu "xxxx" ASC -yə ödəməyi öhdəsinə götürmüşdür. İş materialında olan "xxxx" ASC tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2022-ci il tarixli pretenziyanın sürətindən görünür ki, borcun 5 gün ərzində 1676.49 manat gecikdirilmiş borcu ödəməyəcəyi təqdirdə, Kredit Müqaviləsinə vaxtından əvvəl xitam verilməklə banka olan 14477.07 manat əsas, ona hesablanacaq faizlərin tam olaraq ödənilməsinin tələb edilməsi üçün iddia ərizəsi ilə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuş, lakin cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir addım atılmamışdır. İş materialında olan Maliyyə arayışdan görünür ki, xx.xx.2022-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh xx.xx.2023-cü il tarixə banka 14477.07 (on dörd min dörd yüz yetmiş yeddi manat yeddi qəpik) manat əsas, 1237.53 (bir min iki yüz otuz yeddi manat əlli üç qəpik) manat faiz, cəmi 15714.60 ( on beş min yeddi yüz on dörd manat altmış qəpik) manat təşkil edir. İş materialları ilə müəyyən olunur ki, iddiaçı təşkilat ”Azər-Türk Bank” ASC tərəfindən Hökümət ödəniş portalı vasitəsi ilə xx.xx.2023-cü il tarixdə ********** nömrəli qəbzlə məhkəmədə iddia qaldırılması ilə əlaqədar dövət büdcədinə 137.54 (yüz otuz yeddi manat əlli dörd qəpik) manat dövlət rüsumu ödəmişdir. Məhkəmə tədqiqatı zamanı müəyyən edilmişdir ki, iddiaçı ”Azər-Türk Bank” ASC ilə Cavabdeh illik 14 faiz dərəcəsi ilə 3246 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmiş, Cavabdeh isə aldığı krediti xx.xx.2022 - xx.xx.2024 tarixləri ərzində ayda 721.26 manat, xx.xx.2024 tarixində isə 721.27 manat olmaqla, cəmi 17310.25 manat pulu “Azər-Türk Bank" ASC-yə ödəməyi öhdəsinə götürmüşdür. Lakin “Borcalan” kreditin və ona hesablanmış faizlərin ödənilməsi üzrə müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, Bankın bununla bağlı xəbərdarlığını yerinə yetirməmiş və “Bank” qarşısında məsuliyyət daşıyaraq nəticədə borcu yaranmışdır. “Borcalan” öhdəliyini vaxtında icra etmədiyi üçün iddiaçı "xxxx" ASC “Borcalan”a qarşı məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür; - 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır; - 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir; - 386.1-ci maddəsində göstərilir ki, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür; - 443.1-ci maddəsinə əsasən, öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; - 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, işin faktiki hallarından və mülki qanunvericiliyin tələblərindən görünür ki, "Müştəri” yazılı formada bağlanmış müqavilənin şərtlərinə əməl etməməklə “Bank” qarşısında müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirmədiyi üçün “Bank” borcun alınması ilə bağlı “Müştəri”yə qarşı məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Ona görə də məhkəmə toplanmış sübütlara məcmu halında qiymət verərək belə hesab edir ki, iddia tələbi əsaslı olduğu üçün təmin edilməli və xx.xx.2022-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi müqaviləsinə əsasən əsas borc üzrə Cavabdeh 14477.07 (on dörd min dörd yüz yetmiş yeddi manat yeddi qəpik) manat əsas, 1237.53 (bir min iki yüz otuz yeddi manat əlli üç qəpik) manat faiz borcu olmaqla, cəmi 15714.60 (on beş min yeddi yüz on dörd manat altmış qəpik) manat məbləğində pul alınaraq iddiaçı “Azər-Türk Bank" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 222.2-ci maddəsinə əsasən, pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir; - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğu üçün ərizə üzrə ödənilmiş 137.54 (yüz otuz yeddi manat əlli dörd qəpik) manat dövlət rüsumunun əvəzidə də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; - 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırı; - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdikləri tələblər üzrə qətnamə çıxarır... Yuxarıda qeyd edilənləri və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 216-220, 358.0.3 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia təmin edilsin. xx.xx.2022-ci il tarixli ******* saylı Fiziki şəxslərə kreditin verilməsi və istifadəsi üzrə xidmətlərin göstərilməsi Müqaviləsinə əsasən avabdeh Cavabdeh 14477.07 (on dörd min dörd yüz yetmiş yeddi manat yeddi qəpik) manat əsas, 1237.53 (bir min iki yüz otuz yeddi manat əlli üç qəpik) manat faiz borcu, cəmi 15714.60 ( on beş min yeddi yüz on dörd manat altmış qəpik) manat borc və 137.54 (yüz otuz yeddi manat əlli dörd qəpik) manat ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, ümumilikdə 15852.14 (on beş min səkkiz yüz əlli iki manat on dörd qəpik) manat məbləğində pul alınaraq “Azər- Türk Bank" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, o, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şərur Rayon Məhkəməsi vasitəsi ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Seymur Qarayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar